QəRİb məMMƏdov mahmud xəLİlov


BİTKİ  VƏ ONUN ORQANLARININ SƏTHİ



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə154/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   150   151   152   153   154   155   156   157   ...   1096
BİTKİ  VƏ ONUN ORQANLARININ SƏTHİ  – bitki 

qruplaşmalarını  və populyasiyalarını  səciyyələndirən mühüm göstərici. 

Birhüceyrəli orqanizmlərdə bitki ilə mühit arasında maddələr 

mübadiləsi aparan fəaliyyətdə olan səthlərin-assimilyasiya (yarpaq və 

yaşıl budaqların) və adsorbsiya (köklərin fəaliyyətdə olan hissəsi) 

səthlərin təyin edilməsi mühüm əhəmiyyət kəsb edir. Yaruslarda yar-

paqla örtülmə faizinin təyin edilməsi də müəyyən əhəmiyyətə malikdir. 

BİTKİ  ZƏRƏRVERİCİLƏRİ  – bitkiləri zədələyən və ya onları 

məhv edən heyvanlar. Kənd təsərrüfatı bitkilərinə  ən çox ziyan vuran 

gəmiricilər və həşəratlardan kəpənəkləri (payız sovkası, kələm kəpənəyi 

və s.) və böcəkləri göstərmək olar. Bitkiyeyən gənələr, sap qurdlar, 

qarınayaqlı molyuskalar və  bəzi quşlar da kənd təsərrüfatı bitkilərinə 

zərər verir. 



BİTKİLƏR – günəş enerjisindən istifadə etməklə avtotrof qidalanan 

və hüceyrələri  bir qayda olaraq sellülozdan ibarət sıx qılaflı canlı 

orqanizmlər. Yer Kürəsində 500 min növ bitki yayılmışdır ki, bunun 

200-250 min növü çiçəkli B.-dir. 

B. ibtidai və ali B.-ə bölünür. İbtidai bitkilər bədənlərində  vəzifə 

bölgüsü getməmiş orqanizmlərdir. Ali bitkilərdə isə toxuma və 

hüceyrələr arasında vəzifə bölgüsü getmişdir. Ali B. kök, gövdə və yar-

paqlardan ibarətdir.  İbtidai B. bakteriyalar, yosunlar, göbələklər, 

şibyələr, ali B. isə mamırkimilər, qıjıkimilər, çılpaqtoxumlular, 

örtülütoxumlular tipinə (şöbəsinə) ayrılır. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin