6. Elektirik qurğularına dair yanğın təhlükəsizliyi tələbləri.
6.1. Elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər.
6.2. Elektrik mühərrikləri, idarə etmə aparatları, işə salıb nizamlama, nəzarət ölçü cihazları və mühafizə aparatları, köməkçi qurğular və elektrik ötürücüləri (kabelləri, naqilləri), müvafiq qaydaların tələblərinə uyğun olaraq seçilib quraşdırılmalı, eləcə də artıq yükləmədən və qısa qapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməlidirlər.
6.3. İşin sonunda təyinatdan asılı olmayaraq, nəzarət olunmayan bütün otaqlarda elektrik qurğuları və cihazları (növbətçi və qəza işıqlandırmaları, avtomatik yanğınsöndürmə qurğuları, yanğın və mühafizə siqnalizasiyası, eləcə də elektrik qurğuları istisna olunmaqla) növbətçi işçilər tərəfindən dövriyyədən açılmalıdır.
6.4. Elektrik ötürücü xətlərini və xarici (çöl) elektrik naqillərini yanar dam örtükləri və yanar materiallar olan açıq anbarların (ştabellər, tayalar) üzəri ilə çəkilməsinə icazə verilmir.
6.5. Elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağan olunur:
- elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək;
- nasaz elektrik qurğularından istifadə etmək;
- elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə qapağı örtük (plafonu) çıxarıldıqda istifadə etmək;
- dayağı yanmayan materiallardan olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlarından istifadə etmək;
- standartlara uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək;
- magistral kabel xəttlərini və elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın partlayış təhlükəli zonalardan tranzit (birbaşa) çəkmək;
- elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və.s qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq.
6.6. Ehtiyat elektrik dövrəsinin işçi və qəza işıqlandırma sisteminin qidalandırıcı və idarə etmə kabellərini topa şəkildə, bir boruda və ya tikinti konstruksiyalarının bağlı kanalı ilə birgə çəkilməsinə icazə verilmir.
6.7. İnsanların normal təhlükəsiz köçürməsini həyata keçirmək məqsədi ilə «Çıxış» sözləri yazılmış işıqlı göstəricilər həmişə saz vəziyyətdə olmalıdır. Tamaşa nümayişi zamanı, sərgi və digər tədbirlər keçirilən zaman zallarda onlar daima yanılı vəziyyətdə olmalıdırlar.
6.8. Daşınan elektirik işıqlandırıcıları elastiki elektirik naqillərinə malik olmalı, şüşə qapaqlarla və qoruyucu torla mühafizə edilməli və asmaq üçün qarmaqla təchiz olunmalıdırlar. Onların gərginliyi 36 V- dan artıq olmamalıdır.
6.9. Sofitləri quraşdıran zaman ancaq yanmayan materiallardan istifadə etməli, onların gövdəsi isə saxlayıcı trosdan təcrid (izolyasiya) olunmalıdır.
Projektorları və sofitləri quraşdıran zaman, onlarla yanar materiallar arasında minimal məsafə 0,5 m olmalıdır. Linzalı projektorlar üçün isə minimal məsafə 2 m olmalıdır. Projektor və sofitlər üçün işıq süzgəcləri yanmayan materiallardan olmalıdır.
6.10. Avtomatik termonizamlayıcılarla təmin edilməmiş elektrik sobalarının istismarına icazə verilmir. Nasaz elektirik qızdırıcı qurğu və cihazlarının istismarı qəti qadağandır.
7. İstilik və ventilyasiya sistemlərinə dair yanğın təhlükəsizliyi tələbləri.
7.1. Bütün sobalar, qazanxanalar, istilik generatorları, kalorifer (istilik verən) qurğuları, digər istilik cihazları və sistemləri, isitmə mövsümü başlanmazdan qabaq yoxlanılmalı və təmir edilməlidir. Nasaz sobaların və digər qızdırıcı qurğuların istismarı qadağandır.
7.2. Yanar konstrksiyalarla sobalar, onların elementləri və digər istilik cihazları arasında yanğına qarşı (arakəsmə) qoruyucu hörgü, arakəsmə, mərtəbə arası örtüyün və tavanın yanar konstruktiv elementlərini yanğından qorumaq üçün baca yanlarına hörülən kərpic qatının ölçüləri mövcud tikinti norma və qaydalara uyğun olmalıdır. Eyni zamanda yanar materiallı döşəmələrdə ocaqlıq qarşısında 0,5 x 0,7 m ölçüdə azbest üzərinə mismarlanmış metal və ya yanmayan materialdan təbəqələr olmalıdır.
7.3. İsitmə mövsümü başlanmazdan qabaq sobalar və tüstü bacaları qurumdan təmizlənməlidir; eyni zamanda bütün isitmə mövsümü ərzində ən azı;
- qızdırıcı sobalar üçün üç ayda bir dəfə fasiləsiz işləyən sobalar və istilik qurğuları üçün iki ayda bir dəfə;
- mətbəx plitələri və diğər fasiləsiz yandırılan sobalar üçün ayda bir dəfə.
7.4. Qazanxana və istilik generator qurğularının forsunkalarına (odluqlarına) gələn hər bir yanacaq borusu üzərində ən azı iki ədəd ventil olmalıdır. Onlardan biri ocaqlığın, digəri yanacaq çəninin yaxınlığında quraşdırılmalıdır.
7.5. Yaşayış məntəqələrinin, müəssisələrin qazanxanalarında və digər istilik istehsal edən qurğuların istismarı zamanı, xüsusi hazırlıq keçməyən və vəsiqəsi olmayan şəxslərin (ocaqçıların) işə buraxılmasına, qazanxana və istilik generatorları otaqlarında duru yanacağın saxlanmasına, avadanlıqların istismarı zamanı texniki şərtlərdən nəzərdə tutulmayan neft məhsulları tullantılarından və digər “AAM” - lərdən və “YM” - lərdən yanacaq kimi istifadə edilməsinə icazə verilmir.
Qadağandır:
- yanacaq verilən sistemin boru xətlərindən və onun birləşən yerlərindən duru yanacaq damcıladıqda (qaz sızdıqda) istilik istehsal edən qurğuları istismar etmək;
- sönmüş qaz odluqlarına və forsunkalarına (odluqlarına) yanacaq və qaz vermək;
- nəzarət və tənzimləmə cihazları olmadıqda və yaxud onlar nasaz olduqda işləmək;
- qazanların və buxar kəmərlərinin üzərlərində hər hansı yanar materialın qurudulması.
7.6. İstilik sobalarının istismarı zamanı qadağandır:
- yanar sobaları nəzarətsiz qoymaq, eyni zamanda nəzarəti kiçik yaşlı uşaqlara həvalə etmək;
- yanacağı, yaxud yanar maddə və materialları ocaqlıq qabağına yığmaq;
- sobalarda, təyinatı üzrə nəzərdə tutulmayan yanacaqlardan istifadə etmək;
- yığıncaq və kütləvi tədbirlər keçirilən zaman otaqlarda sobaların qalanmasını həyata keçirmək;
- standartlara uyğun olmayan qaz, duru yanacaq sobalarından istifadə etmək;
- ventilyasiya və qaz kanallarından tüstü bacası kimi istifadə etmək;
- sobaları həddən artıq qızdırmaq.
7.7. Bina və qurğularda sobaların qalanması iş vaxtının başa çatmasına iki saat qalmış, sutkalıq insanlar olan obyektlərdə və xəstəxanalarda isə yatmazdan iki saat qabaq dayandırılmalıdır.
Gündüz növbəli uşaq müəssisələrində sobaların qalanması uşaqların gəlmə vaxtına bir saat qalmış qurtarılmalıdır. Ocaqlıqdan çıxardılan kül və kömür qalıqları, su ilə isladılmalı, sonra onlar üçün xüsusi ayrılmış təhlükəsiz yerə tökülməlidir.
7.8. Yanğın təhlükəsizliyi standartlarının tələblərinə və texniki şərtlərə cavab verməyən metal sobaların quraşdırılmasına icazə verilmir.
Zavodlarda hazırlanmış metal və digər sobaların yataqxanalarda, inzibati, ictimai və müəssisənin köməkçi binalarında, eləcə də yaşayış evlərində müvəqqəti istilik sisteminin quraşdırılması zamanı, bu növ məhsulu hazırlayan müəssisənin lahiə normalarının tələbləri, təlimatı göstərişləri, mütləq yerinə yetirilməlidir.
Qaz cihazlarının quraşdırılması və istismarı, müvafiq qaydaların tələblərinə cavab verməlidir.
7.9. Sobalardan mallara, rəflərə, vitrinlərə, piştaxtalara, şkaflara və başqa avadanlıqlara qədər məsafə ən azı 0,7 m, ocaqlıq gözündən isə ən azı 1,25 m olmalıdır.
Dostları ilə paylaş: |