RADİASİYA BALANSI – Yer səthinin radiasiya balansı – Yer
səthinin horizontal sahəsinin mənimsədiyi ümumi günəşin radiasiyası ilə
effektiv şüalanma (çıxar radiasiya) arasındakı fərq. Yer səthinin istilik
balansının əsas komponentidir. R.b. kal-sm
3
-dəq. ilə ifadə olunur. Xüsu-
si cihazla (balansomer) ölçülür. Orta iqlim kəmiyyətləri empirik distur-
lar vasitəsilə də təyin olunur. Müsbət və mənfi ola bilər. İllik miqdarı
Yer səthinin çox hissəsində müsbət, Antraktida və Arktikanın mərkəzi
rayonlarında mənfidir. R.b.-nın illik miqdarı Azərbaycan
Respublikasında 15-20 kkal/sm
3
(yüksək dağlıq rayonlarda) ilə 58-60
kkal/sm
3
(Lənkəran ovalığında) arasında dəyişir.
Dostları ilə paylaş: |