111
Relyefin xəritədə təsviri nəticəsində:
– nöqtələrin mütləq
və nisbi yüksəkliklərini;
– yamacların istiqamətini, mailliliyini, kəmiyyət
göstəricilərini təyin etmək
mümkündür.
Hazırda ən geniş tətbiq edilən üsul
horizontallar
üsuludur.
Relyefin xəri-
tələrdə təsviri üçün horizontallar riyazi baxımdan dəqiq üsul sayılır.
Yüksəklikləri eyni olan nöqtələri birləşdirən səlis əyri xəttə
horizontal
deyilir.
Başqa sözlə desək, һorizontallar yerin səviyyə sətһinə paralel olan sətһlərlə
relyefin kəsişmə xətləridir. Belə sətһlərə
kəsmə səthi
deyilir.
Relyefi xəritədə һorizontallarla təsvir etmək üçün bir һorizontal kifayət deyil.
İki qonşu kəsmə sətһi (səviyyə sətһi) arasında qalan şaquli məsafəyə
kəsmə
yüksəklik
deyilir.
Xəritələrdə bəzi horizontalların yüksəkliyi yamacın
yüksələn istiqamətində
olmaq şərtilə yazılır. Kəsmə yüksəkliyini bilməklə bir horizontalın yüksəkliyinə
görə digər horizontalların da yüksəkliyini təyin etmək olar.
Horizontallarla təsvir edilmiş xəritə müxtəlif hərbi əməliyyatlarda geniş isti-
fadə edilir. Relyefi daha mükəmməl təsvir etmək məqsədilə topoqrafik xəritə-
lərdə horizontallarla yanaşı, mütləq yüksəkliklər də yazılır.
Xəritədə terras tinlərinin, uçurumların, yarğanların, kurqanların və s. relyef
elementlərinin nisbi yüksəklikləri də yazılır. Bu elementləri horizontallarla təsvir
etmək mümkün deyil.
Dostları ilə paylaş: