Qeyri-rəsmi tərcümə bmt insan hüquqları eksperti Azərbaycanı vətəndaş cəmiyyətinə qarşı cəza yanaşmasına yenidən baxmağa çağırır



Yüklə 16.89 Kb.
tarix29.05.2017
ölçüsü16.89 Kb.

::headers_pngs:news_release_header.png


Qeyri-rəsmi tərcümə
BMT İnsan hüquqları eksperti Azərbaycanı vətəndaş cəmiyyətinə qarşı cəza yanaşmasına yenidən baxmağa çağırır
BAKI / CENEVRƏ (22 sentyabr 2016-cı il) – Birləşmiş Millətlər Təşkilatının müstəqil eksperti Mişel Forst bu gün Azərbaycan Hökumətini insan hüquqları müdafiəçilərinin dinc və qanuni fəaliyyətlərini kriminallaşdırmağı dayandırmağa, bütün həbsdə olan müdafiəçiləri azad etməyə, onlara və ailə üzvlərinə qarşı cinayət və inzibatı sanksiyaları ləğv etməyə çağırmışdır.
“Son üç ildə Azərbaycanın vətəndaş cəmiyyəti ölkənin müstəqillik qazandığı vaxtdan bəri ən pis vəziyyətlə qarşılaşmışdır” - BMT-nin Xüsusi Məruzəçisi ölkəyə ilk dəfə etdiyi səfərin sonunda insan hüquqları müdafiəçilərinin vəziyyəti barədə danışmış və qeyd etmişdir ki, onlarla QHT, onların rəhbərləri, üzvləri və onların ailə üzvləri inzibati və hüquqi təqibə məruz qalmış, habelə əmlakları müsadirə edilmiş, bank hesabları bağlanmış, səfər etmələrinə qadağa qoyulmuş və onlara qarşı küllü miqdarda vergi cərimələri tətbiq edilmiş və hətta həbsə salınmışlar.
“Ən azı 20 jurnalist və blogerə qarşı tənqidi fikirlərini bildirdiklərinə görə hər yolla sanksiya irəli sürülmüş və müstəqil informasiya agentliklərinin isə lisenziyaları ləğv edilmişdir” – cənab Forst qeyd etmişdir.
“Toplaşma azadlığının əsas problemlər üzrə ictimai dialoqun aparılmasında həlledici rol oynamasına baxmayaraq, Azərbaycanın dövlət orqanları toplaşma imkanını geniş anlamda tənzimləməklə bu hüququ məhdudlaşdırmış və insan hüquqları müdafiəçilərinin ictimai yığıncaqlar üçün etdikləri müraciəti rədd etmişlər” – BMT eksperti söyləmişdir. Dinc etirazlara qarşı zorakı cavab insidentləri və nümayişçilərin həbsindən başqa, Cənab Frost səfər zamanı 26 sentyabr tarixində konstitusiyaya düzəlişlərlə bağlı qarşıdan gələn referenduma həsr olunmuş 17 sentyabr tarixində keçiriləcək dinc toplaşmadan qabaq xəbərdarlıq edilmiş, həbs edilmiş və saxlanılmış ayrı-ayrı şəxslər və müdafiəçilərlə bağlı ən azı 45 işi sənədləşdirmişdir.
Ekspertə görə, son illər Azərbaycanda yerli və beynəlxalq QHT-lərin iri miqyasda təqib edilməsi həmin QHT-lərin bağlanması, təşkilatların bank hesablarına həbs qoyulması və rəhbərlərinin həbsi; QHT üzvlərinin dəfələrlə dindirilməsi; QHT-lərin maliyyə fəaliyyətlərinin vergi yoxlamaları və bunun da nəticəsində onlara ağır cərimələrin tətbiq edilməsi; səfər etmələrinə qadağa qoyulması, eləcə də QHT üzvlərinin sərhəd keçid məntəqələrində alçaldığı və ayrı-seçkiliyə yol verilən fiziki yoxlanmalarını əhatə etmişdir.
QHT-lər üçün onsuz da mövcud olan olduqca ağır mühit 2013-2015-ci illərdə vətəndaş cəmiyyəti əsasnamələrinə edilən qanunvericilik dəyişiklikləri səbəbindən ümumi böhrana çevrilmişdir” - Xüsusi Məruzəçi qeyd etmiş və assosiasiyaların azadlıq hüquqlarına edilən kəskin maneədən, hüquq müdafiəçilərinin ağır dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərmələrinə mane olunmasından və maliyyə yardımı almalarının qarşısının alınmasından və QHT-lər üçün inzibati cərimələrin artırılmasından narahatlığını bildirmişdir.
O “insan hüquqları müdafiəçilərinə qarşı cəza münasibətinə” öz təəssüfünü bildirmiş və Hökuməti “siyasətlərində mümkün fikir ayrılığı və tənqidin mövcud olmasına baxmayaraq, vətəndaş cəmiyyətinə daha dəstəkləyici yanaşma göstərməyə” çağırmışdır.
Azərbaycan Hökumətinin hələ beynəlxalq və regional insan hüquqları mexanizmlərini yerinə yetirməli olduğunu müşahidə edərək, Cənab Forst qəti şəkildə bu yerinə yetirilməmiş tövsiyələrin həyata keçirilməsi üzrə tədbirlər planı ilə nəticələnəcək mexanizmin yaradılmasına çağırmışdır.
O Hökuməti “vətəndaş cəmiyyəti təşkilatları ilə körpü yaratmağa və geniş və inklüziv iştirakı təmin etməklə insan hüquqları müdafiəçiləri ilə müntəzəm və konstruktiv dialoq aparmağa çağırmışdır. “İnanıram ki, bu cür dialoq və iştirak tamamilə Azərbaycan Dövlətinin maraqları dairəsindədir” – ekspert qeyd etmişdir.
BMT-nin Xüsusi Məruzəçisi Hökumət tərəfindən cari qanunvericilik və təcrübələri beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırmaq üçün onları yenidən nəzərdən keçirilməklə vətəndaş cəmiyyəti məkanının gücləndirilməsi və səylərin dəstəklənməsi yollarının müəyyən edilməsində gələcək konstruktiv dialoqa hazır olduğunu qeyd etmişdir.
Hökumətin dəvəti ilə doqquz günlük səfəri zamanı ekspert Hökumət rəsmiləri, məhkəmə üzvləri, ombudsman, eləcə də insan hüquqları müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri, media və diplomatlarla görüşmüşdür.
Cənab Frost gəldiyi nəticələr və tövsiyələr barədə yekun hesabatını İnsan Hüquqları Şurasına 2017-ci ilin mart ayında təqdim edəcək.
(*) Xüsusi Məruzəçinin tam bəyanatı ilə tanış olun:

http://www.ohchr.org/Documents/Issues/Defenders/AzerbaijanStatement_SRHRDefenders-AZN.docx


SON


Cənab Mişel Foster (Fransa) 2014-cü ildə İnsan Hüquqları Şurası tərəfindən insan hüquqları müdafiəçilərinin vəziyyət ilə bağlı BMT-nin Xüsusi Məruzəçisi təyin olunub. Mişel Foster insan hüquqları və xüsusən də insan hüquqları müdafiəçilərinin vəziyyəti ilə bağlı məsələlərdə böyük təcrübəyə malikdir. Daha dəqiq desək, sözügedən şəxs Beynəlxalq Amnistiya (Amnesty İnternational) təşkilatının Baş direktoru (Fransa) və İnsan Hüquqları Müdafiəçiləri ilə bağlı ilk Dünya sammitinin Baş katibi olmuşdur.

BMT-nin insan hüquqları mütəxəssisləri İnsan Hüquqları Şurasının Xüsusi prosedurları adlanan orqanına daxildirlər. Xüsusi prosedurlar BMT-nin İnsan Haqlarında müstəqil mütəxəssislərdən ibarət ən böyük orqandır.



Əlavə məlumat üçün:
İnsan hüquqları müdafiəçiləri:
http://www.ohchr.org/EN/Issues/SRHRDefenders/Pages/SRHRDefendersIndex.aspx



Əlavə məlunat və mətbuat məsələləri ilə bağlı Cəmşid Qazıyevlə əlaqə saxlayın: (+41 79 4444 355 / jgaziyev@ohchr.org və ya +994 12 497 08 69) və

BMT-nin digər müstəqil mütəxəssisləri ilə bağlı mətbuat sualları üçün:
Xabier Celaya, BMT-nin İnsan Haqları – Mətbuat şöbəsi (+ 41 22 917 9383 / xcelaya@ohchr.org)   

Xəbər portalları və ictimai mətbuat üçün: xəbər relizlərinin ana fikirləri barədə aşağıda qeyd olunan BMT İnsan Hüquqlarının ictimai mətbuat kanallarından məlumat almaq mümkündür. Müvafiq keçidlərdə bizi qeyd etməyi unutmayın.


Twitter: @UNHumanRights
Facebook: unitednationshumanrights
Instagram: unitednationshumanrights

Google+: unitednationshumanrights


Youtube: unohchr
: Documents -> Issues -> Defenders
Documents -> Ubutumire uniib iratumiye abantu, imigwi y'abantu canke amashirahamwe bose bipfuza gushikiriza inkuru hamwe/canke ivyandiko bijanye n'ihonyangwa ry'agateka ka zina muntu hamwe n'ayandi mabi yose vyakozwe I Burundi guhera mu kwezi kwa Ndamukiza
Documents -> Videotherapy Video: Cool Runnings Sixth Grade
Documents -> Guidelines on methods for calculating contributions to dgs
Documents -> Document Outline form monthly ret cont
Documents -> Şİrvan şƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi
Defenders -> İnsan hüquq müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçi
Issues -> İnsan Hüquqları və Transmilli korporasiyalar və digər biznes müssisələr üzrə bmt-nin İşçi Qrupunun Mandatı
Issues -> Ədalət sistemi
Issues -> Özbaşına Həbslər: bmt ekspertləri Azərbaycana ilk rəsmi səfərə başlayırlar




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə