Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında


Madd ə 12. Mühafizəçinin geyim forması və mühafizəçi vəsiqəsi



Yüklə 134,08 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix24.07.2022
ölçüsü134,08 Kb.
#62881
1   2   3   4   5   6   7   8   9   10   ...   13
266-IIIQ Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında

Madd
ə 12. Mühafizəçinin geyim forması və mühafizəçi vəsiqəsi
 
12.1. Öz
əl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi mühafizəçiləri geyim forması və müvafiq
mühafiz
əçi vəsiqəsi ilə təmin etməlidir.


12.2. Mühafiz
əçilərin geyim formaları Azərbaycan Respublikasının Silahlı Qüvvələri və başqa silahlı birləşmələrin,
prokurorluq, daxili i
şlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, fövqəladə hallar, ədliyyə, vergi, gömrük və digər dövlət
orqanlarının xüsusi v
ə ya hərbi geyim formalarından aşkar və aydın şəkildə seçilməlidir. Mühafizəçinin geyim formasının
v
ə vəsiqəsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.
[2]
12.3. Öz
əl mühafizə müəssisəsi və hüquqi şəxsin mühafizə bölməsinin mühafizəçisinin geyim formasının üzərində
h
əmin müəssisənin tam adı, fərdi qeydiyyat nömrəsi, habelə mühafizəçinin adı və soyadı göstərilməlidir.
Madd
ə 13. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsində fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi
şərtləri və hüdudları
 
13.1. Öz
əl mühafizə fəaliyyətini həyata keçirərkən mühafizəçilərə yalnız mühafizə olunan obyektlərin hüdudlarında
bu Qanunla v
ə Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə nəzərdə tutulmuş hallarda və qaydada fiziki
qüvv
ənin, habelə özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xidməti istifadə üçün
verilmi
ş xüsusi vasitələrin tətbiqinə icazə verilir.
13.2. Bu Qanunun t
ələblərinə uyğun olaraq fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi yaranmış təhlükəyə
müt
ənasib olmalıdır.
13.3. Mühafiz
əçi fiziki qüvvə və ya xüsusi vasitə tətbiq edərkən aşağıdakı şərtlərə riayət etməlidir:
13.3.1. insana qar
şı fiziki qüvvə və ya xüsusi vasitələr yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün
dig
ər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquq pozuntusunun xarakterindən və ictimai təhlükəlilik
d
ərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir;
13.3.2. öz xidm
əti vəzifələrini icra etməsi və fiziki qüvvə və ya xüsusi vasitə tətbiq etmək niyyəti barədə buraxılış və
obyektdaxili rejim qaydalarını pozan 
şəxslərə xəbərdarlıq etməlidir;
13.3.3. hüquq pozuntusunun xarakterind
ən və ictimai təhlükəlilik dərəcəsindən, eləcə də ona göstərilən
müqavim
ətin dərəcəsindən asılı olaraq vurulan zərərin minimal olmasına cəhd etməlidir;
13.3.4. b
ədən xəsarəti alan şəxslərə ilkin tibbi yardımın göstərilməsini təmin etməlidir;
13.3.5. fiziki qüvv
ə və ya xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu barədə dərhal müvafiq icra hakimiyyəti
orqanına v
ə prokurorluq orqanlarına məlumat verməli və özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə
bölm
əsinin rəhbərinə ətraflı yazılı məlumat hazırlamalıdır.
13.4. Mühafiz
ə olunan obyektə qrup halında və ya silah işlətməklə basqın edildiyi, o cümlədən silahlı müqavimət
göst
ərildiyi hallar istisna olmaqla qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olan, əlilliyi, o cümlədən sağlamlıq
imkanlarının m
əhdudluğu, yaxud digər fiziki və ya psixi pozuntuları aşkar bilinən şəxslərə, habelə insanların toplaşdığı və
ya k
ənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi qadağandır.
[3]
13.5. Fiziki qüvv
ənin və ya xüsusi vasitələrin tətbiq edildiyi hər bir hal barədə mühafizəçi tərəfindən təqdim olunmuş
m
əlumat əsasında özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbəri xidməti yoxlama
aparmalı v
ə fiziki qüvvə və ya xüsusi vasitənin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy hazırlamalıdır.
Fiziki qüvv
ə və ya xüsusi vasitənin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy özəl mühafizə

əssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbəri tərəfindən 3 gün müddətində müvafiq icra hakimiyyəti
orqanına v
ə prokurorluq orqanlarına təqdim olunur.
13.6. Mühafiz
əçinin öz səlahiyyətlərini, zəruri müdafiə və ya son zərurət hədlərini, habelə cinayət (inzibati xəta)
tör
ətmiş şəxsin tutulması üçün zəruri olan tədbirlərin həddini aşaraq fiziki qüvvə və ya xüsusi vasitə tətbiq etməsi
qanunvericiliy
ə müvafiq olaraq cinayət, inzibati, mülki-hüquqi və intizam məsuliyyətinə səbəb olur.
13.7. Öz
əl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitələr onların
mühafiz
əsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən ələ keçirilməsini istisna edən şəraitdə
qanunvericilikl
ə müəyyən edilmiş qaydada saxlanılmalıdır.

Yüklə 134,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin