EPİEDAFON, EPİQEYON – torpağın səthində həyat sürən
orqanizmlərin məcmusu.
EPİFAUNA – qruntun (torpağın) səthinə yapışan və ya onun səthi ilə
sərbəst hərəkət edən heyvan orqanizmləri.
EPİFİLLƏR (epi... və yun. phyllon – yarpaq) – epifit bitkilər, ali
bitkilərin yarpaqlarında məskunlaşır. (məs. yosunlar, mamırlar və b.).
Əsasən tropiklərdə və subtropiklərdə yayılmışdır.
EPİFİTLƏR – həyatının bir hissəsini və ya hamısını başqa bitkilər
üzərində keçirən, torpaqla əlaqəsi olmayan ağac və ot bitkiləri.
Parazitlərdən fərqli olaraq E. qida maddələrini üzərində yaşadıqları
bitkidən almır. Başqa bitkilərin yarpaqları üzərində yaşayan bitkilər
epifillər adlanır. Əsasən tropik meşələrdə yayılmışdır. Az rütubətli isti
yerlərdə olan E. mamır, şibyə, qıjı və yosunlardan ibarətdir. 2 əsas qru-
pu var: yarımepifitlər və əsl E. Yarımepifitlər inkişafa ağaclarda
başlayır. Bir müddətdən sonra torpağa işləyən və ondan su, mineral
maddələr alan uzun əlavə köklər əmələ gətirir. Əsl E. ömrü boyu
ağaclarda torpaqla əlaqəsi olmadan yaşayır. Belə E. tez-tez su və miner-
al maddələrdən korluq çəkir. Bununla əlaqədar E.-də su və qidanı
almağa və onları daha səmərəli sərf etməyə xüsusi uyğunlaşmalar əmələ
gəlmişdir. Bəzi E.-də köklərin bir hissəsi yuxarıya qalxaraq bir-birinə
sarılıb içərisinə toz və tökülmüş yarpaqların yığıldığı kök yuvaları
əmələ gətirir; beləliklə, qidalanan köklər üçün substrat yaranır. Bir çox
E.-də quraq yerlərin bitkiləri olan kserofitlərin əlamətləri müşahidə edi-
lir. Azərbaycanda E.-dən ağ bağambürcə (Viscum album) çox təsadüf
edilir.
EPİFİTOTİYA – bitkidə infeksiya xəstəliyinin geniş yayılması.
Məs. taxılda pas və sürmə xəstəliyi, kartofda fitoftora xəstəliyi. E.-nın
səbəbləri epizootiyada olduğu kimidir.
EPİKSİLLƏR – ölü ağac və kolların gövdələrində həyat sürən
orqanizmlər (bakteriyalar, göbələklər, hörümçək sürfələri, gənələr).
Dostları ilə paylaş: |