XƏTTİ EROZİYA – bax: yarğan.
XƏZAN, XƏZAN DÖVRÜ – İlin bəzi mövsümlərində (payız, yayın
quraqlıq dövrü) bitkilərin kütləvi surətdə yarpaqlarının tökülməsi. Tor-
paq səthində töküntünün toplanmasına, torpağın üst qatlarının üzvi və
mineral maddələrlə zənginləşməsinə səbəb olur.
XƏZRİ, Bakı nordu – Abşeron yarımadasında və onun ətraf
zonasında əsən güclü şimal küləyi. Sürəti 10 m/san-dən çox olur, bəzən
40-42 m/san-yə çatır. Adətən, 1-3 sutka, bəzən bir həftəyədək davam
edir. İldə 100 dəfəyədək təkrarlanır. Qüvvətli X. təsərrüfat fəaliyyətini
pozur, dənizdə iri dalğalar (hünd. 10-11 m-dək), güclü axınlar yaradır,
dəniz nəqliyyatına və hidrotexniki qurğulara zərər verir. X. havanı
kəskin dəyişdirir. Qışda havanı soyudur, bəzən çoxlu qar yağmasına,
çovğuna səbəb olur, yayda havanı xeyli sərinlədir, hərdənbir yağıntı
gətirir. X. zamanı Bakı və Sumqayıt şəhərlərinin havası zərərli qaz və
tüstüdən təmizlənir. X. böyük külək enerjisinə malikdir.
Dostları ilə paylaş: |