11. Yanğın bas verən zaman edilən hərəkətlər.
11.1. Hər bir vətəndaş yanğının və ya yanmanın əlamətlərini (alov, tüstü, yanıq qoxusu, temperaturun artması və s.) aşkar etdikdə aşağıdakı hərəkətləri etməlidir:
- dərhal telefonla yanğından mühafizə orqanına xəbər vermək (bununla bərabər obyektin ünvanını, yanğının baş vermə yerini, həmçinin öz soyadını deməlidir);
- imkan daxilində insanların köçürülməsi, yanğının söndürülməsi və əmlakın oddan qorunması üçün ölçü götürməlidir;
- yanğın bölmələrinin qarşılanmasını təmin etməlidir.
11.2. Əmlak sahibləri: əmlaka sahib olmağa, ondan istifadəyə və ya ona dair sərəncam verməyə müvəkkil olan şəxslər, o cümlədən müəssisələrin rəhbərləri və vəzifəli şəxslər, yanğın yerinə gələn yanğın təhlükəsizliyini təmin etməyə təyin edilmiş məsul şəxslər aşağıdakıları yerinə yetirməlidirlər;
- baş vermiş yanğın haqqında yanğından mühafizəyə məlumatı təkrar etmək və rəhbərliyə, dispetçerə, obyekt üzrə məsul növbətçiyə xəbər vermək;
- insanların həyatları təhlükə altında olduğu halda, əldə olan qüvvə və vəsaitlər hesabına onların xilas edilməsini təşkil etmək;
- yanğına qarşı avtomatik müdafiə sistemlərinin (insanları yanğından xəbərdarlığı, yanğınsöndürmə, tüstüyə qarşı müdafiə) qoşulu olmasını yoxlamaq;
- ehtiyac olanda elektroenerjini kəsmək (yanğına qarşı müdafiə sistemlərini çıxmaqla), elektrik nəql edən qurğu, aqreqat, aparatların işini dayandırmaq, xammal, qaz, buxar və su xəttlərini bağlamaq, qəza və bitişik olan otaqlarda ventilyasiya sisteminin işini dayandırmaq, binanın otaqlarında yanğının və tüstülənmənin qarşısını alan başqa tədbirləri yerinə yetirmək;
- binada yanğının söndürülməsi tədbirlərindən başqa bütün işləri dayandırmaq (əgər buna texnoloji istehsalat prosesi yol verirsə);
- yanğının söndürülməsində iştirak etməyən bütün işçiləri təhlükəli zonadan uzaqlaşdırmaq;
- yanğından mühafizə bölməsinin gəlməsinə qədər obyektin spesifik xüsusiyyətlərini nəzərə alaraq, yanğının söndürülməsinə ümumi rəhbərlik etmək;
- yanğının söndürülməsində iştirak edən işçilərin təhlükəsizlik tələblərinə riayət etmələrini təmin etmək;
- yanğının söndürülməsi ilə eyni zamanda köçürməni və maddi dəyərlərin qorunmasını təşkil etmək;
- yanğından mühafizə bölməsinin qarşılanmasını təşkil etmək və yanğın mənbəyinə giriş üçün qısa yolun seçilməsində köməklik etmək;
- yanğınların söndürülməsi və bununla bağlı ilk növbəli qəza-xilasedici işlərin keçirilməsi üçün cəlb edilən yanğından mühafizə bölmələrinə, obyektdə olan və ya emal (edilən təhlükəli (partlayış-təhlükəli) partlayıcı, zəhərli maddələr haqqında, şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsi üçün lazım olan məlumatları bildirmək.
11.3. Yanğın bölməsi gəldikdə müəssisənin rəhbəri (və ya onu əvəz edən şəxs) yanğın söndürmə rəhbərini, obyektin, bitişik tikililər və qurğuların konstruktiv və texnoloji xüsusiyyətlərindən, saxlanılan və işlədilən maddələrin, məmulatların sayı və yanğın təhlükəli xüsusiyyətlərindən və yanğının müvəffəqiyyətlə ləğv edilməsi üçün lazımı olan digər məsələlərlə məlumatlandırmalıdır.
Dostları ilə paylaş: |