2. Uşağın əvvəllər sevdiyi, məşğul olduğu işə qəflətən marağı sönür, həmişə nə iləsə məşğuldur, lakin onun
əməyinin nəticəsi görünmür.
3. «Səndə nə baş verir?» sualına düşməncəsinə və aqressiv reaksiya verir, öz otağında bütün günü bağlı
qalır. Mənzildən əşyalar və pul itir.
4. Uşaq birdən-birə köhnə dostlarını atır və yenilərini tapır və onlarla başqasını tanış etmir. Onlarla aşağı
səslə telefonla danışır.
5. Əgər yeniyetmənin paltarında kimyəvi preparatların iyini hiss etsəniz, burnunun və ağzının yanında
qıcıqlanma izi (çətənədən istifadə etdikdə gözlər qızarır) və ya qolda iynə izi görsəniz, təcili olaraq narkoloq-
həkimlə məsləhətləşin. Statistikaya əsasən gənclərin 14%-i «birinci dəfədən sonra» narkomana çevrilir.
Dostları ilə paylaş: |