nəhayət komputer təlim texnologiyasının ənənəvi təlim texnologiyalarından prinsipial fərqi
baxımından muəyyən dağınıqlığın əmələ gəlməsinə səbəb olmuşdur. Odur ki, belə vəziyyətin
aradan qaldırılması, dağınıq təlim proqramlarının tam kompüter təlim proqramlarına
uyğunlaşdırılması günün aktual problemlərindəndir.
Muasir TMPT-lər aşağıdakı xususiyyətlərə malik olmalıdır:
-
Artıq müvafiq qurum tərəfindən təsdiqlənmiş təhsil standartlarına uyğun gəlməlidir;
-
komputerləşdirilən təlim metodikalarını dəstəkləməlidir;
- muasir instrumental vasitələr əsasında reallaşdırılmış olmalıdır;
-
Bütün proqramlar müvafiq istifadəçi təlimatları ilə təmin olunmalı onlar HELP sistemi ilə
təmin olunmalıdır, xüsusi istifadəçi təlimatları ilə təmin olunmalıdır.
- TMPT-nin təlim prosesində yeri və tətbiq üsulu təyin olunmalıdır.
Təlim proqramlarının tətbiqi zamanı telekommunikasiyanın imkanları və bu sahənin aktiv
inkişafı nəzərə alınmalı və telesistemlər ucun təlim və tədris əlavələri reallaşdırılmalıdır.
Bununla yanaşı TMPT-yə daxil olan informasiyanın etibarlılığı və onun təhsil standartlarına
uyğun təlim vasitəsi kimi faydalılığı da daimi diqqətdə saxlanılmalıdır. Bütün bunlarla yanaşı,
yaradılan proqram təminatı müvafiq dövlət orqanları tərəfindən qeydiyyata alınmalı və
sertifikatlaşdırılmalıdır. Bu proqramlar elə yaradılmalıdır ki, onlar "ikinci muəllif" – yəni
istifadəçi pedaqoq-müəllimlər tərəfindən dəyişdirilə bilmək imkanlarına da malik olsunlar.
TMPT-lərin istifadəsi zamanı muəllif huququnun qorunmasına da ciddi fikir verilməlidir.
Bundan başqa TMPT-nin istifadə usul və formalarını, həmcinin telekommunikasiyalarda
yayılması qaydalarını da təyin etmək və reallaşdırmaq lazımdır.
Komputer təlim vasitələri movzusunda ədəbiyyatlarda təlim (bəzi nəşrlərdə pedaqoji)
məqsədli proqram tiplərini səciyyələndirən cox sayda terminlərdən istifadə edilir. Bu zaman
muxtəlif muəlliflər tez-tez eyni bir terminə əhəmiyyətli dərəcədə fərqli və ya əks məna verirlər.
Belə ki, eyni tipli proqramlar muxtəlif terminlərlə səciyyələndirilir. Muasir dovrdə təlim
prosesinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ucun hazırlanmış bir cox komputer
proqramları movcuddur. Psixoloqların ayırdıqları iki əsas idrak fəaliyyətlərinə (təlim və tədris)
uyğun olaraq təlim vasitələrini iki boyuk sinfə bolurlər: təlim muhutləri və təlim proqramları.
Təlim muhitlərinin qlobal pedaqoji məqsədi - muvəffəqiyyətli muhitin yaradılması yolu ilə
oyrənənin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsidir. Bu muhitdə oyrənən lazımı biliklər
əldə edir.
Təlim proqramı novbəti pedaqoji məqsədlərin reallaşdırılmasını təmin etməlidir: təlim
materialının numayiş etdirilməsi; muəyyən sahədə təlim; təlim prosesi gedişinin idarə edilməsi
ucun testləşdirmə və diaqnostika; xususi təlim.
Yerinə yetirilən metodik funksiya noqteyi-nəzərdən təlim muhiti və təlim proqramları
arasında dəqiq "cəkilmiş sərhədlər" yoxdur. Bu sinifdən olan təlim vasitələri arasındakı yeganə
fərq təlim muhitlərində gedən proseslərə nəzarətin olmaması, təlim proqramlarında isə bu
nəzarətin olmasıdır.
Dostları ilə paylaş: