116
yaşlı fərdə çatması üçün həyat siklini keçməyə sərf olunan ümumi istilik
miqdarı.
EFFUZİV SÜXURLAR – lavanın yer səthində soyumasından
əmələ gələn süxurlar. E.s.-ın mineraloji tərkibi üçün vulkan şüşəsinin,
iri kristalların və porfirəbənzər möhtəvilərin olması xarakterikir.
Azərbaycanda E.s. Kiçik Qafqazın mərkəzi və şimal-şərq hissəsində
çoxdur.
EFİRYAĞLI BİTKİLƏR – çiçək, yarpaq, kök və s. orqanlarından
efir yağı almaq üçün becərilən bitkilər. E.b.-in vətəni, əsasən tropik və
subtropik ölkələrdir. Əksəriyyəti birillik və çoxillik otlardır. Həmçinin
yarımkol, kol və ağaclar da var. E.b. ətriyyat, kosmetika və yeyinti
sənayesi üçün lazım olan efir yağlarının alınmasında, həmçinin tibbdə,
baytarlıqda, kulinariyada geniş istifadə olunur. Azərbaycanda 800-dən
çox E.b. məlumdur. 300-ə yaxın növü istifadəyə yararlıdır.
Azərbaycanda sənaye miqyasında Zaqatala efir yağı zavodunda 100 ha
sahədə qızılgül, Abşeronda (Bilgəh) 116 ha sahədə zəfəran əkilir.
EXOLOKASİYA – əşyalardan əks olunan səs dalğalarının və ya
radiodalğaların qeydə alınması, onların yerinin, forma və ölçülərinin
təyin edilməsi. Akustik E., radioekolokasiya və hidroekolokasiya
formaları mövcuddur. Bəzi həşərat və quşlarda, yarasa, delfin, suiti, ba-
lina və s.-də canlı E. var. E. heyvanların səmti bilməsi, maneələrdən
qorunması, həmçinin qida axtarması üçün vacibdir. Yarasa və delfinin
exolokatoru ətraflı tədqiq edilmişdir.
E. prinsipi ilə işləyən texniki qurğular, sualtı qayıqların yerini
öyrənməkdə, minalanmış sahələri tapmaqda, dəniz və okean dibi
relyeflərinin tədqiqində geniş tətbiq olunur. Lakin, texniki E. qurğuların
həssaslığına görə canlıların E.-sından geri qalır.
Dostları ilə paylaş: