HORMONLAR, İNKRETLƏR (yun. hormoc - oyatmaq) – endo-
krin vəziləri, yaxud daxili sekresiya vəzilərinin hasil etdiyi və bilavastə
qana ifraz olunan mürəkkəb kimyəvi təbiətli bioloji aktiv maddələr (zü-
lallar, amin turşuları, polipeptidlər, steroidlər və s.). H.-ın əsas
funksiyası ayrı-ayrı orqanların, sistemlərin və bütövlükdə orqanizmin
fəaliyyətini hormonal tənzim etməsidir. H. həm heyvan, həm də bitki
orqanizmlərində sintez olunur. Termin E.Starlinq (1905) tərfindən irəli
sürülüb.
HÖVZƏ – 1) Səth axını olmayan alçaq sahə (axarsız hövzə). 2)
Dəniz dibinin bu və ya digər dərəcədə izometrik formaya malik alçaq
sahəsi, çökəklik. 3) Yağıntının yerə hopduğu və yığıldığı sahə. 4) Yer
qabığının çökmə örtüyünün əyilmiş iri strukturu. 5) Forması və təşkil
olunduğu süxurların xüsusiyyətlərinə əsasən suları özündə toplayan re-
lyef forması və ya yeraltı struktur (məs. Artezian hövzəsi). 6) Buzlaq və
onun qollarının qidalandığı sahə. 7) Ayrıca çaya və ya çay sisteminə
axan suların əhatə etdiyi yer səthinin bir hissəsi.
Dostları ilə paylaş: |