BRİZ – (frans. brises) – dənizlərin, böyük göl və çayların
sahillərində əsas yerli külək. Quru və su səthinin müxtəlif dərəcədə
qızması nəticəsində əmələ gəlir.
BUFER ZOLAQLARI – meylli və dik yamaclarda səthi su
axınlarının birləşərək böyük axın əmələ gətirməsinin qarşısını almaq
məqsədilə yamacın eni istiqamətində ot bitkiləri və ya kollardan ibarət
zolaqlar. B.z. düzəldilərkən onların eni yamacın meylliyindən, uzunluğ-
undan və eroziya prosesinin intensivliyindən asılı olaraq təyin edilir.
Yamac çox dik olduqda B.z.-nın eni 2,5-10 m və daha çox, zolaqlar
arasındakı məsafə 20-100 m götürülür. Əkin istiqamətində hər 10-15 m-
dən bir daha sıx səpin aparmaqla da (3,5 m enində) B.z. yaratmaq olar.
Dostları ilə paylaş: |