AVİFAUNA – bax Ornitofauna.
AVTOQAMİYA – 1) – öz-özünə tozlanma – eyni bir çiçəyin toz-
cuğunun həmin çiçəyin dişiciyi ağızcığına düşməsi; 2) öz-özünə maya-
lanma – bir hüceyrə daxilində əmələ gələn ilk nüvənin birləşməsi.
AVTOGEMOREYA – bə’zi həşəratların xüsusi qorxuducu maye
ifraz edərək özünü düşməndən qoruması (qarışqalar, parəbüzən və s.).
AVTOMEXANOXORİYA – toxumların yayılma üsullarından bi-
ri: meyvələrin açılması ilə əmələ gələn təzyiq nəticəsində toxumların
meyvədən ətrafa yayılması.
AVTORADİOQRAFİYA, AUTORADİOQRAFİYA,
RADİOAVTOQRAFİYA – təsdiq olunan obyektin üzərinə radioaktiv
şüalanmaya həssas fotoemulsiya qatı çəkməklə həmin obyektdə radioak-
tiv maddələrin paylanmasını öyrənən üsul. Bu zaman obyektin
daxilindəki radioaktiv maddələr sanki özü öz şəklini çəkir. A-dan izotop
indikatorların tətbiq olunduğu bütün sahələrdə (fizika, texnika, biolo-
40
giya, təbabət və s.) geniş istifadə olunur. A. ilə bitki və heyvan
orqanizmlərinin toxumalarında təbii radioaktiv elementlərin paylanması
öyrənilir və s.
Dostları ilə paylaş: |