EKOLOJİ-İQTİSADİ POTENSİAL – ekoloji məhdudiyyət nəzərə
alınmaqla iqtisadi potensial, yəni iqtisadiyyat təbiətdən səmərəli
istifadəyə yönəldilərək ekoloji cəhətdən əsaslandırılmalıdır.
EKOLOJİ-İQTİSADİ SİSTEM – iqtisadiyyatda və təbiətdə gedən
proseslərin qarşılıqlı əlaqəsi və qarşılıqlı asılılığı. E.i.s. təbii və antropo-
gen elementlərdən (ehtiyatlardan) və onların arasındakı əlaqələrdən
(axınlardan) ibarətdir. E.i.s.-in əsas elementləri (resipiyentləri) aşağıdakı
kimi təsnifata ayrılır: 1 – ekoloji komponentlər; məcmusu ətraf təbii
mühiti əmələ gətirir – hava, su, torpaq, bitki örtüyü, heyvanat aləmi; 2 –
mineral (enerji və xammal) resurslar; 3 – istehsalat fondları, nəqliyyat.
124
Bu sistemdə ikinci və üçüncü qrup təsnifatın komponentləri birinci qru-
pa nisbətən eyni mənalı vəziyyət tutur.
Dostları ilə paylaş: |