7,62 × 54 mm-lik HP-7,62 tipli hücum pulemyotu qısa məsafəli döyüşdə
düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün
nəzərdə tutulub. 7,62 × 54 mm-lik HP-7,62 tipli pulemyotdan atəş iki ayaqdan və ya
müxtəlif konstruksiyalı üçayaqlı və döyüş maşınlarında quraş dırılan dəz gahlardan
aparıla bilər.
Pulemyotun konstruksiyasında lülə üzərində bərkidilən istilikyayıcı sipər, yeni
növ ikiayaq, yanağı və çiyinliyi olan teleskopik qundaq və əl qundağı tətbiq olunub.
Pulemyotun əl qundağının aşağı və yan tərəflərində, həmçinin lülə qutusunun
qapağı üzərində yerləşən “Pikatini” tipli yönəldicilər müxtəlif növ optik və kollimator
tipli nişangahların, həmçinin pulemyotun taktiki im kan larını artıran döyüş fənəri,
əlavə dəstək, lazer hədəfgöstəricisi və digər xüsusi avadanlığın bərkidilməsini
təmin edir.
Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 100, 200 və 250
patron olan səpələnməyən metal lent vasitəsilə ötürülür. Pulemyotlardan atəş
aparmaq üçün 7,62 × 54 mm-lik adi, izburaxan, zirehdələn-yandırıcı, yandırıcı-
hədəfgöstərici gülləli və boş tüfəng patron la rından istifadə olunur.
Pulemyotun əsas taktiki-texniki xüsusiyyətləri Xüsusiyyətin adı Parametri Nişangah məsafəsi,
m 1000
Güllənin başlanğıc sürəti,
m/san. 825
Çapı,
mm 7,62 × 54
Pulemyotun uzunluğu:
açıq qundaqla,
mm 1080
yığılmış qundaqla,
mm 980
Atış tezliyi,
atış/dəq. 650–750
Döyüş atış tezliyi,
atış/dəq .
250
Pulemyotun çəkisi,
kq 8,8
Pulemyotun tətbiq edildiyi temperatur diapazonu, °
C ±50
Layih
ə