FARMAKOLOGİYA (yun. pharmakon - dərman) – dərman
maddələri və onların orqanizmə göstərdiyi təsir haqqında tibbi, bioloji
elm; geniş mənada fizioloji aktiv maddələr.
FASİYA (lat. facies – zahiri görünüş) – Təbii kompleksin ən kiçik
hissəsi (dərənin bir yamacı, bulağın çıxdığı yer və s.).
FAUNA (lat. Fana – meşə və çölün ilahəsi) – Müəyyən ərazi,
rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu.
Süxurların və ya çöküntü qatlarının arasında olan orqanizm qalıqlarının
kompleksi də fauna adlanır.
Bu və ya digər rayonun F.-sı müxtəlif heyvan qruplarından (faunistik
kompleksdən) ibarətdir. Tundra, meşə, çöl, yarımsəhra, səhra faunistik
kompleksləri olur. F. termini müxtəlif sistematik kateqoriyadan olan
heyvanlara müəyyən ərazidə (quşların F.-sı, böcəklərin F.-sı) aid edilə
bilər.
Dostları ilə paylaş: |