DANADİŞİLƏR (Gryllotalpidqe) – düzqanadlılar dəstəsindən
həşəratlar fəsiləsi. D.-in 45-dək növü məlumdur. Azərbaycanda 2 növü
yayılmışdır. Rütubətli torpaqda yaşayır. Gündüzlər torpağın altında
qalır, axşamlar üzə çıxır. Bitkilərin yeraltı hissəsi, soxulcan və həşəratla
qidalanır. Suvarılan torpaqlarda bitkilərin yeraltı hissəsini zədələməklə
bağ və bostanlara böyük zərər verir.
DAŞ KÖMÜR – bitki mənşəli bərk çökmə süxuru. Bitki kütləsinin
tədrici kimyəvi və fiziki-kimyəvi çevrilmələrə məruz qalması yolu ilə
daş kömürün əmələ gəlməsi prosesi aşağıdakı mərhələləri keçirir: torf-
qonur kömür – daş kömür – antrasit. Daş kömürün əmələ gəlməsi
nəticəsində çöküntüdə karbonun miqdarı artır, oksigen isə azalır. Daş
kömürün yaşı 350-250 milyon ilə bərabərdir. Onlardan ən qədimi
antrasit sayılır, o, özündə 95%-dən artıq karbon saxlayır, tərkibində
hidrogen azdır, yandırdıqda demək olar ki, uçucu məhsul vermir.
Dostları ilə paylaş: |