QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə296/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   292   293   294   295   296   297   298   299   ...   1096
EKSPULVERİZASİYA – ekosistemdən külək vasitəsilə mineral və 

üzvi maddələrin hissəciklərinin aparılması. Duzdəyişmə yollarından 

biri. 

EKSTREMAL FAKTOR – orqanizmin uyğunlaşma reaksiyasından 

güclü olub, lakin onu məhv olmaq dərəcəsinə gətirməyən hər hansı bir 

faktor. E.f-un mövcudluğu yaşayış üçün ekstremal şərait yaradır. 

EKSTREMAL  ŞƏRAİT  – orqanizmin mövcudluğu üçün son 

dərəcə (sərt maksimal və ya minimal) şərait. E.ş. stress kimi təsir 

göstərə bilər. 

EKSTRES – orqanizmə göstərilən istənilən təsirə qarşı qeyri spesi-

fik müsbət reaksiya («yaxşı»” stres). 



EKSTROZONAL BİTKİ ÖRTÜYÜ  hər hansı  bir zonaya uyğun 

olan bitki örtüyünün həmin zonadan kənarda yerləşməsi. Məs. fıstıq 

meşəsi zonasında şam meşəsi. Bax: azonal və introzonal bitki örtüyü. 

EKTOZOY ORQANİZM – heyvan üzərində yaşayan orqanizm. 

EKTOGENEZ – təkamül təlimində cərəyan. E.-ə görə orqanizmlər 

xarici mühit amillərinin təsirinə uyğun (adekvat) olaraq dəyişilir və bun-

lar toplanaraq nəslə keçir. E. tərəfdarları məsələyə birtərəfli yanaşır və 



 

141 


 

təkamüldə orqanizmin daxili amillərini (genotipini) və  təbii seçmənin 

rolunu nəzərə almırlar. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin