DOYMAMIŞ
BİOSENOZLAR (Natamam biosenoz) –
kasatlaşmış növ yığımına malik olan biosenoz; belə biosenoza heç bir
çətinlik (əngəl) olmadan yad orqanizmlər daxil ola bilir. D.b.-a bütün
aqroboisenozlar daxil olur, ziyanvericilərə tez yoluxur. (məs., kənd
təsərrüfatında monokultura). D.b. yalnız daim insan qayğısı olduqda
uzun müddət mövcud ola bilər. D.b.-ın zənginləşdirilməsində akklimati-
zasiya (iqlimləşdirmə) ən geniş yayılan üsullardan biri sayılır.
DOYMUŞ BİOSENOZ (Tam biosenoz) – tam maksimum bitki və
ya heyvan növlərinin yığımı olan və miqrantlar üçün yer olmayan bio-
senoz (ekvator tropik meşələri, mülayim zonanın təbii enliyarpaq
meşələri). D.b. yüksək dərəcədə möhkəmliyi ilə səciyyələnir, bu adətən,
yüksək məhsuldar klimaks ekosistemlər sayılır. Lakin onun ekoloji
tarazlığı düzgün olmayan insan fəaliyyətinin təsirilə pozula bilər. (Sax-
ara səhrası, Kürboyu tuqay meşəsinin yerində bataqlıq və ya şorlaşmış
sahələr və s.).
DOZA (TOKSİK) –zərərli agentin minimum miqdarı orqanizmə
daxil olarkən onun aşkar zəhərlənməsi ilə nəticələnir.
Dostları ilə paylaş: |