QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə908/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   904   905   906   907   908   909   910   911   ...   1096
SÜNİ YAĞIŞYAĞDIRMA  1) reagentlərin köməyilə buludlardan 

yağış şəklində yağıntı əmələ gətirmək; 2) kənd təsərrüfatı bitkilərini su-

varma üsulu. Belə suvarmada su sahəyə maşınlar və apparatlar vasitəsilə 

yağış kimi səpələnir. S.y. üsulu ilə suvarmada istənilən torpaq qatını 

suvarmaq olur; əsasən qrunt suları yer səthinə yaxın olan sahələrdə 

tətbiq edildikdə yeraltı suların səviyyəsinin qalxmasının və torpaqların 

şorlaşmasının qarşısını alır. S.y. üsulu ilə suvarmada şırımlarla, yaxud 

zolaqlarla suvarmaya nisbətən suya 30-35% qənaət olunur, k.t. 

bitkilərinin məhsuldarlığı 15-20% artır. 

SÜRÜ  – 1) Davranışında qarşılıqlı  əlaqə olan, bir növə  mənsub 

məməlilər qrupu; yəni müəyyən vaxtda eyni cür davranan, çox vaxt 

fəallıq ritmi eyni olan və vahid hərəkət istiqamətinə malik heyvanlar. 2) 

Ayrı-ayrı  təsərrüfatlarda saxlamaq, kökəldilmək və otarılmaq üçün 

formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), 

qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. 3) təsərrüfatda eyni cinsdən 

olan heyvanların miqdarı. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   904   905   906   907   908   909   910   911   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin