7.10. Çardaqlardan keçən bütün tüstü boruları və divarları ağardılmalıdır.
7.11. Bərk yanacaqla işləyən qazanxana qurğusunun tüstü borusu qığılcım söndürücülərlə təchiz edilməli və vaxt aşırı bu qaydaların 7.3. bəndinə uyğun olaraq qurumdan təmizlənməlidir.
7.12. Hava girən yerdə odsaxlayan qurğu (sipər, şiber, qapaq və s.) avtomatik yanğınsöndürmə sistemi, yanğın zamanı ventilyasiyanı avtomatik söndürən qurğu, vaxtlı vaxtında yoxlanılmalı və saz vəziyyətdə saxlanılmalıdır.
7.13. Havanın səriləşdirilmə və ventilyasiya sisteminin istismarı zamanı aşağıdakılar qadağandır:
- ventilyasiya kameralarının qapısını açıq qoymaq;
- sorma kanallarını, gözlükləri və dəmir barmaqcıqları bağlamaq;
- hava çəkənlərə istilik qaz cihazları qoşmaq;
- hava çəkənlərdə toplanan piy qatlarının, tozun və digər yanar maddələrin yandırılması.
7.14. Ventilyasiya kameraları, siklonlar, süzgəclər, havaçəkənlər yanğın və partlayış təhlükəsindən asılı olaraq, müəssisə rəhbərinin əmrinə müvafiq rübdə bir dəfədən az olmayaraq, yanar tozlardan və istehsalat tullantılarından təmizlənməlidir. Təmizləmə işində iştirak edən heyətlə birgə nəzarət orqanına təqdim etmək üçün bu haqda akt tərtib edilməlidir.
Yanğın və yanğın partlayış təhlükəli otaqların ventilyasiya sistemlərinin təhlükəsiz üsulla təmizlənməsi üçün, müəssisə rəhbəri tərəfindən xüsusi qaydalar işlənib hazırlanmalıdır. Həmin qaydalar yerli Dövlət Yanğın Nəzarəti Orqanı ilə razılaşdırılmalıdır
7.15. Hidrosüzgəclərin, uru süzgəclərin, toz tutan və digər ventilyasiya sistemi qurğularının (aspiratorların) nasazlığı və söndürülməsi (işinin dayandırılması) zamanı, yanğın partlayış təhlükəli otaqlarda (qurğularda) texnoloji avadanlıqların işləməsinə icazə verilmir.
7.16. Yanar tozların, lifli və digər tullantıların xaric edilməsi zamanı, onların ventilyatora düşməsinə yol verməmək üçün ventilyatorun qarşısında tutucular, metal əşyalara qarşı isə maqnit tutucular quraşdırılmalıdır.
7.17. Yerli sorma sistemlərinin hava xətlərinə və pnevmatik daşıyıcı borularına mütəmadi olaraq baxış keçirmək, daxilini təmizləmək və onun daxilində baş verə biləcək yanğınları söndürmək üçün onlar baxış pəncərələri ilə təmin olunmalıdırlar.
Baxış pəncərələri, araları bir birindən 15 metrdən çox olmamaq şərti ilə divarlardan və örtüklərdən keçən boru xətlərinin yerində, döngələrdə və üçlüklərdə yerləşdirilməlidirlər.
Dostları ilə paylaş: |