QəRİb məMMƏdov mahmud xəLİlov


TƏBİİ-ANTROPOGEN MÜVAZİNƏT (TARAZLIQ)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə947/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   943   944   945   946   947   948   949   950   ...   1096
TƏBİİ-ANTROPOGEN MÜVAZİNƏT (TARAZLIQ) – 

mühityaradan komponentlərin və proseslərin balansının insan tərəfindən 

dəyişdirilməsi əsasında əmələ gələn törəmə ekoloji müvazinət. 

TƏBİİ-ANTROPOGEN  ŞƏRAİT  – təbii  şəraitin və insan 

fəaliyyətinin inteqrasiyası. Təbiətdən səmərəli istifadə,  ətraf mühitin 

çirklənmədən uğurlu mühafizəsi belə inteqrasiyanın optimallaşdırılması 

əsasında aparılmışdır. 



TƏBİİ  BİTKİ ÖRTÜYÜ – insanın bilavasitə  və vasitəli təsiri 

olmadan formalaşan təbii bitki qruplaşmaları. 



TƏBİİ ÇİRKLƏNDİRİCİ – insan fəaliyyəti ilə əlaqədar olmayan, 

yəni təbii mənşəli çirkləndirici. 



TƏBİİ ÇİRKLƏNMƏ – təbii, fəlakətli proseslər (məs. güclü vulkan 

püskürməsi) nəticəsində baş verən çirklənmə. 



TƏBİİ EHTİYATLAR  – Bəşəriyyətin varlığı üçün zəruri olan və 

təsərrüfatda istifadə edilən təbiət elementləri. Günəş enerjisi, Yerin 

daxili istiliyi, su, torpaq və mineral ehtiyatları, bitki örtüyü, heyvanat 

aləmi, iqlim (istilik, yağıntı, küləyin gücü) T.e.-ın  əsas növləri sayılır. 

T.e. maddi istehsal sahələrində (energetika, sənaye, kənd təsərrüfatı və 

təsərrüfatın digər sahələri) və qeyri maddi istehsal sahələrində (məs. 

istirahət məqsədi ilə) istifadə olunan növlərə ayrılır. Aşkar edilən, lakin 

hələlik istifadə olunmayan T.e. potensial T.e. sayılır. İnsan cəmiyyətinin 

təbii ehtiyatlarla təmin olunması ən mühüm problemlərdən biridir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   943   944   945   946   947   948   949   950   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin