FUTUROLOGİYA (lat. futurum - gələcək) – geniş mənada – Yerin
və bəşəriyyətin gələcəyi haqqında təsəvvürlərin məcmusu, dar mənada –
sosial proseslərin perspektivini əhatə edən elmi biliklər sahəsi,
proqnozlaşdırma və proqnostikanın sinonimi.
FÖN – dağlıq ölkələrdə, temperaturu xeyli yüksək və nisbi rütubəti
alçaq, güclü və bəzən şiddətlənən küləklər. F. dağ silsiləsinin bir
tərəfində hava təzyiqi yüksək, o biri tərəfində isə alçaq olanda baş verir.
Hava yüksək təzyiq olan tərəfdən alçaq təzyiq olan tərəfə hərəkət edərək
dağ silsiləsini aşır. Rütubətli hava yamac üzrə qalxdıqca onun tempera-
turu orta hesabla hər 100 m-də 0,5
° düşür. Azərbaycanda kermiç, qara
yel, ağ yel adlanan külək F. tipli küləkdir.
|