QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə847/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   843   844   845   846   847   848   849   850   ...   1096
SİNANTROPLAR  (sin... və yun. anthoropos - insan)  – bax: 

Antropofillər və Antropofitlər. 



SİNDİNAMİKA (sin... və yun. dynamis - qüvvə) – Xarici mühitin 

dövrü olaraq dəyişməsi, suksessiyaların formalaşması (sinsenogenez) və 

təkamülü (biosenogez) ilə  əlaqədar biosenozların dinamikası, onların 

dəyişkənliyi. 



SİNDİNAMİK SUKSESSİYALAR  və  dəyişilmələr, genetik suk-

sessiyalar (Sukaçev, 1965) – Səthində biosenoloji mühit olmayan bitki 

örtüyündən məhrum olan şəraitdə qruplaşmaların baş verməsi və 

inkişafı ilə gedən suksessiyalar. Fərdi növlər məskunlaşaraq biosenoz 

formalaşana qədər bir sıra prosenozların dəyişilməsindən ibarətdir.  İlk 

prosenozun başlanması  əmələ  gəldiyi mühitin xarakterinə görə gil 

substratı üzərində (Geosere), qum üzərində (Psammasere), daş 

substratında (Zithosere), həmçinin vulkan külü üzərində (Ginosere) və 

su mühitində (Hydrosere) ola bilər. 



SİNEGENEZ  – birgə, qarşılıqlı (ancaq paralel olmayan) təkamül 

inkişafı: fitosenozun formalaşması və ya bərpa olunması. 



SİNEKOLOGİYA  – Ekologiyanın bir bölməsi, populyasiya və 

qruplaşmaların xarici və biosenoloji mühitlə  əlaqəsini, onların mühit 

yaradıcı rolunu, populyasiya qruplaşmalarında gedən fizioloji prosesləri, 

o cümlədən fotosintezi, tənəffüs və transpirasiyanı öyrənir. 



SİNXOROLOGİYA  – biosenologiyanın bölməsi: ekosistemlərin 

bocoğrafiyasını öyrənir (komplekslik, zonallıq, rayonlaşdırma, 

biosenozların arealı, biotaların coğrafi elementləri və s.). Termini 

İ.Braun-Blanke (1951) təklif etmişdir. 




Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   843   844   845   846   847   848   849   850   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin