168
30. KİMYƏVİ KƏŞFİYYAT VƏ RADİASİYAYA NƏZARƏT
CİHAZLARI
Zəhərləyici və adi kimyəvi maddələri aşkar etmək üçün kimyəvi kəşfiyyat
cihazlarından istifadə olunur. Müasir zəhərləyici maddələri hiss orqanları
vasitəsilə aşkar etmək heç də həmişə mümkün deyil. Onların çoxunun iyi,
rəngi, qıcıqlandırıcı xassələri yoxdur. Bir sıra mad dələrin zəhərlilik dərəcəsi o
qədər yüksəkdir ki, onları iyinə və ya qıcıq landırıcı təsirinə görə aşkar etmək
cəhdi zəhərlənmələrlə nəticələnə bilər.
Kimyəvi kəşfiyyat aparılmazsa, nə baş verər?
Kimyəvi kəşfiyyat cihazları
Müşahidə yolu ilə, yəni əşyanın səthindəki zəhərli maddənin damcılarına və
ləkələrinə, yaratdığı buludun və zəhərlənmış bitki yarpaqlarının rənginin dəyiş-
məsinə görə onlardan bəzilərini təxmini olaraq aşkar etmək mümkündür.
ВПХР qoşun kimyəvi kəşfiyyat cihazı
Təyinatı və quruluşu.
ВПХР (
QKKC
) qoşun kimyəvi kəşfiyyat cihazı havada,
ərazidə, müxtəlif texnikaların (obyektlərin) səthində zəhərləyici mad dələri (
ZM
)
təyin etmək üçündür. O, havada, ərazidə, müxtəlif texnikaların (obyektlərin) sət -
hində zarin, zoman, iprit, havada V-qazları, fosgen, difosgen, sianid turşusu,
xlorsian tipli ZM-in mövcudluğunu müəyyən edir.
M
maraqlı
Bir gün italiyalı kimyaçı Fransa
kralı XIV Lüdovikə müraciət
edərək özünün ixtira etdiyi bak
terioloji silahı silahlanmaya qə
bul etməsini xahiş edir. Kral
nəinki bu təklifdən imtina edir,
hətta silahın sirrini başqa
ölkələrə satmaması üçün ona
ömürlük təqaüd ödəyir.
Dostları ilə paylaş: