Coğrafi koordinat sistemində yer səthinin istənilən nöqtəsinin koordinat
başlanğıcına nəzərən vəziyyəti bucaq ölçüləri ilə təyin olunur.
Coğrafi koordinat sistemi bir-birindən çox uzaq məsafələrdə yerləşən ob-
yekt lərin qarşılıqlı vəziyyətinin təyin edilməsi ilə bağlı məsələlərin həlli üçün
rahatdır. Ona görə də bu koordinat sistemi, əsasən, uzaq mənzilli döyüş vasi tə-
lərinin (
ballistik raketlərin, aviasiyanın və s. ) tətbiqi ilə bağlı hesablama işlərində
istifadə olunur.
Coğrafi koordinat sisteminin element-
ləri coğrafi en və coğrafi uzunluq dairə sin-
dən ibarətdir. London şəhəri yaxınlığın dakı
Qrinviç rəsədxanasından keçən meri dian
başlanğıc və ya sıfır meridianı kimi qəbul
edilmişdir.
Yer səthində verilmiş nöqtədən (M) ke-
çən şaquli xətlə ekvator müstəvisi arasında
qalan bucağa
coğrafi en dairəsi (
ϕ
) deyi-
lir. En dairəsi meridian qövsünün üzəri ilə
ekvatordan hər iki qütbə doğru he sablanır
və 0–90° arasında qiymətlər alır. Ekvator-
dan şimalda yerlə şən nöqtə lərin en dairəsi
şimal, cənubda yerləşən lər isə cənub en-
liyi adlanır.
Başlanğıc (Qrinviç) meridian müstəvisi ilə verilmiş nöqtədən (M) keçən meri-
dian müstəvisi arasında qalan ikiüzlü bucaq
coğrafi uzunluq dairəsi (
λ
) adlanır.
Uzunluq dairəsi ekvator və ya paralel qövsünün üzəri ilə başlanğıc meridiandan
şərqə və qərbə doğru ölçülür və müvafiq olaraq şərq və qərb uzunluq dairəsi adını
alır. Onun qiymətləri 0–180° arasında dəyişir.
Düzbucaqlı koordinat sistemi zonaldır. Yer səthinin xəritəsini tərtib etmək üçün
o, altı dərəcəli zonalara bölünür. Zonaların hər birində koordinat sistemi qurulur.
Koordinat başlanğıcı zonanın orta meridianı ilə ekvator xəttinin kəsişməsidir. Hər
bir zona müstəvi olaraq qəbul edilir.
Xətti kəmiyyətlərlə işləmək coğrafi koordinat sisteminin bucaq kəmiyyətləri ilə
işləməkdən asan olduğu üçün düzbucaqlı koordinat sistemi ərazidə və xəritə üzə-
rində praktiki məsələlərin həllində daha geniş tətbiq olunur.