QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə627/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   623   624   625   626   627   628   629   630   ...   1096
MEZOTERMOFİTLƏR  – orta istisevər termofil bitkilər, öz 

inkişafları üçün mülayim temperatur tələb edir. Vegetasiya dövründə 

orta ongünlük temperaturun 15-20

°C olmasına üstünlük verir. Mezoterm 

hidrofitlər, mezofitlər və kserofitlər ayırmaq olar. 

MEZOTROF ORQANİZMLƏR  – torpağın münbitliyinə, qida 

maddələrinə, o cümlədən mineral maddələrə orta dərəcədə tələbatı olan 

orqanizmlər. 

MEZOTROF SU HÖVZƏSİ  Su orqanizmləri üçün qida 

maddələri orta dərəcədə olan su hövzəsi. Belə su hövzələri təmiz, şəffaf 

olur. 

MEYVƏ  BİTKİLƏRİ  –  şirəli və ya bərk, yeyilən meyvəsi olan, 

yabanı halda bitən və becərilən ağac, kol, yarımkol, çoxillik kolcuqlar 

qrupu. M.b.-nə alma, armud, heyva, albalı,  ərik, badam, fındıq, qoz, 

zeytun, əncir və s. daxildir. Bir çox subtropik və tropik M.b.-ndən man-

qo, banan, sitrus bitkiləri və s. göstərmək olar. 

MEYVƏÇİLİK – bitkiçilik sahəsi, insanın qidalanması üçün yararlı 

meyvə verən çoxillik bitkilərdən bəhs edən elm. Azərbaycanda M. üzrə 

elmi-tədiqat işləri Qubadakı Azərb. Bağçılıq, Subtropik bitkilər Elmi 

istehsalat Birliyi və onun Göyçay, Zaqatala, Ordubad, Lənkəran təcrübə 

stansiyaları və dayaq məntəqələrində aparılır. 

MEŞƏ – öz inkişafında bioloji cəhətdən bir-birilə bağlı olan və bir-

birinə, həm də xarici mühitə təsir göstərən ağac, kol, ot, digər, bitkilər 

(mamır, şibyə), heyvanat aləmi və mikroorqanizmlərin birliyi (vəhdəti) 

olub biosferin mühüm tərkib hissəsidir, coğrafi landşaftın elementidir. 

Meşə biogeosenozdur, biogeosenozlar sistemidir. 

M. təbiətin orijinal və  təkrarolunmaz hissəsidir. O, öz qanunları ilə 

yaşayır və inkişaf edir. Öz mövcudluğu və inkişafı üçün M. öz-özünə 

əlverişli  şərait yaradır, qida və su ilə öz-özünü təmin edir, təzələyir, 

gələcək nəslinin qorunub saxlanması üçün özünə qayğı göstərir. 

Meşədəki ağaclar sıx bitdiyindən bir-birinə böyük təsir göstərir, ona 

görə  də orada ağaclar uca boylu, düz gövdəli, çətirləri isə az inkişaf 

edərək ensiz və gödək olub, ağacların təpə hissəsində yerləşir. M.-də 

ilbəil arası kəsilmədən ağac və kolların küllü miqdarda yarpağı, xırda və 

iri budaqları, qabıq, çiçək və meyvələri tökülür, onlara isə milyonlarla 

həşərat qalıqları qarışır. Torpaq səthinə düşən bu töküntülər tədricən 

çürüyüb parçalanır və qalın üzvi kütlə (meşə döşənəyi)  əmələ  gətirir. 

M.-də üstünlük təşkil edən ağac cinsləri meşənin edifikatorları adlanır. 

Onlar meşənin, eyni zamanda bütün biosferin üzvi maddələrinin  əsas 

kütləsi sayılaraq maddələrin dövranında və ətraf mühitin dəyişilməsində 

mühüm rol oynayır. Respublikamız az meşəli olub ərazisinin yalnız 10 

faizi meşə ilə örtülüdür. Lakin meşələrimiz ağac, kol və heyvan növləri 

ilə olduqca zəngindir. Burada 450-dən çox yabanı ağac və kol növü bi-




 

293 


 

tir. Onların 70-i endem növləri olub respublikamızdan başqa dünyanın 

heç bir yerində təbii halda bitmir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   623   624   625   626   627   628   629   630   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin