QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə917/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   913   914   915   916   917   918   919   920   ...   1096
ŞİTİLLİK, BİTKİÇİLİKDƏ – tərəvəz, çiçək və s. bitkilərin şitilini 

becərmək üçün düzəldilmiş örtülü torpaq sahəsi. İstixana, parnik və ya 

plyonka ilə üstü örtülən hər hansı sahə, lək Ş. ola bilər. 

ŞORAKƏTLİ TORPAQLAR – uducu kompleksində udulmuş Na 

olması ilə əlaqədar şorakətləşmə prosesi baş verən torpaq növü. Özünün 

nisbətən əlverişsiz morfoloji və fiziki-kimyəvi xassələri ilə (kolloidlərin 



 

420 


 

dispersləşməsi, bərkiməsi və s.) fərqlənir.  Şorakətləşmə  dərəcəsindən 

asılı olaraq zəif, orta və  şidətli  Ş.t. olur. Şorakətləşmə prosesi bu 

torpaqların münbitliyini xeyli azaldır. Azərbaycan Respublikasında belə 

torpaqlara boz-qəhvəyi, şabalıdı, qonur, boz-qonur və boz torpaqlar olan 

ərazilərdə rast gəlirik. 



ŞORANLAR  – üst qatında 1%-dən artıq suda həll ola bilən duzlar 

olan azonal torpaq tipi. Avtomorf və hidromorf şəraitdə  əmələ  gəlir. 

Aftomorf  Ş.-da duzların mənbəyi duzlu süxurlar, hidromorf Ş.-da isə, 

əsasən, kapillyarlarla üst qata qalxıb buxarlanan minerallaşmış qrunt 

sularıdır. Anionlara görə xloridli, sulfatlı, karbonatlı, kationlara görə 

natriumlu, maqneziumlu, kalsiumlu, morfoloji quruluşuna görə qaysaqlı, 

yumşaq, yaş (nəm) və qara Ş. məlumdur. Suvarma düzgün 

aparılmadıqda  əmələ  gələn  Ş.-a isə  təkrar  Ş. deyilir. Azərbaycan 

Respublikası  ərazisində  Ş.  ən çox Kür-Araz ovalığında (Şirvan, Mil, 

Muğan və Qarabağ düzlərində) yayılmışdır. Kənd təsərrüfatında Ş.-dan 

onların tərkibindəki zərərli duzları müxtəlif su normaları ilə kollektor-

drenaj  şəbəkəsi çəkməklə fasilələrlə yumaq, ot bitkiləri  əkib 

yaxşılaşdırmaqla istifadə etmək olar. 

ŞUM,  ŞUMLAMA  – torpağın laydırlı kotanla becərilməsinə  əsas 

tədbirlərdən biri. Ş. zamanı torpağın üst qatı alta, alt qatı isə üstə 

çevrilir. 

ŞUM QATI – torpağın sistematik olaraq becərilən qatı. Adətən 

bitkinin boy və inkişafı üçün lazım olan bütün qida maddələri torpağın 

Ş.q.-nda yerləşir. Yumşaldılmış  şum qatı  nəmliyi asanlıqla özünə 

hopdurub aşağı qatlara keçirir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   913   914   915   916   917   918   919   920   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin