QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə277/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   273   274   275   276   277   278   279   280   ...   1096
EKOLOJİ TƏDQİQAT – orqanizmlər və onların qruplaşmalarının 

ətraf biotik və abiotik mühitlə qarşılıqlı əlaqəsinin öyrənilməsi. 



EKOLOJİ TƏDQİQAT METODLARI: 

–  Rastlaşma (qarşılaşma) metodu – biosenozda növ fərdlərinin 

tapılması (rast gəlinməsi) tezliyinin təyin olunması. Çoxlu miqdarda 

təsadüfi təcrübə sahələrində (0,01-1m

2

) növlərin hesaba alınması. 



–  Dama (kletka) metodu – mal-qara otarılan otlaqlarda 

məhsuldarlığın təyini. Bu, bir-birinə ağac və ya metalla bərkidilmiş  və 

üzərində torlar çəkilmiş  çərçivələrlə müvəqqəti və ya daimi kiçik 

sahələrin çəpərlənməsi ilə yerinə yetirilir. Məhsuldarlığın (ot) 




 

129 


 

hesablanması həm otlaqda, həm də damalarda (kletkalarda) aparılır. 

–  Klinsekt metodu – yerüstü fitokütlənin quruluşu, kütləsi və 

həmçinin, yarpaqlarının səthinin,  ən çox rast gəlinən populyasiyaların 

sayının, növlərinin rastlaşma dərəcəsinin xüsusi çərçivənin (Bıkov, 

1970) köməyi ilə maili (45

°) səthdə (Klinsektdə) ölçmə, kəsişmə yolu 

ilə öyrənilməsi. 

–  Tipik sahə (“açar”, test sahəsi) seçmə metodu – hər hansı bir 

ərazidə xüsusi seçilmiş tipik (açar) sahədə bitki örtüyünün 

xüsusiyyətlərinin tədqiq olunması, adətən belə sahələr xəritələşdirilir. 

–  Xətti kəsişmə metodu – dartılmış ip və ya məftil boyu düz xətt 

üzrə müntəzəm (ardıcıl) ölçmə işi apararaq bitkilərin və onların proyek-

tiv örtmə dərəcəsinin təyini. 

–  Nişanlanmış atomlar metodu – Ekologiyada və geobotanikada 

qruplaşmaların quruluşunun tədqiqi üçün istifadə olunur: kök sisteminin 

yerləşməsi, ayrı-ayrı klonların yerləşməsi, alaqlarla mübarizədə 

fitofaqların axtarılması, fitokütlənin hesablanması və s. tədqiqatlarda bu 

metoddan istifadə edilir. 

–  Vegetasiya qabları metodu – ciddi nəzarət altında torpaq və su 

şəraitində (borulu metal və ya şüşə qablarda) bitkinin yetişdirilməsi. 

–  Geobotaniki stasionar tədqiqat metodları  – Eyni nöqtələrdə 

bitki örtüyünün eyni əlamətlərinin hesablanması dəfələrlə təkrar olunma 

yolu ilə aparılır. Stasionar tədqiqatlar vaxtına görə müxtəlif ola bilər (bir 

neçə gündən 10 illərə  qədər). Bu tədqiqatlar bitkilər üzərində vizual 

müşahidələr aparmaqla və ya bir sıra mürəkkəb cihazlarla yerinə yetiri-

lir. 

–  Goebotaniki marşrut tədqiqat metodu – Marşrut yolu ilə 



tədqiqat bir dəfə yerinə yetirilir. Marşrut tədqiqatlar müxtəlif miqyasda 

(kiçik sahəni və geniş  əyaləti  əhatə edə bilər) və müxtəlif dəqiqliklə 

aparıla bilər. Bu zaman tədqiqat bitki qruplaşmasında növün roluna vi-

zual qiymət vermək yolu ilə  və ya dəqiq metodlarla aparılır. Marşrut 

tədqiqatı vaxtı xüsusi cihazlarla mühit şəraitini və bitkinin vəziyyətinin 

ekoloji-fizioloji parametrlərini bir dəfə  və ya qısa müddət  ərzində 

ölçülməsi işi də aparıla bilər. Marşrut tədqiqatları  nəticəsində bitki 

örtüyünün təsnifatı, geobotaniki indiqasiya, geobotaniki xəritələşdirmə, 

fitosenozların quruluşunun təsviri və s. haqqında məlumatlar toplana 

bilər. 


–  Geobotaniki eksperimental tədqiqat metodları  – Müşahidə 

aparılan bitki örtüyü və mühitə aktiv təsir göstərmək yolu ilə yerinə ye-

tirilir. Eksperimental tədqiqatlar sırasında gübrələrin və digər mühit 

amillərinin bitki örtüyünə təsirini öyrənmək, süni fitosenozlar yaratmaq, 




 

130 


 

təbii bitki qruplaşmasına yeni komponentlər daxil etmək (və ya kənar 

etmək), rəqabəti zəiflətmək məqsədilə ağacların köklərini kəsmək və s. 

daxildir. Eksperimental metodlara həmçinin metodiki eksperimental və 

fitosenotik sistemlərin modelləşdirməsini də aid etmək olar. 

– Model metodu (ekologiyada) – populyasiya, biogeosenoz, biose-

nozun seçilmiş tipik nümunələrində öyrənilməsi. Model olaraq ayrıca 

fərd (model ağacı), populyasiya, onun qrupu, biosenoz və ya onun 

ayrıca (model) sahəsi, butünlüklə biogeosenoz (ekosistem) götürülə 

bilər. Bioloji modelləri laboratoriyada süni yetişdirilən canlı 

orqanizmlərlə  də yaratmaq olar. Bir çox hadisələr riyazi modellərlə, 

yəni təbiətdə tapılan proseslər və qanunauyğunluqlar düsturlar sistemi-

nin köməyi ilə də tədqiq edilir. 

– Ovlama metodu – müxtəlif tələlərlə ovlama yolu ilə heyvanların 

sayını müəyyənləşdirmək. Bəzən ovlama bir neçə müddətdə 

aparıldıqdan sonra heyvanların sayı müəyyənləşdirilir. 

– Plansekt metodu – Bitki örtüyünün yerüstü və yeraltı yaruslarının 

və biohorizontların qatlarının quruluşu, onların sıxlığı  və biokütləsinin 

öyrənilməsi horizontal (hava və torpaq) həcmə görə – plansektlərlə 

yerinə yetirilir. Proyeksiyaların cəminə  əsasən ümumi (yerüstü və 

yeraltı) örtmə dərəcəsi (sıxlıq) təyin olunur. Bu metod əlverişli və əyani 

olub yaxşı müqayisəli nəticələr verir. 

–  Ardıcıllıq (sıralar) metodu – rastlaşma (qarşılaşma) metodunun 

təkmilləşdirilmişi olub onun köməyi ilə növün dominantlığının 

rastlaşma dərəcəsi nəzərə alınır. Bu zaman kiçik sahələrdən istifadə edi-

lir, müəyyən növün rastlaşması (%-lə, RF) həmçinin onun sahədə 

fitokütləyə görə (və ya örtmə  dərəcəsinə görə – DF) dominantlıq 

etməklə rastlaşması qeydə alınır. Sonra dominantlıq ardıcıllığı (sırası) 

təyin olunur: D=100. Hər bir sahə üçün ardıcıllıq təyin edildikdə 

dominantlıq edən növlər müəyyənləşdirilir (fitosenozda), bununla da 

bitki qruplaşmasının ümumi məhsuldarlığından onun müxtəlif 

qiymətlərinin sıxlıq dərəcəsi təyin olunur. Beləliklə, bu metod ən 

məhsuldar növlərin ardıcıllığını tədqiq etməyə imkan yaradır. 

– Torpaq modeli və monoliti metodu – torpaq kəsimindən struktu-

ru pozulmamış şəkildə düzbucaqlı (şaquli) paralepiped formalı torpağın 

kəsilib götürülməsi və onun laboratoriyada tədqiq edilməsi. 

–  Torpaq profili metodu – torpağın açılmış profilində (xəndəkdə) 

tədqiq edilməsi. Bu zaman torpaq genetik qatlara ayrılır və təsvir olunur, 

hər qatdan laboratoriyada analiz etmək üçün nümunələr götürülür. 

–  Ölçü metodu – fitosenozda bitkinin rastlaşma və paylanmasını 

öyrənən üsul. Bir neçə modifikasiyası vardır. Onlardan əsasları 



 

131 


 

aşağıdakılardır:  A-bir-birinə yaxın yerləşən iki bitkinin arasındakı 

məsafə ölçülür, bu bitkilərdən biri həmişə təsadüfi seçilir, digəri isə on-

dan 180


° bucaqdan kənarda qalmalıdır (təsadüfi seçilən cüt bitki meto-

du).  B-həmçinin, lakin məsafələr yaxınlıqdakı dörd bitkiyə  qədər 

ölçülür, hər bitki ayrı kvadratda yerləşir (kvadrantlar kompasla müəyyən 

edilir);  C-həmçinin təsadüfi seçilən nöqtədən (mərkəz qəbul edilən 

nöqtə);  Ç-1 kvadrantda (təsadüfi seçilən nöqtədən yaxınlıqdakı bitkiyə 

qədər məsafə ölçülür) Yenə də 1 kvadrantda) və i.a. (azan nöqtələr me-

todu). Əldə edilən rəqəmlər riyazi hesablanır. Bir növdən olan bitkilərin 

orta məsafəsinə görə yalnız onun yayılma xarakterini deyil, həm də va-

hid sahədə fərdlərin sayını (miqdarını) müəyyənləşdirmək olar. 

–  Qazıntı (qazma) metodu – torpaqda yaşayan və adi gözlə yaxşı 

seçilən (görünən) onurğasız heyvanların uçota alınması üsulu. 

– Başdan-başa hesablama metodu – biosenozun böyük bir sahədə 

tərkibi, quruluşu və  məhsuldarlığının tədqiq olunması.  Əsasən meşə 

biosenologiyasında tətbiq olunur. 

–  Transekt metodu – bitki qruplaşmasını, onun kompleksini və 

sərhədini transektin – uzun düzbucaqlı sahələrin (məs: 1x250 və ya 0,1-

100 m) köməyi ilə öyrənilməsi. Belə sahələrdə bitkinin sayı, yerləşməsi, 

proyektiv örtüyü, populyasiyanın məhsuldarlığı, bioloji kütləsi və  hər 

senozun sərhədində bu parametrlərin dəyişilməsi tədqiq edilir. Bəzən 

transektlər bir-birindən aralı yerləşdirilir. 

– Biçmə metodu (bitkini) – ot və ya yarımkol bitki qruplaşmasının 

məhsuldarlığının təyin edilməsi. Statistik yolla təyin olunması üçün 

lazım olan təkrarda qoyulmuş  təcrübə sahələrində ot örtüyü biçilir, 

təsnifata ayrılır və orta bioloji kütlə hesablanır. 

– Fitometr metodu – kompleks bitmə şəraiti amillərinin bitki və ya 

bitki qruplaşmasının köməyi ilə (böyüməsi ilə) öyrənilməsi. Bu zaman 

bitki digər yerdə və ya vegetativ qablarda basdırılır, yaxud fitosenozun 

kiçicik sahəsi (çox vaxt bitki örtüyü çim və torpaqla qarışıq) digər eko-

top şəraitində köçürülür. 

– Ekoloji cərgələr (sıralar) metodu – dar uzun transektlərdə (bəzən 

bir neçə kilometr uzunluğunda) bitki qruplaşmasının mühit qradiyentləri 

üzrə  tədricən dəyişilməsi öyrənilir və ya müxtəlif növlərin fərdlərinin 

miqdarının dəyişilməsi və yerləşmə xarakteri tədqiq edilir: bitmə 

şəraitinin hər hansı bir qradiyentinin (torpağın mexaniki və kimyəvi 

tərkibi, xüsusən onun duzluluğu, humusluluq dərəcəsi, rütubətliyi, 

həmçinin dəniz səthindən hündürlük) dəyişilməsi ilə  əlaqədar 

fitosenozların dəyişilməsi öyrənilir. 

– Bitki mühafizə metodları – aşağıdakı metodlardan istifadə olunur: 




 

132 


 

– bioloji metodlar-ziyanverici və  xəstəlik törədiciləri, həmçinin alaq 

otlarını təmizləyən (yaxud məhv edən) bioloji nizamlayıcılardan istifadə 

edilir. Bu məqsədlə digər orqanizmlərdən (entomofaqlardan, 

antoqonistlərdən, xəstəlik törədənlərdən) və ya onların hasil etdiyi bi-

oloji aktiv maddələrdən (antibiotiklər, hormonlar, attraktantlar) istifadə 

olunur: 

–  genetik metodlar – ziyanverici növlərin trofik xassələrinin süni 

seçmə yolu ilə  dəyişdirilməsi və ya onların erkəklərinin 

dölsüzləşdirilməsi; 

–  kimyəvi metodlar – ziyanlı orqanizmlərə qarşı toksik (zəhərli) 

maddələrdən müxtəlif kimyəvi tərkibli pestisid və gerbisidlərdən 

istifadə olunması. Bu metoddan istifadə edildikdə  ətraf mühitin 

çirklənməsi müşahidə olunur, odur ki, ona ciddi nəzarət olunmalıdır; 

–  aqrotexniki metodlar – məsələn, becərilən bitkinin sayının 

optimallaşdırılması, toxumun təmizlənməsi və s. 

–  inteqral metodlar – bütün mübarizə arsenalından istifadə 

olunması: yırtıcı  və parazitlərin, həmçinin, ziyanvericilərin özlərində 

xəstəlik törədən virus və bakteriyaların tətbiqi, toxumaların kimyəvi və 

radiasiya sterilizasiyası, feromonların, az davamlı kimyəvi 

insektisidlərin (üzvi və bitki mənşəli fosfor), həmçinin davamlı 

bitkilərin seleksiyası, müxtəlif səpin dövriyyəsi, gətirilən 

ziyanvericilərin karantininin tətbiqi. 

– Heyvanların qidasının tərkibini öyrənmə metodu – bu məqsədlə 

birbaşa müşahidə, heyvanların mədələrini yoxlamaqla, nişanlanmış 

atomlar metodu və seroloji metoddan istifadə olunur. 

– Təcrübə sahəsi metodu – biosenozun miqdarı, rastlaşma dərəcəsi, 

yerləşməsi, proyektiv örtüyü, boyu, bitki və heyvanat aləminin kütləsi 

bir neçə çoxlu təsadüfi və ya müəyyən sistemlə qoyulmuş  təcrübə 

sahələrində tədqiq edilir. Təcrübə sahələri əvvəlcədən müəyyən edilmiş 

formada (kvadrat, düzbucaqlı, dairəvi) və böyüklükdə (1 dm

2

-dan 100 



m

2

-a qədər) ola bilər. 



– Bitki örtüyü dinamikasının öyrənilməsi metodları – Bilavasitəli 

və vasitəli metodlara bölünür. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin