Qeyri-dövl
ət (özəl) mühafizə fəaliyyəti haqqında
AZ
ƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Madd
ə 1. Qanunun təyinatı
Bu Qanun Az
ərbaycan Respublikasında qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi zamanı yaranan
münasib
ətləri tənzimləyir, onun hüquqi əsaslarını, prinsip və vəzifələrini, habelə qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti
subyektl
ərinin dövlət orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir.
Madd
ə 2. Əsas anlayışlar
2.0. Bu Qanunda a
şağıdakı anlayışlardan istifadə olunur:
2.0.1. qeyri-dövl
ət (özəl) mühafizə fəaliyyəti (bundan sonra “özəl mühafizə fəaliyyəti”) - qeyri-dövlət (özəl) mühafizə
mü
əssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən fiziki və ya hüquqi şəxslərin
mülkiyyətinin hüquqa zidd
q
əsdlərdən qorunması məqsədilə bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan mühafizə xidmətlərinin göstərilməsi;
2.0.2. qeyri-dövl
ət (özəl) mühafizə müəssisəsi (bundan sonra “özəl mühafizə müəssisəsi”) - fiziki və ya hüquqi şəxslə
ba
ğlanmış müqavilə əsasında bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan
mühafizə xidmətlərini göstərən,
müvafiq
qaydada dövl
ət qeydiyyatından keçmiş və müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya) almış
hüquqi
şəxs;
2.0.3. hüquqi
şəxsin mühafizə bölməsi - hüquqi şəxsin öz mühafizəsini təmin etmək məqsədilə tərkibində yaradılan,
müvafiq icra hakimiyy
əti orqanından alınmış xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən struktur qurumu;
2.0.4. mühafiz
əçi - xüsusi hazırlıq keçmiş, bu Qanunla müəyyən edilmiş qaydada özəl mühafizə müəssisəsində və ya
hüquqi
şəxsin mühafizə bölməsində əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşı;
2.0.5. mühafiz
ə olunan obyekt - özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən hüquqa
zidd q
əsdlərdən mühafizə edilən daşınmaz (binalar, tikililər,
qurğular, ərazilər və s.) və burada yerləşən daşınar əmlak
(n
əqliyyat vasitələri, avadanlıqlar, pul vəsaitləri, qiymətli əşyalar və s.);
2.0.6. buraxılı
ş rejimi - şəxslərin və ya nəqliyyat vasitələrinin mühafizə olunan obyektə nəzarətsiz girişi (çıxışı),
habel
ə bu obyektə əmlakın nəzarətsiz gətirilməsi və ya bu obyektdən əmlakın nəzarətsiz çıxarılması imkanlarını istisna
ed
ən qayda və tədbirlərin məcmusu;
2.0.7. obyektdaxili rejim - mühafiz
ə olunan obyektin hüdudlarında müəyyən edilən qayda və tədbirlərin məcmusu.