QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə592/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   588   589   590   591   592   593   594   595   ...   1096
LANDŞAFTIN ESTETİKASI  –  ərazinin insan üçün gözəlliyi və 

cazibədarlığı. İnsanların psixi sağlamlığını qorumaq və normal istirahət 

üçün vacib olan təbii resurslardan biri (boş yerlər, qurumuş meşə 

sahələri, nizamsız qazılan kanallar, zibillənmiş sahələr qeyri estetik 

hesab olunur). 

LANDŞAFTIN GENEZİSİ  – landşaftın  əmələ  gəlməsinə  səbəb 

olan proseslərin məcmusu və onun müasir dinamiki vəziyyəti. 

Cəmiyyətin landşafta təsir göstərməsinə  qədər onun əmələ  gəlməsi 

əsasən iqlim şəraiti, həmçinin tektonik və bioloji faktorlarla təyin 

edilirdi. Bu özünü landşaft tiplərinin adında əks etdirir: zonal – qurşaq 

landşaft tipləri (tundra, ekvator və s.) biogen, orogen (düzən, dağ, dərə 

və s.) landşaft.  İnsanın peyda olması ilə landşaftəmələgətirən və 

landşaftı dəyişdirən mühüm faktordan biri insan cəmiyyətinin fəaliyyəti 

oldu. Bu özünü landşaftların adında  əks etdirir: antropogen landşaft, 

əkinçilik landşaftı və s. 

Landşaftın  əmələ  gəlməsi və müasir vəziyyətinin formalaşması 

paleocoğrafi, arxeoloji və tarixi metodlarla, landşaftın vəziyyətini, 

strukturunu və prosesləri təhlil etmək yolu ilə müəyyən edilir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   588   589   590   591   592   593   594   595   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin