Qiym
ətləndirmə fəaliyyəti haqqında
AZ
ƏRBAYCAN RESPUBLIKASININ QANUNU
Bu Qanun Az
ərbaycan Respublikasında əmlakın qiymətləndirilməsi fəaliyyətinin (bundan sonra “qiymətləndirmə fəaliyyəti”
adlandırılacaqdır ) ümumi prinsipl
ərini
müəyyən edir, habelə bununla bağlı yaranan təşkilati, iqtisadi və hüquqi münasibətləri
t
ənzimləyir.
M a d d
ə 1 . Qiymətləndirmə fəaliyyəti haqqında qanunvericilik
Az
ərbaycan Respublikasında qiymətləndirmə fəaliyyəti haqqında qanunvericilik bu qanundan,
digər qanunvericilik
aktlarından, habel
ə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
M a d d
ə 2 . Qiymətləndirmə fəaliyyətinin subyektləri
F
əaliyyətləri bu qanunla tənzimlənən hüquqi və fiziki şəxslər (qiymətləndiricilər) və onların xidmətlərinin istehlakçıları
(sifari
şçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir.
M a d d
ə 3 . Qiymətləndirmə fəaliyyətinin obyektləri
Qiym
ətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak
qiym
ətləndirmə fəaliyyətinin obyektidir.
M a d d
ə 4 . Mülkiyyətçilərin öz əmlakını qiymətləndirmək hüquqları
Az
ərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək hüququ vardır. Qiymətləndirmənin
n
əticələri mühasibat və statistika uçotu və hesabatlarında düzəlişlər etmək üçün istifadə oluna bilər.
M a d d
ə 5 . Məcburi qiymətləndirmə halları
A
şağıdakı hallarda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır:
dövl
ət əmlakının dəyəri özəlləşdirilmə və ya etimadlı idarəetməyə verilmə məqsədilə müəyyən edildikdə;
dövl
ət və bələdiyyə əmlakı girov
(ipoteka) məqsədləri üçün istifadə olunduqda;
[1]
dövl
ət və bələdiyyə əmlakı satıldıqda və ya borc öhdəlikləri ilə bağlı olaraq başqasına verildikdə;
mülkiyy
ətçilərin əmlakı Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması
haqqında” Az
ərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və şərtlərlə dövlət ehtiyacları və ya ictimai
ehtiyaclar üçün alındıqda;
[2]
dövl
ət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə;
icbari sı
ğorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər
mü
əyyən edildikdə;
m
əhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə
zərurət olduqda; (bu halda
qiym
ətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq
müvafiq icra hakimiyy
əti orqanı tərəfindən aparılır);
[3]
etimadlı idar
əetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda;
bo
şanan ər-arvadın birinin və ya hər ikisinin tələbi ilə əmlakın bölüşdürülməsi zamanı bu əmlakın dəyəri haqqında mübahisə
yarandıqda;
s
əhmdar cəmiyyətlərinin birləşdirilməsi və ya ayrılması zamanı onlara məx s u s əmlakın dəyəri haqqında mübahisə
yarandıqda;
v
ərəsəlik məsələləri ilə bağlı mübahisələrin həlli zamanı.
M a d d
ə 6 . Qiymətləndirmə üçün əsas
Qiym
ətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir.
Mülki qanunvericilikd
ə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o
cüml
ədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə
qiymətləndirici seçməkdə tam
müst
əqildir.
M a d d
ə 7 . Qiymətləndirmənin nəticələri haqqında hesabat
Qiym
ətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Qiym
ətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında
l
əğv edilmədikdə, həqiqi sayılır.
Qiym
ətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə
t
ərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.
M a d d
ə 8 . Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr
Qiym
ətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə
m
əhkəmə tərəfindən baxılır.
Bu halda mübahis
əni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun
müdd
əalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
M a d d
ə 9 . Qiymətləndiricinin hüquqları
Az
ərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi razılıq almış
hüquqi və fiziki şəxslər
qiym
ətləndirmə fəaliyyəti ilə məşğul ola bilərlər.
[4]
Qiym
ətləndiricinin hüquqları aşağıdakılardır:
qiym
ətləndirmə fəaliyyəti haqqında mövcud qanunvericilik çərçivəsində qiymətləndirmənin forma və metodlarını müstəqil
seçm
ək;
qiym
ətləndirmə keçirildiyi hallarda sifarişçidən zəruri olan sənədləri tələb etmək, əlavə məlumat və izahatlar almaq;
dövl
ət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı
yazılı v
ə ya şifahi formada üçüncü şəxslərdən almaq;
z
əruri hallarda qiymətləndirmədə iştirak etmək üçün müqavilə əsasında mütəxəssisləri cəlb etmək;
sifari
şçi müqavilə şərtlərini pozduqda, qiymətləndirmə obyekti barəsində lazımi məlumat vermədikdə,
habelə
qiym
ətləndiriciyə müvafiq iş və təhlükəsizlik şəraiti yaratmadıqda, qiymətləndirməni həyata keçirməkdən imtina etmək.
M a d d
ə 1 0. Qiymətləndiricinin vəzifələri
Qiym
ətləndiricinin vəzifələri aşağıdakılardır:
qiym
ətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət
etm
ək;
qiym
ətləndirməni həyata keçirərkən sifarişçi və ya üçüncü şəxslərdən alınmış sənədlərin saxlanılmasını təmin etmək;
obyektin qiym
ətləndirilməsinə mane olan səbəblər barədə dərhal sifarişçini xəbərdar etmək;
sifari
şçinin xahişi ilə Azərbaycan Respublikasında qiymətləndirmə haqqında qanunvericilik və onun əsasında qəbul edilmiş
normativ hüquqi aktlar, müvafiq pe
şə birliklərinin nizamnaməsi
barədə ona məlumat vermək , qiymətləndirmə fəaliyyəti ilə
m
əşğul olmaq hüququ verən sənədləri təqdim etmək;
[5]
sifari
şçinin tələbi ilə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün zəruri təhsil alınmasını təsdiqləyən sənədləri təqdim
etm
ək;
qiym
ətləndirmə prosesində sifarişçidən alınmış məxfi məlumatı açıqlamamaq;
m
əhkəmənin tələbi ilə özünün hesabatından, müvafiq informasiya və məlumatları təqdim etmək;
sifari
şçinin məlumat verməkdən imtina etməsi qiymətləndirməyə əsaslı təsir göstərərsə, bunu hesabatında əks etdirmək;
qiym
ətləndirmənin obyektivliyinə mane olan hallar meydana çıxdıqda, qiymətləndirmədə iştirakının qeyri-mümkünlüyü
haqqında sifari
şçiyə məlumat vermək.
M a d d
ə 1 1 . Qiymətləndiricinin müstəqilliyi
Sifari
şçinin və digər maraqlı şəxslərin qiymətləndiricinin fəaliyyətinə müdaxilə etməsinə yol verilmir.
M a d d
ə 1 2 . Qiymətləndirmə fəaliyyətinə məhdudiyyətlər
Qiym
ətləndirici qiymətləndirmə obyektində əmlak mənafeyi olan fiziki şəxs
və ya hüquqi şəxsin təsisçisi, mülkiyyətçisi,
s
əhmdarı və ya vəzifəl i şəxsi olduqda, eləcə də göstərilən şəxslərin, yaxud sifarişçinin yaxın qohumu
olduqda həmin obyektin
qiym
ətləndirilməsini apara bilməz.
Qiym
ətləndiricinin qiymətləndirmə obyektinə dair müqavilədən kənar öhdəlikləri və qiymətləndirmənin nəticələrinə görə
maddi mara
ğı olduqda onun qiymətləndirməni aparmasına icazə verilmir.