Qilman eyvazov iNTİqam əSGƏrov


İlk növbədə yerinə yetirilməli olan təxirəsalınmaz tədbirlər



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə121/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   117   118   119   120   121   122   123   124   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

İlk növbədə yerinə yetirilməli olan təxirəsalınmaz tədbirlər 
üç əsas qrupa bölünür:
Birincisi,
zərərçəkmişə xarici zədələyici amillərin (elektrik cərəyanı, aşağı 
və ya yuxarı hərarət, ağır əşya altında sıxılma və s.) təsirinin dərhal 
aradan qaldırılması, onun əlverişsiz şəraitdən uzaqlaşdırılması (su-
dan, yanan və ya qaz dolmuş yerdən çıxarılması və s.).
İkincisi,
alınmış zədənin növündən və xarakterindən asılı olaraq dərhal ilk 
tibbi yardımın göstərilməsi (qanaxmanın dayandırılması, süni tənəffüs 
verilməsi, yaralara sarğı qoyulması və s).
Layih
ə


180
Üçüncüsü, ehtiyatlı davranmaqla, yaxud hadisə yerinə təcili tibbi yardım 
çağırmaqla zərərçəkənin ən qısa müddətdə yaxındakı tibb müəssisə-
sinə çatdırılması.
İlk yardım göstərərkən hadisə yeri diqqətlə nəzərdən keçirilməli, şərait qiy-
mətləndirilməlidir. Elə etmək lazımdır ki, yardım edən özü də zədələnməyə mə-
ruz qalmasın (elektrik cərəyanı, uçqun və s). Əlavə zədə almaması üçün zə rər-
çəkəni düşdüyü əlverişsiz şəraitdən ehtiyatla çıxarmaq vacibdir. Onu sakit bir 
yerdə uzatmaq, kəmərini boşaltmaq, yaxasını açmaq, üstünü örtmək və tibbi 
yardım çağırmaq lazımdır. Zərərçəkmi şin vaxtında tibb məntəqəsinə çatdırıl-
ması onun həyatını xilas etmək baxımından böyük əhəmiyyət kəsb edir. Bu 
zaman istənilən yolüstü nəqliyyatdan da istifadə etmək olar.
Əksər hallarda zərərçəkənə yardım göstərərkən onun paltarını çıxarmaq 
lazım gəlir. Belə olduqda paltar əvvəlcə bədənin salamat tərəfindən çıxarılır. 
Güclü qanaxmalar və yanmalar olduqda ən yaxşı üsul paltarı kəsib atmaqdır. 
Yanıb dəriyə yapışmış paltarı güc tətbiq etməklə qoparmaq qəti qadağandır. 
O, ehtiyatla kəsilib götürülməlidir.
Zərərçəkmiş huşsuz vəziyyətdədirsə, onun başını yana çevirmək lazımdır 
ki, qusuntu kütləsi tənəffüs yollarını bağlamasın. 
Ürək və tənəffüs fəaliyyəti dayanıbsa, bu heç də zərərçəkmişin ölməsi de-
mək deyil. Ürək fəaliyyəti və tənəffüsün dayanması çoxlu qanitirmə, tənəffüs 
yoluna yad cismin düşməsi, elektro travma, suda boğulma, kəskin zəhərlənmə, 
uçqun altında qalma nəticəsində baş veribsə, dərhal ürəyin qapalı masajına və 
süni tənəffüsə başlamaq lazımdır.
Layih
ə


181
Zərərçəkmiş arxası üstə döşəməyə və ya düz yerə uzadılmalıdır. Yardım 
göstərən şəxs yan tərəfdə duraraq əllərini bir-birinin üstündə yerləşdirir və 
xəstənin döş qəfəsinin aşağı hissəsinə qoyaraq öz bədəninin ağırlığı ilə döş 
qəfəsini ritmik şəkildə (dəqiqədə 80–100 dəfə) onurğa sütununa doğru sıxır. 
Yardım göstərən tək olduqda hər 10 ritmik hərəkətdən sonra zərərçəkmişin ağ 
ciyərlərinə “ağızdan ağıza “ və ya “ağızdan buruna” 2 dəfə hava üfürür. Yardım 
göstərənlərdən biri ürəyin qapalı masajını edir, digəri isə süni tənəffüs verir. 
Ürəyin qapalı masajı və süni tənəf füs ürək fəaliyyəti bərpa olanadək davam 
etdirilir. Bu zaman zərərçək mişin yuxu arteriyasında nəbz vur ğusu əmələ gəlir. 
Sifətində, dodaq la rında göyərmə azalır, bəbək refleksi bərpa olunur, qan təz-
yiqi yüksəlməyə başlayır. 
Süni tənəffüs vermək üçün əvvəlcə zərərçəkənin ağız boşluğu, burnu qum-
dan, torpaqdan, lildən və s. təmizlənməli, diş protezi varsa, çıxarılmalıdır. Sonra 
xəstənin başı geri dartılır, ağzına təmiz tənzif və ya dəsmal örtülür, burnu bar-
maqla sıxılır, hava sürətlə zərərçəkənin ağzına üfürülür. Bu zaman döş qəfə si nin 
genişlənməsi havanın ağ ciyərlərə daxil olmasını göstərir. Xəstə nin tənəffüsü 
bərpa olunana qədər süni tənəffüs davam etdirilir.
Layih
ə


182
Hər hansı zədə zamanı qan damarlarının zədələnməsi qanaxmalara səbəb 
ola bilər. Qan bədən boşluqlarına axarsa, bu, daxili qanaxma adlanır. Qanax ma-
lar zamanı görülən tədbirləri artıq 10-cu sinifdən bilirsiniz.
Ağ ciyərlərdən qa naxma olarsa (bu za man köpüklü al-qırmızı qan gəlir), 
zərərçəkəni yarımoturaq vəziyyətə gətirmək, döş qəfəsi üzə rinə buz döşəmək
öskürəyi azaldan dər manlar vermək lazım dır. Qanlı qusma olarsa (bu zaman 
qusuntu kofe çöküntüsünə ox şayır), xəstəyə tam sa kitlik verilməli, qarnının üs-
tünə buz qoyulmalı, yeməyə və maye qəbuluna icazə verilməməlidir.
Əzilmə, burxulma, çıxıqlar za manı 
zədələnmiş nahiyənin sakitliyini tə min 
etmək, buz qoymaq və xəstəyə ağrı-
kə sici dərman içirtmək lazımdır. 
Vaxtında və düzgün göstərilmiş 
ilk yardım insanların həyatını xilas 
edə bilər, bu isə hər kəsin insanlıq 
vəzifəsidir.
Layih
ə


183

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin