129
22. ƏHALİNİN MÜHAFİZƏSİNİN TƏŞKİLİ
Əhalinin mülki müdafiəyə ümumi hazırlığı müasir şəraitdən irəli gə lən zə
-
rurətdir. Hərbi münaqişələrin təhlükəsi, istehsalat qəza ları, təbii fəlakətlər ehti
-
malı mövcud olduqca hər kəs mühafizə qaydalarını bilməli və müha fizə olun
-
mağı bacarmalıdır.
Müxtəlif növ fövqəladə hallar zamanı əhalinin mühafizəsi dedikdə nə başa
düşürsünüz?
Əhalinin mühafizəsi dövlətin idarəetmə orqanları və bütün əhali tərəfindən
aparılan tədbirlər sistemidir. Əsas məqsəd insanların zərər görməsinin qarşı-
sını almaq və zərərçəkmişlərin sayını minimuma endirməkdən ibarətdir.
Fövqəladə hallarda əhalinin mühafizəsini təmin etmək üçün aşağıdakı təd-
birlər görülməlidir:
Əhalinin xəbərdar edilməsi
X
Mərkəzləşdirilmiş respublika və ərazi avtomat xəbərdarlıq sistemləri əvvəl-
cədən yaradılır və həmişə hazır vəziyyətdə saxlanılır;
X
Ehtimal olunan fəlakətli daşqın zonalarında yerləşən təhlükəli müəssisələr
radiasiya və kimyəvi zəhər lənmə müşahidə və nəzarət sistemlərinə qoşu
-
lur;
X
Radio, televiziya verilişləri və digər texniki informasiya vasitələrindən mər-
kəz ləşdirilmiş qaydada xəbərdarlıq üçün istifadə edilir.
Dostları ilə paylaş: