bitkinin hər hansı orqanının ölməsi: proses qızma, şaxta, müxtəlif zərərli
(zəhərli) maddələrin təsiri nəticəsində baş verə bilər. NEKTAR – bitki nektarlığından ifraz edilən şəkərli şirə. N. şəkərli
(saxaroza, qlükoza, fruktoza) sulu məhlulu olub, tərkibində az miqdarda
spirtlər, azotlu və aromatik maddələr, mineral duzlar, turşular,
fermentlər var. Bir çox bitkilər (canavargiləsi, gəvən, rododendron,
324
qaraçöhrə və s.) zəhərli N. ifraz edir. N. arıların və b. həşəratların
qidasına daxildir. N. bal arılarının bal yığımının əsas hissəsini təşkil
edir.