Qiyabi kompüter meşğeleleri. (2-ci ders)



Yüklə 203 Kb.
tarix16.06.2017
ölçüsü203 Kb.
Qiyabi kompüter meşğeleleri. (2-ci ders)

Ferdi kompüter ile işlememişden qabaq onun iş prinsipine nezer salmaq faydalı olar. Ferdi kompüterin hisselerinden biri olan sistem blokunda, evvelki dersde qeyd olunduğu kimi, melumatı emal eden, onu qoruyub saxlayan, diger xariji qurğulara ötüren bütün elektron elementler yerleşdirilmişdir. Bu elementler xüsusi lövhe – çap platası üzerinde montac olunur





CPU – Central Prosessing Unit – Merkezi Prosessor Qurğusu

Eslinde ferdi kompüterde bu plataların sayı birden çox olur. Üzerinde merkezi prosessor (CPU – Central Prosessing Unit – Merkezi Prosessor Qurğusu) ve xüsusi inteqral mikrosxemler desti yığılmış ana plata (Motherboard) adlanan plata aparıtı rol oynayır. Ana platanı teşkil eden elmentler ümumi kompüterin iş parametrlerine çox tesir edir.
Onun üzerinde slot ve ya soket adlanan prosessor üçün yer, standart ve elave qurğular üçün müxtelif vasiteler vardır.
Kompüterin esas komponenti, onun beyni hesab olunan esas icraçı orqan prosessordur. Prosessor ikilik ededlerle kodlaşdırılmış emrlerle işleyir. Bu emrlere maşın kodu da deyilir.
Prosessor serbest heç bir iş görmek iqtidarında deyil. Onun işlemesi müeyyen işi yerine yetiren emrler ardıcıllığından – proqramdan asılıdır. Prosessor proqramı yaddaş qurğusundan oxuyur. Prosessorun bilavasite istifade etdiyi yaddaşa emeli yaddaş (RAM – Random Access Memory – birbaşa mürajiet oluna bilen yaddaş) deyilir.


RAM – Random Access Memory – birbaşa mürajiet oluna bilen yaddaş

Emeli yaddaşın esas üstünlüyü onun yazıb-oxuma süretinin diger yaddaş qurğularına nisbeten yüksek olmasıdır. Lakin, onun çatışmayan bir ceheti var: emeli yaddaş qurğusu (EYQ) enerjiden asılıdır, yeni enerji kesildikde orada olan bütün melumat silinir. Bu sebebden komrüter işe düşerken prosessorun “çaşqınlığının” qabağını almaq üçün başqa tip yaddaş qurğularından – daimi yaddaş qurğularından (DYQ – ROM – Read Only Memory – ancaq oxumaq üçün yaddaş) istifade olunur. DYQ enerjiden asılı deyil. Bu tip yaddaş qurğusuna informasiya, adeten, bir defe yazılır ve qurğu xarab olana qeder defelerle oxunur. Daimi yaddaş qurğusunun oxuyub-yazma süreti emeli yaddaşın süretinden defelerle aşağı olur.


Son zamanlar tekrar yazıla bilen daimi yaddaş qurğularından istifade olunur.
DYQ-na bir neçe proqram yazılır. Kompüter işe düşerken özünü yoxlama (POST – Power on Self Test) proqramı esas yaddaş qurğuları, displey, klaviatura ve heç olmazsa bir xarici maqnit yaddaş qurğusunun (disklerin) mövcudluğu, onlarla elaqe yoxlanılır. Bundan sonra ilkin yükleme proqramı teyin olunmuş diskin müeyyen hissesindeki informasiyanı emeli yaddaşa köçürür ve yerine yetirmeye başlayır. Bu informasiyadan asılı olaraq kompüter işini davam edir.
Hem özünü yoxlama proqramı, hem de ilkin yükleme proqramı işleyerken bir çox standart xarici qurğuya: displey, klaviatura, disk ve s. qurğulara müraciet etmeli olur. Buna göre de daimi yaddaş qurğusuna standart qurğularla işleme proqramları da yazılır. Bu proqramların hamısına giriş-çıxış qurğularının esas sistemi – Base Input Output System – BIOS deyilir.
Kompüterin müxtelif hisseleri müxtelif istehsalçılar terefinden evvelceden qebul olunmuş şert ve telebleri ödeyen modul şeklinde buraxılır. Bu kompüterin müxtelif komponentlere ve iş rejimine uyğun parametrlerini deyişdirmeye, tezelemeye imkan verir. Kompütere qoşulan bu modullar haqqında informasiya xüsusi yaddaş qurğusunda saxlanılır. Bu yaddaş qurğusunu hazırlanma texnologiyasının adı ile CMOS – komplementar (bir-birini tamamlayan) metal-oksid yarımkeçirici – adlandırırlar.


CMOS

Bele yarımkeçiricilerin enerjiye telebatı çox cüzi olduğundan süret teleb olunmayan müasir elektron qurğularda geniş tetbiq olunur.


CMOS-da yazılan parametrleri kompüter işe düşende müxtelif düymelerin (ekser hallarda Delete) kömeyi ile SETUP recimine keçerek deyişmek olur.

Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə