QəRİb məMMƏdov mahmud xəLİlov


EKOSİSTEMİN  İQTİSADİ EFFEKTİVLİYİ



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə288/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   284   285   286   287   288   289   290   291   ...   1096
EKOSİSTEMİN  İQTİSADİ EFFEKTİVLİYİ  – ekosistemin 

biokütləsi məhsulunun daxil olan enerjiyə nisbəti. 



EKOSİSTEMİN HOMEOSTAZI – təbii (ekoloji) sistemin dina-

miki tarazlığı. 



EKOSİSTEMİN İYERARXİYASI – ekosistemin müxtəlif dərəcəli 

sırasının struktur və funksional tibeçiliyi; biogeosenoz – biogeosenoz 

kompleksi – landşaft – biom – təbii qurşaq – biocoğrafi vilayət – quru-

nun (okeanın, litosferin) ekosistemi – biosfer. 



EKOSİSTEMİN 

İNTEQRASİALLIĞI 

– biotosenogenez 

prosesində ekosistemin müxtəlif hissələrinin qaydaya salınmış, qarşılıqlı 

bağlı funksional birliyi. Termini B.A.Bıkov (1983) irəli sürmüşdür. 



EKOSİSTEMİN QƏBULETMƏ MÜMKÜNLÜYÜ – ekosistem 

üçün yeni olan növü qəbuletmə qabiliyyəti. 



EKOSİSTEMİN KOMPONENTLƏRİ  – ekosistemin (biogeose-

nozun) fəaliyyətini təmin edən  əsas tərkib hissələri. E.k. abiotik (qeyri 

üzvi maddələr olub ekosistemdə maddələr dövranını yaradır. C, O

2

, N, 



H

2

O, CO



2

  və s., həmçinin iqlim rejimi) və biotik olur. Biotik amillər 

aşağıdakılara bölünür: avtotroflar produsentlər – sadə qeyri üzvi 

birləşmələrdən üzvi maddələr yaratmaq qabiliyyətinə malikdir və hete-

rotroflar: mikrokonsumentlər (faqotroflar) – heterotrof orqanizmlər olub 

(əsasən heyvanlar) digər orqanizmlərdə və ya üzvi maddənin bir hissəsi 

ilə qidalanır: mikrokonsumentlər və ya redusentlər (osmotroflar, sapro-

troflar) – heterotrof orqanizmlər olub (əsasən göbələklər və bakteriyalar) 

üzvi birləşmələri parçalayaraq (zülallar, karbohidratlar və s.) bəzi parça-

lanan (çürüyən)  ərzaqları udur və qeyri üzvi maddələr yaradır. Bu isə 

produsentlərin qidalanması üçün yararlıdır. Heterotrof orqanizmlər həm 

də bölünür: biofaqlara (digər canlı orqanizmlərlə qidalanan orqanizmlər) 

və saprofaqara (ölü üzvi maddələrlə qidalanan orqanizmlər). Biotik və 

abiotik E.k. bir-birilə üzvi maddlərlə bağlı olub biogen E.k-ində birləşir. 

Biogen E.k.-ə canlı orqanika (biokütlə adlanır) və ölü orqanika: töküntü 

– bitki qruplaşmalarının hər il yerüstü və yeraltı hissələrinin çürüyən 




 

138 


 

hissəsinə deyilir; meşədə torpaq səthində çoxillik toplanan üzvi qalıqlar 

meşə döşənəyi adlanır. Ölü üzvi maddələrin birliyinə ölü kütlə deyilir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin