İLLİK AMPLİTUDA – aylar ərzində meteoroloji elementləri (at-
mosfer təzyiqi, temperatur və s.) ən yüksək kəmiyyəti ilə ən aşağı
kəmiyyəti arasında fərq. İ.a. orta və mütləq kəmiyyətlər arasında ola
bilər. İ.a. çoxillik məlumata əsasən hesablanır.
İLLİK ARTIM – 1) fito və ya aqrosenozun kütləsinin il ərzində
artımı: 2) il ərzində anatomo – morfoloji qatın (oduncaq, sümük və s.)
artması; İ.a. oduncağın, sümüyün, pulcuğun kəsiyində adətən aydın seçi-
lir.
İLLİK HALQALAR (BİTKİLƏRDƏ) – ilin soyuq və isti
fəsillərinin növbələşməsi ilə əlaqədar kambi fəaliyyətinin dəyişməsi
nəticəsində oduncaqda əmələ gələn artım. İ.h. oduncağın bir vegetasiya
dövründəki artımına uyğun gəldiyi üçün gövdənin (kök boğazından
yuxarı) en kəsiyində İ.h.-ın sayına görə bitkinin yaşını təyin etmək olur.
İ.h-ın qalınlığı bitkinin yaşından, inkişaf şəraitindən və s.-dən asılı ola-
raq dəyişilir.
Dostları ilə paylaş: |