Qeyri-SƏLİs nəZƏRİYYƏ
QEYRİ-SƏLİS NƏZƏRİYYƏ
Qeyri-səlis məntiq (Bulanıq məntiq və ya Qeyri-səlis çoxluq nəzəriyyəsi də adlandırılmışdır) —
riyaziyyatın bir bölməsi olub , klassik məntiq və çoxluq anlayışlarını özündə ümumiləşdirir.
Qeyri-səlis məntiq anlayışı 1965-ci ildə Lütfi Zadə tərəfindən irəli sürülmüşdür. Adi məntiqi
məsələlərdə qiymət 1 və 0 olmalıdırsa, qeyri-səlis məntiqə aid məsələlərdə qiymətlər [0;1]
intervalında olur.
Hazırda qeyri-səlis məntiq sahəsində aparılan tədqiqatlar ən azı iki istiqamətə ayrılır:
Qeyri-səlis məntiq geniş mənada (Təqribi hesablama nəzəriyyəsi)
Qeyri-səlis məntiq məhdud mənada (Rəmzi qeyri-səlis məntiq
Rəmzi qeyri-səlis məntiq t-normalar anlayışına əsaslanır. Bəzi t-normaları seçdikdən sonra (bunu
isə bir neçə üsulla tətbiq etmək olar) konyunksiya, dizyunskiya, implikasiya, inkar və digər
proporsional dəyişənlər üzərində həyata keçirilən əsas əməliyyatları müəyyən etmək imkanı
yaranır. Klassik məntiqdə rast gəlinən distributivliyin t-normalar kimi Hödelin t-norması
seçildikdə həyata keçməsi halını isbat etmək bir o qədər də çətin deyil. Bundan əlavə, bəlli
səbəblərdən implikasiya yerinə residium adlanan əməlliyyat seçilir (bu da ümumiyyətlə
götürdükdə, t-normalar seçimindən asılıdır).
Qeyri-səlis məntiq nəzəriyyəsinin geniş mənada əsas anlayışı xarakterik funksiya köməkliyi ilə
təyin edilən qeyri-səlis çoxluq anlayışıdır. Daha sonra çoxluqların birləşdirliməsi, kəsişməsi və
əlavə edilməsi, qeyri-səlis nisbət anlayışı, eləcə də ən əsas anlayışlardan biri – linqvistik dəyişən
anlayışı daxil edilir.
Soft Computing (yumşaq hesablamalar) modelləşdirməsi