COĞRAFİ YARIMZONA – coğrafi zonanın tərkibinə daxil olan
yer səthinin zonal fiziki-coğrafi bölgüsünün pillələrindən biri. Bu və ya
digər landşaft tipinin üstünlük edən landşaftına görə ayrılır.
COĞRAFİ ZONA, TƏBİİ ZONA – regional landşaft vahidi olub
xüsusi iqlim tipinə, spesifik bitki örtüyü, heyvanat aləminə malik olan
geniş ərazi. C.z. yer səthinin üfiqi-zonallıq üzrə fiziki-coğrafi
rayonlaşdırmasının yüksək pilləsindən biri olub coğrafi qurşaq daxilində
yerləşir. İlk dəfə C.z. V.V.Dokuçayev (1898) tərəfindən təbii-tarixi zo-
nalar kimi ayrılmışdır. C.z. təliminin inkişafında L.S.Berqin (1931)
müstəsna yeri vardır. O, şimal yarımkürəsinin düzən hissəsində tundra,
mülayim iqlimin meşələri, meşə-çöl, çöl, Aralıq dənizi, yarımsəhra,
səhra, subtropik meşələr, tropik səhra, tropik çöl, tropik meşə-çöl (sa-
vanna), rütubətli tropik meşələr zonaları ayırmışdır.
– Buzlaq zonası (coğrafi) – arktika və antarktika səhraları ərazisi,
həmişə və ya ilin çox aylarında buzlaq altında olub ali bitkilərə təsadüf
edilmir.
– Tundra zonası (coğrafi) – subarktik qurşağın ərazisi olub sərt iq-
limi, daim donuşluğun olması, meşəsizliyi, mamır və şibyələrin güclü
inkişafı, yüksək rütubətliyi, heyvanat aləminin kasatlığı ilə səciyyələnir.
– Meşə-tundra zonası – subarktik qurşaqda tundra zonasından tayqa
zonasına keçid ərazidə yerləşib hər iki zonanın flora və fauna
elementlərinin birliyi müşahidə olunur.
– Tayqa zonası – meşə zonasının şimal hissəsi – mülayim qurşağın
77
iynəyarpaqlı meşələri, özünəməxsus torpaq örtüyü və heyvanat aləmi
var.
– Qarışıq meşələr zonası – mülayim qarşaqda qarışıq iynəyarpaqlı
və enliyarpaqlı meşələrin ərazisi.
– Meşə zonası – mülayim, subtropik, tropik, subekvator və ekvator
qurşaqlarında müxtəlif meşə tipləri zonası. Mülayim qurşaqda tayqa,
qarışıq və enliyarpaqlı meşələr zonası ayrıca zona kimi ayrılır.
– Meşə-çöl zonası – mülayim və subtropik qurşağın meşə və çöl
əraziləri bir-birini əvəz edən zona.
– Çöl (bozqır) zonası – mülayim və subtropik qurşaqlarda meşəsiz
kserofit xarakterli sıx ot örtüyünə malik olan ərazilər.
– Aralıq dənizi zonası – subtropik qurşaqda yerləşib ilboyu
rütubətliyin qeyri barəbər olmasilə (əsasən qış yağıntısı) səciyyələnir.
Bitki örtüyü həmişəyaşıl meşələr və kserofit kolluqlardan ibarətdir.
– Subtropik zona – Yerin subtropik qurşaqlarına daxil olan bir sıra
zonalar (şimal və cənub yarımkürələrdə): həmişəyaşıl subtropik meşələr
və kolluqlar, subtropik qarışıq musson meşələri, subtropik meşə-çöl, çöl,
(bozqır) yarımsəhra və səhralar.
– Yarımsəhra zonası – mülayim, subtropik və tropik qurşaqlarda çöl
zonasından səhra zonasına keçid ərazilərdə yerləşib (quru-kontinental
iqlim şəraitində) münbit olmayan, çox vaxt şorakət torpaqlarda seyrək
kserofit bitki örtüyünə malikdir.
– Səhra zonası – mülayim, subtropik və tropik qurşaqların çox quru
kontinental iqlimi şəraitində, əksər halda şorlaşmış torpaqlarda seyrək
bitki örtüyü.
– Savanna zonası – tropik və subtropik qurşaqlarda tək-tək ağac və
kolluqlar ot bitkiləri fonunda.
– Tropik zona – Yerin şimal və cənub yarımkürəsinin tropik
qurşaqlarında rütubətli sıx tropik meşələri, tropik seyrək meşələri, quru
çöl və savannalar, tropik yarımsəhra və səhraları.
Dostları ilə paylaş: |