biologiyanın bir bölməsi. Mədəni bitkilər, ev heyvanları və faydalı
mikroorqanizmlərin məhsuldarlığını artırmaq tədbirlərinin nəzəri əsasını
tədqiq edir. Əsas vəzifəsi kənd təsərrüfatı, bitki və heyvanlarda hetero-
sis, immunitet və atogenez hadisələrinin fizioloji-biokimyəvi və genetik
mahiyyətini aydınlaşdırmaq, hibribləşdirmə zamanı valideyn cütlərini
seçmək, süni mutagenez hadisəsini öyrənmək, heyvandarlıq
məhsullarını artırmaq və onun keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə
kənd təsərrüfatı heyvanlarının qidalanma xüsusiyyətlərini və yem rasio-
nunu ətraflı öyrənib təkmilləşdirməkdən ibarətdir. Heyvan və bitki
232
zərərvericiləri və xəstəlikləri kimyəvi-bioloji üsullarla mübarizə, foto-
sintez prosesində Günəş enerjisindən istifadə əmsalının yüksəldilməsi
tədbirlərinin hazırlanması da K.t.b.-nın vəzifəsinə daxildir.