Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 43.71 Mb.
Pdf просмотр
səhifə1/29
tarix25.12.2016
ölçüsü43.71 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   29

1
Turizm

qonaqpяrvяrlik tяdqiqatlarы
Beynяlxalq jurnal
Tourism
and
hospitality studies
Ыnternational journal
Azяrbaycan Turizm vя Menecment Universiteti 
Azerbaijan Tourism and Management University

2
Turizm və qonaqpərvərlik tədqiqatları.
Bakı, 2015, səh.352
ISSN 2409-6032
Jurnal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05.12.2011-ci il tarixli
3507 № ilə qeydiyyata alınmış, Azərbaycan Respublikasının Prezidenti yanında
Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 16 may 2014-cü il tarixli  (protokol
№  07-R)  qərarı  ilə  İqtisad  elmləri,  Tarix  elmləri  və  Sənətşünaslıq  üzrə
(6219.01-Kulturologiya  və  onun  ümumi  məsələləri;  6220.01-Muzeyşünaslıq)
“Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması
tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilmişdi.
Tourism and hospitality studies.
Baku, 2015, pp.352
ISSN 2409-6032
The journal was registered at the Ministry of Justice of the Republic of Azerbaijan
by Minutes № 3507 dated 05.12.2011 and included in the list of periodical scien-
tific publications where the main results of  the theses on Economic Sciences,
History Sciences and  Cultural Studies (621901-Cultural Studies and its general
issues; 622001-Museum Study) are recommended to be published by the decision
dated May16, 2014 (Minutes № 07-R) of the Board of Supreme Attestation Com-
mission attached to the President of the Republic of Azerbaijan.
© Azərbaycan Turizm və Menecment Universiteti, 2015

3
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
Beynəlxalq jurnal / International  journal 
İl 4, Say 4, 2015 / Volime 4, Number 4, 2015,  ISSN 2409-6032
Redaksiya Şurası
Əbülfəs Qarayev
Redaksiya şurasının sədri
Cəfər Cəfərov
Baş redaktor
Rəhman Səfərov
Baş redaktorun müavini
Qahirə Məmmədova
Məsul katib
Redaksiya Şurasının üzvləri
Sevda Məmmədəliyeva
Eldar Aslanov
Sənan Əliyev
Nəsir Nəsirli
Bahadur Bilalov
Xaləddin İbrahimli
Müzəffər Ağakərimov
Həbibə Sultanova
Novruz Quliyev
Flora Ələsgərova
(Azərbaycan)
Eva Verner
İrfan Arikan
(Avstriya)
Bülent Himmetoğlu
Nurinisa Ese
Hilmi Yüksel
Fatma Çakır
(Türkiyə)
Uve Veithöner
(Almaniya)
Vladimir Şalayev
(Rusiya)
Editorial board
Abulfas Garayev
Chairman of Editorial board
Jafar Jafarov
Editor in Chief
Rahman Safarov
Deputy Editor-in-Chief 
Gahira Mammadova
Executive secretary
Editorial board members
Sevda Mammadaliyeva
Eldar Aslanov
Sanan Aliyev
Nasir Nasirli
Bahadur Bilalov
Khaladdin Ibrahimli
Muzaffar Agakarimov
Habiba Sultanova
Novruz Guliyev
Flora Alasgarova
(Azerbaijan)
Eva Werner
İrfan Arikan
(Austria)
Bulent Himmetoglu
Nurinisa Ese
Hilmi Yuksel
Fatma Chakir
(Turkey)
Uwe Weithöner
(Germany)
Vladimir Shalayev
(Russia)

5
AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ
Azərbaycan Turizm və Menecment Universitetinin 10-illiyinə 
həsr olunmuş
“TURİZM VƏ REKREASİYA XXI ƏSRDƏ: 
PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR”
mövzusunda
BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS
MATERİALLARI
18-19 dekabr 2015-ci il
Azərbaycan Turizm və Menecment Universitetinin
Elmi Şurasının 24 noyabr 2015-ci il tarixli 
(02 saylı protokol) qərarı ilə çap olunur.
BAKI

Beynəlxalq elmi konfrans
“TURİZM VƏ REKREASİYA XXI ƏSRDƏ: PROBLEMLƏR VƏ
PERSPEKTİVLƏR”
Elmi məqalələr toplusu
Bakı, 2015
6

7
MüNDƏRİCAT
PLENAR İCLAS
Açılış nitqi ..............................................................................................13
t.e.d., prof. Cəfər Cəfərov
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru
BÖLMƏ 1. TURİZM VƏ REKREASİYA EHTİYATLARININ
TƏDQİQİNİN NƏZƏRİ VƏ PRAKTİKİ ƏHƏMİYYƏTİ
Gəncə-Qazax regionunun turizm-rekreasiya ehtiyatları, 
onlardan istifadənin müasir vəziyyəti və perspektivləri ....................15
c.ü.f.d., dos. İ.B.Xəlilov
c.ü.f.d., dos. K.Z.Zeynalova
c.ü.f.d., dos. F.B.Eminov
Azərbaycan Dövlət İqtisad Universiteti
Şahdağ milli parkının turizm-rekreasiya sahələrinin 
inkişafı nəticəsində yaranan təbii-ekoloji problemlər........................24
Hacıyeva Afaq, doktorant
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan ərazisinin turizm potensialının qiymətləndirilməsi ......33
c.ü.f.d., dos. Ağakişiyeva Günəş
Azərbaycan Turizm və Menecment Universiteti
Naxçıvan-Əlincə turizm marşrutu üzrə destinasiya 
menecmenti: resurslar və perspektiv planlaşdırma ...........................43
i.ü.f.d. Cabbarov Əli
“Naxçıvan” Universiteti
Abşeron yarımadasında dini abidələr turizm obyekti kimi ..............49
c.ü.f.d., dos. Umudova R.İ.
Bakı Dövlət Universiteti
Turizmin müasir şəraitdə inkişafının əsas istiqamətləri: 
potensial və perspektiv qiymətləndirmə..............................................57
i.e.n., dos. Qurbanova Fəridə
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycanın şimal-şərq regionunda rekreasiya və turizm 
ehtiyatlarının istifadəsində landşaft ekzotikliyinin və iqlim
komfortluluğunun rolu .........................................................................65
c.ü.f.d. dos.Sadıqov M.O.
T.M.Salıfov, doktorant
Azərbaycan Turizm və Menecment Universiteti

Aran iqtisadi rayonunun turizm infrastruktur təminatı ...................76
Əzizova Samirə, doktorant
Azərbaycan Turizm və Menecment Universiteti
Туризм как вид рекреационной деятельности ..............................81
Зейналова Ильхама, преподаватель
Азербайджанский университет туризма и менеджмента
Qloballaşma şəraitində Azərbaycanda destinasiya əsaslı 
turizmin inkişafının planlaşdırılması ..................................................88
Elza Bayramova, müəllim
Azərbaycan Turizm və Menecment Universiteti
Mehmanxana sənayesinin inkişafı tarixindən ....................................94
Aygün Rüstəmli, magistrant
Azərbaycan Turizm və Menecment Universiteti
BÖLMƏ 2. TURİZMİN FORMA VƏ NÖVLƏRİ
Milli parklarda rekreasiya potensialı və ekoloji turizmin inkişafı ...98
c.e.n., dos. Soltanova H.B.
Bakı Dövlət Universiteti
Основные аспекты развития городского туризма в Грузии .....105
д.г.н., проф. Гвинджилия Малхаз
Тбилисский  Госудаственный Университет Театра и 
Кино им. Ш. Руставели, Грузия
Azərbaycan respublikasında sağlamlıq-müalicə turizminin 
inkişaf tendensiyaları, problemləri və xüsusiyyətləri .......................112
Quliyev Ruslan
Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosasiyasının sədri
Azərbaycanda idman turizminin inkişaf perspektivləri..................120
i.ü.f.d., b/m Məmmədоv Elşən
Azərbaycan Dövlət Iqtisad Universiteti
The perspectives on development of a mountain tourism
in Azerbaijan........................................................................................130
Gulaliyev Ch.G.
Agalarov M.M.
Gulaliyeva G.Ch. 
Azerbaijan Tourism and Management University
Azərbaycanda qeyri-ənənəvi turizmin inkişaf perspektivləri .........134
Ağasiyeva Rəfiqə, dissertant, b/m
Azərbaycan Turizm və Menecment Universiteti
“Dağlıq Şirvan qədim tarix məskənidir” adli turizm marşrutu .....141
8

t.e.n., dos. Bahadur Bilalov
Aynur Hüseynzadə
Azərbaycan Turizm və Menecment Universiteti
Abşeron regionunda turizm marşrutları və onlardan 
istifadə imkanları.................................................................................151
c.e.n. Cəfərova G.C.
c.e.n. Zülfüqarova S.M.
Bakı Dövlət Universiteti
Göygöldə ekoturizmin inkişafı ...........................................................159
İsmayılova Elnarə, doktorant
Azərbaycan Turizm və Menecment Universiteti
Zəlzələ zamani turizmin təhlükəsizliyinin ərazi təşkili ....................163
Orucova Pakizə, müəllim
Azərbaycan Turizm və Menecment Universiteti
Виды и формы экотуризма в Казахстане......................................169
д.б.н. Айдарханова Г.С.
к.б.н.Сагнаева А.Т.
к.х.н. Кожина Ж.М.
Евразийский национальный университет им.Л.Н.Гумилева, 
Казахстан
BÖLMƏ 3. TURİZM BAZARI: MüASİR VƏZİYYƏT,
PROBLEMLƏRİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ.
TURİZM BİZNESİNİN TƏŞKİLİ VƏ İDARƏEDİLMƏSİ
Роль фактора соседства в развитии международного 
туристского бизнеса ..........................................................................173
д.э.н., проф. Корганашвили Лариса
Тбилисский государственный университет имени 
И. Джавахишвили, Грузия
Turizmin bazarının tədqiq olunmasının nəzəri-praktiki
problemləri...........................................................................................180
i.e.d.-prof., əməkdar elm xadimi, Avropa Təbiət Elmlər 
Akademiyasının akademiki Əlirzayev Ə. Q.  
Azərbaycan Dövlət İqtisad Universiteti
Turizm xidmətlərinə tariflərin formalaşması 
və tənzimlənməsi..................................................................................183
Quliyev İ.Q., baş müəllim
Azərbaycan Dövlət İqtisad Universiteti
Turizm sahəsində qiymətlərin formalaşması ....................................188
9

Abdullayeva Esmira, müəllim
Azərbaycan Dövlət İqtisad Universiteti
Beynəlxalq turizmin müasir iqtisadi problemləri ............................195
Nuriyeva Könül, müəllim
Azərbaycan Menecment və Turizm Universiteti
Sərhədyani regionların ayird edilməsi əlamətləri və turizmdə
əməkdaşlıq istiqamətləri .....................................................................204
Yusupov Qəhrəman, baş müəllim
Azərbaycan Turizm və Menecment Universiteti
Regionların sosial-iqtisadi inkişafı  proqramları çərçivəsində 
dövlət nəqliyyat siyasətinin əsas istiqamətləri ..................................213
i.f.d. Həsənov E.B.
Həsənova G.X., doktorant
Milli Aviasiya Akademiyası
Şamaxı rayonunda yerləşmə müəssisələri və xidmətin təşkili.........217
Sultanova G.A.
c.e.n. Əhmədova İ.İ.
Bakı Dövlət Universiteti
Azərbaycanda turlar üzrə yerli brendin hazırlanması imkanları ..227
dos. Dərgahov V.S., 
Bakı Dövlət Universiteti
Kərimov R.N.,
AMEA Coğrafiya İnstitutunun baş elmi işcisi
Dövlətin iqtisadi siyasətində qeyri-neft sektorunun inkişafı 
və bu sahədə turizmin rolu .................................................................238
dos. Hüseynov Hafiz
Naxçıvan Dövlət Universiteti
Tour guide service quality...................................................................243
PhD Student Hristina Nedialkova, MA IER, MA Pol. Sci
University of Economics – Varna, Bulgaria
BÖLMƏ 4. TURİZM MƏDƏNİYYƏTLƏRARASI DİALOQ
VASİTƏSİ KİMİ. TURİZM üÇüN KADR HAZIRLIĞI.
TURİZMDƏ İNFORMASİYA TEXNOLOGİYALARININ
TƏTBİQİ
Университеты как фактор национальной безопасности и 
устойчивого развития в глобальном мире (критический 
анализ) .................................................................................................249
д.филос.н., проф. Шалаев В.П., декан факультета 
10

социальных технологий 
Поволжский государственный технологический университет, 
г. Йошкар-Ола, Россия
Межкультурный диалог как фактор развития туризма............267
д.ф.культ., доц. Керимли Вугар, ученый секретарь
Институт архитектуры и искусства НАНА
О необходимости учета лингвострановедческих 
особенностей невербальных языков при общении
с иностранцами ..................................................................................272
канд.пед.наук, доц. Эфендиев Иззет 
Азербайджанский университет туризма и менеджмента
Turizmlə bağlı söz və ifadələrin öyrədilməsi yolları.........................278
p.e.n.,dos. Məmmədli Seyidəli
Azərbaycan Turizm və Menecment Universiteti
Кадровая подготовка специалистов-музееведов по 
изучению экскурсионного метода...................................................281
д.ф.иск.н., доц. Меликова-Гурбанова Эльфира, музеевед
Азербайджанский государственный университет 
культуры и искусства
Aспекты обучения иностранному языку в подготовке
туристских кадров.............................................................................286
Мурсалиева А. А. , стар. преподаватель 
Азербайджанский университет туризма и менеджмента
Bələdçi kadrların hazırlanmasında toponimik 
materiallardan istifadənin əhəmiyyəti...............................................295
prof. Məmmədov N.G., 
dos. Nuriyev E.B
Bakı Dövlət Universiteti
Процессы глобализации и трансформация языка......................305
Мамедова Ульвия, докторант
Азербайджанский университет туризма и менеджмента
Yerli əhalini turizm işinə cəlbetmə mexanizmi (Zaqatala 
rayonu timsalinda) ..............................................................................312
k/t.e.n., dos. Ç.G.Gülalıyev, 
G.Ç.Gülalıyeva
Azərbaycan Turizm və Menecment Universiteti
Роль интернета в туристкой деятельности ..................................318
к.ф.н., доц. Керимова Кямаля
Азербайджанский университет туризма и менеджмента
Эффективность функционирования социального 
11

института в сфере рекреации и туризма региона .......................327
к.э.н, доц. Рубцова Наталья Владимировна
ФГБОУ ВПО Байкальский государственный университет экономики
и права, г. Иркутск, Россия
Innovations as an instrument for attracting tourists
to the destination .................................................................................340
Veronika Denizova, PhD student
University of National and World Economy, Sofia, Bulgaria
12

PLENAR İCLAS
Açılış nitqi
t.e.d., prof. Cəfər Cəfərov
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru
Əziz konfrans iştirakçıları!
Bildiyiniz kimi  Elmi konfransların keçirilməsi ATMU-da ənənəyə
çevrilmişdir.  İlk  konfransını  2006-cı  ilin  dekabr  ayında  keçirən
Universitetimizdə  bu  günə  kimi  müxtəlif  formatlı  100-dən  çox    elmi
tədbirlər keçirilmişdir. Bu elmi tədbirlərdə səslənən fikirlər, edilən təkliflər
daima  diqqət  mərkəzindədir.  2012-ci  ildə  keçirdiyimiz    “Turizm  və
rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” adlı Birinci  Beynəlxalq
konfransımızda xarici qonaqların da qoşulduğu Bakı bəyannaməsi qəbul
edildi. Sonradan həmin Bəyannamə tərəfimizdən Mədəniyyət və Turizm
Nazirliyinə təqdim edildi. Qeyd etmək istəyirəm ki, bu günə kimi həmin
bəyannamədə əksini tapan bir sıra məsələlər həll edilmişdir.
Bu ilki konfrans Azərbaycan Turizm və Menecment Universiteti üçün
çox əlamətdar bir dövrə təsadüf edir. Belə ki, bu il universitetin 10 yaşı
tamam olur. Biz yubiley tədbirləri üçün plan hazırlayarkən dəbdəbədən
uzaq olmağı, gələcək inkişafımıza xeyir verə biləcək məsələləri qabartmağı
qarşımıza məqsəd qoymuşduq. Fikrimizcə belə məsələlərdən ən mühümü
Beynəlxalq konfransların hazırlanması və keçirilməsidir. Bu konfransda
Azərbaycan da daxil olmaqla 8 ölkə nümayəndələrinin 44 məruzəsinin
dinlənilməsi nəzərdə tutulmuşdur.
Məlumdur ki, qlobollaşan dünyada son zamanlar baş verən siyasi və
iqtisadi  təlatümlər  nəticəsində  dünya  bazarında  neftin  qiyməti  kəskin
düşmüşdür. Ölkəmizin Prezidenti möhtərəm İlham Əliyev cənablarının nitq
və çıxışlarından da aydın sezilir ki, qeyri-neft sektorunda ölkə turizminin
inkişafı prioritet sahə kimi qəbul edilir. Bu baxımdan hesab edirəm ki, hər
bir  sahənin  inkişafı  elmi  tədqiqatlara  əsaslandığı  kimi,  “Turizm  və
rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” adlı İkinci Beynəlxalq
konfransda səslənən fikirlər böyük əhəmiyyət kəsb edə bilər.
Digər bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. Məlumdur ki,
Azərbaycan  Respublikasında  turizm  təhsili  ildən-ilə  təkmilləşir  və
genişlənir. Lakin, bu sahədə kəmiyyətlə keyfiyyətin uzlaşdırılması mühüm
məsələlərdən biridir. Keyfiyyət fəlsəfi kateqoriya kimi varlığa bərabər
müəyyənlik, obyektin müəyyən xarakteristikalarının və əlaqələrinin sabit
sistemi kimi ifadə edilir və Xarakteristika, əlaqələr sistemi kimi çoxtərəfli
13

anlayışların  köməkliyi  ilə  izah  edilən  bu  ifadə  mürəkkəb  bir  tərkib
formalaşdırır. Turizm təhsili prosesinin özü isə əlavə bir çoxtərəfli anlayış
olduğundan  təhsilin  keyfiyyəti  geniş  bir  məvhumdur  və  buna  görə  də
keyfiyyət  təminatına  müxtəlif  yanaşmalar  mövcuddur.  Ali  təhsildə
keyfiyyət təminatı (ISO 9000-2001) qarşılıqlı əlaqəli dörd prosesin təşkili
və funksiyasını əhatə edir:
Keyfiyyətin planlaşdırılması - müəyyən səviyyədə nəzarət tələb edən
fəaliyyət sahələrinin müəyyənləşdirilməsi və nəzarəti həyata keçirəcək
vasitəsinin (resursun) təşkili.
Keyfiyyətin  idarə  edilməsi  -  fəaliyyət  sahəsinin  ölçü  şkalasının
müəyyənləşdirilməsi  obyektlərin  fəaliyyət  keyfiyyətinin  ölçülməsi
keyfiyyətə nəzarətin həyata keçirilməsi.
Keyfiyyətin  təminatı  təhsildə  nəzarət  olunacaq  fəaliyyət  sahəsi
haqqında  məlumatların  toplanması,  işlənməsi,  analizi  və  nəzarətin
nəticəsini obyektiv əks etdirən formaya gətirilməsi.
Keyfiyyətin yaxşılaşdırılması - lazımı təlabatın ödənilməsinə, yeni
təlabatın  formalaşmasına  fəaliyyət  növünün  effektivliyi  və  nəticələrin
yüksəldilməsinə aid tədbirlərin təşkil edilməsinə istiqamətlənmiş qərarların
qəbul edilməsi.
Fikrimcə,  aparılan  elmi-tədqiqatların  nəticələrinin  təhsil  prosesinə
tətbiqi keyfiyyətin yaxşılaşdırılmasına xidmət edə bilər. Elmi konfranslar,
xüsusən Beynəlxalq elmi konfranslar bu sahədə tədqiqat aparanların fikir
mübadiləsi aparmasına, öz tədqiqatlarına yeni gözlə baxmalarına şərait
yaradır. Hər birinizə yeni yaradıcılıq uğurları arzu edirəm!
Diqqətinizə görə təşəkkür edirəm!
14

BÖLMƏ 1. TURİZM VƏ REKREASİYA 
EHTİYATLARININ TƏDQİQİNİN NƏZƏRİ VƏ 
PRAKTİKİ ƏHƏMİYYƏTİ 
Gəncə-Qazax regionunun turizm-rekreasiya ehtiyatları, onlardan
istifadənin müasir vəziyyəti və perspektivləri
c.ü.f.d., dos. İ.B.Xəlilov
c.ü.f.d., dos. K.Z.Zeynalova
c.ü.f.d., dos. F.B.Eminov
Azərbaycan Dövlət İqtisad Universiteti
Abstract: The tourism-recreation recourses of Ganja-Gazakh region
was analyzed in terms of the relief of the area, climate, natural water re-
serves, landscapes, modern condition of transport and sanitary-hygienic
status in detailed at the article. In terms of tourism-recreation options, the
importance of Goygol National Park, historical and natural monuments,
forest massifs, alpine meadows in Khoshbulag summer pasture in moun-
tains, Narzan typed healing water, Chaldash, Mor-mor mineral water, wa-
terfall and caves were shown. It was substantiated that the region was over
the Ancient Silk Road, the healing Naftalan oil located here, different ge-
ographic condition and landscapes, rich cultural monuments, the developed
transport network created great option for both tourists from foreign coun-
tries and development of internal tourism. The modern status of use of
tourism-recreation recourses of the region was analyzed, the occupation of
20  %  area  of  Azerbaijan  by  Armenia  and  not  to  be  used  completely
tourism-recreation of region as a result of the ongoing conflict were noted
and from this point of view, some offers were given.
Key words: recreation recourses, tourism potential, natural condition,
landscape, natural and historical monuments, healing water, Naftalan oil,
National park.
Azərbaycan Respublikasının qərbində yerləşən Gəncə-Qazax regionu
turizm-rekreasiya ehtiyatları və onlardan istifadə imkanları ilə olduqca
zəngindir. Rəngarəng təbii şəraitə, müxtəlif landşaftlara malik olan, həm
düzənlik və həm də dağlıq relyefə, şaquli qurşaqlıq üzrə bir-birindən kəskin
fərqlənən  iqlim  tiplərinə,  təbii  və  müalicəvi  su  ehtiyatlarına,  əlverişli
nəqliyyat infrastrukturuna və ən mühümü ekoloji təmiz ətraf mühitə, təbii
Gəncə-Qazax regionunun turizm-rekreasiya ehtiyatlari, onlardan istifadənin
müasir vəziyyəti və perspektivləri
15

və  tarixi  abidələrə  malik  olan  region  turizm-rekreasiya  potensialı  ilə
fərqlənsə də hələlik bu imkanlardan çox zəif istifadə olunur. 
Məlumdur ki, turizm-rekreasiya ehtiyatları relyef və iqlim müxtəlif li -
yi nin  ərazidə  qanunauyğun  istifadəsi  ilə  səciyyələnir.  Burada,  Kiçik
Qafqazın Azərbaycan daxilində şimal və şimal-şərq yamaclarını əhatə edən
hissəsində Murovdağ, Kəpəz, Qoşqar və digər dağların şimal yamaclarında
Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz və Qazax rayon la -
rının ərazilərində müxtəlif turizm növlərindən, o cümlədən ekoturizm,
məcarə turizmi, trekinq və ya piyada turizmi, aktiv turizm, atla gəzintilər
və təbii-tarixi turizm növlərindən istifadə imkanları olduqca böyükdür. Re-
gionun ərazisi daxilində Göygöl Milli parkı, Eldar şamı, Qarayazı, Korçay
Dövlət Təbiət Qoruqları, Qarayazı- Ağstafa, Şəmkir və Qızılca Dövlət
yasaqlıqları mövcuddur ki, həmin təbii ərazilərindən rekreasiya imkanları
baxımından istifadə perspektivləri çox böyükdür. Rekreasiya-turizminin
potensial istifadəsi imkanları baxımından Murovdağın şimal yamaclarında
dəniz səviyyəsindən 1566 m və 1902 m yüksəklikdə yerləşən Göy-göl və
Maral-Göl  ətrafı,  Hacıkənd,  Daşkəsən  rayonunda  Xoşbulaq  yaylası,
Gədəbəy rayonunun Qamış və Şamlıq dağ meşə massivləri, Keçidərəsi
yarğanı, Şəmkir rayonunun dağlıq hissəsində “Yasamal” istirahət sahəsi,
Qazax rayonunda Altuntaxt yaylağı, İncə dərəsi, Qaraqoyunlu dağı və s.
dağ-meşə massivləri olduqca zəngindir.
Gəncə-Qazax regionunun iqlim ehtiyatlarının öyrənilməsi və ondan
rekreasiya baxımından istifadə edilməsi məqsədi ilə müxtəlif elmi təd qi -
qat lar aparılmışdır. Müəyyən olunmuşdur ki, Gəncə-Qazax regionunun ter-
mik  və  rütubətlənmə  rejimlərinin  yayılmasında  dağlıq  ərazilər  üçün
səciy yəvi sayılan qanunauyğunluqlar üstündür. Belə ki, regionda ya ğın -
tıların orta illik miqdarı 250 mm-dən 550 mm-dək, havanın orta illik tem-
peraturu 6
0
-13
0
arasında dəyişir. Torpaq səthinin temperaturu 8
0
-9
0
təşkil
edir. Dəniz səviyyəsindən müvafiq olaraq 1460 m və 1600 m yük sək lik -
lərdə yerləşən Gədəbəy və Daşkəsən rayonlarında yağıntıların orta illik
miqdarı 550 mm və 530 mm təşkil edir. Rayonlarda orta aylıq temperatur
yanvar ayında 3,5
0
və 3,7

, yay aylarında isə +18
0
və +16
0
-yə çatır ki, bu
da ərazidən il boyu turizm-rekreasiya məqsədləri ilə istifadəyə imkanlar
yaradır. 
Regionda qar örtüyü orta dağlıq ərazilərdə may ayına, yüksək dağlıqda
isə iyun ayına qədər qalır və bundan sonra qarın intensiv əriməsi baş verir
ki,  bu  da  əhalinin  əmlakına  və  təsərrüfatına  ciddi  zərər  vuran  sel  və
daşqınlara səbəb olur.
Ümumiyyətlə, Gəncə-Qazax regionunun iqlim şəraiti yüksək məh sul -
dar bitkiçilik və heyvandarlığın inkişafı üçün əlverişli olduğundan ərazidə
Gəncə-Qazax regionunun turizm-rekreasiya ehtiyatlari, onlardan istifadənin
müasir vəziyyəti və perspektivləri
16

istirahət  edən  turistləri  yerli  kənd  təsərrüfatı  məhsulları  ilə  tam  təmin
etməyə  imkan  yaradır.  Bundan  əlavə  regionda  yaz-yay-payız  fəsilləri
rekreasiya təsərrüfatının inkişafı üçün də olduqca əlverişlidir.
Məlumdur ki, rekreasiya turizmini şərti olaraq iki tipə bölürlər:
1. Sağlamlaşdırıcı turizm;
2. Tanışlıq turizmi.
Sağlamlaşdırıcı turizm ilk növbədə təbii mühitin imkanlarından və
sanator-kurort komplekslərindən müalicə məqsədi ilə istifadəni nəzərdə
tutur. Bu baxımdan Gəncə-Qazax regionu, xüsusilə onun dağlıq və dağətəyi
hissəsi balneoloji və turizm sərvətləri ilə zəngindir. Burada hələ keçmişdən
qalan bir neçə balneoloji-kurort və turzm-istirahət-müalicə kompleksi olan
Hacıkənd, Naftalan, Göygöl və Gədəbəyin Çaldaş, Qızılca, Narzan, Mor-
Mor mineral su bulaqları öz əhəmiyyəti və müalicəvi xüsusiyyətləri ilə
fərqlənir. Həmin ərazilərin mülayim iqlimi, təmiz dağ havası, mineral suları
və müalicəvi neftinin mövcudluğu, enliyarpaqlı meşələr, meyvə bağları və
üzümlükləri  müasir  tələblərə  cavab  verən  kurort-sanator  müalicəsinin,
kütləvi istirahət və turizminin təşkilinə əlverişli şərait yaradır. Lakin bu
imkanlardan hələ də tam şəkildə istifadə oluna bilmir ki, bunun da başlıca
səbəbi Ermənistan Respublikasının Azərbaycanın Dağlıq Qarabağ ərazisini
və ətraf rayonlarını işğal etməsi və sərhəd xəttinin turizm-rekreasiya po ten -
sialı böyük olan Gəncə-Qazax regionunun dağlıq hissəsindən keçməsidir. 
Regionda  sanatoriya-kurort  təsərrüfatının  inkişafına  şərait  yaradan
mühüm amillərdən biri də hidrotermal sərvətlərdir. Təkcə Gədəbəy rayonu
ərazisində sutkalıq debiti 133 min litrdən artıq və illik debiti təqribən 49
mln  litr  olan  12  qrup  mineral  bulaqlar  dəqiq  öyrənilmişdir. Ancaq  bu
bulaqların heç biri nə sənaye əsaslı, nə də sanator-kurort əsaslı istifadəyə
cəlb  edilməmişdir.  Bu  bulaqlardan  ən  perspektivlisi  Slavyanka  kəndi
ətrafında dəniz səviyyəsindən 800-1000 m hündürlüklərdə yerləşən bu-
laqlar hesab olunur. Əlverişli torpaq-iqlim şəraiti, orta sutkalıq debiti 20,5
min litr olan mineral suların böyük ehtiyatından istifadə olunması sanator-
kurort kompleksinin və illik istehsal gücü təqribən 90 mln ədəd şüşə qab
olan mineral sular zavodunun tikintisi üçün əlverişli şərait yaradır. Hazırda
Samux  rayonunun  Sərkar  kəndində  yerli  əhali  orada  yerləşən  Zəhra
bulağının suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə
edirlər. Rayonun Nəbiağalı qəsəbəsində rast gəlinmiş kükürdlü Xır man -
suyu bulağı və Lək kəndindəki termal sular da yalnız yerli əhali tərəfindən
istifadə edilir. Həmin sular əsasında regionda sanator-kurort mərkəzlərinin
yaradılması və ondan geniş əhali kütləsinin istifadə edə bilməsi imkanları
öyrənilməlidir.
Gəncə şəhərindən cənub-şərqdə, Naftalan kurort rayonunda eyniadlı
Gəncə-Qazax regionunun turizm-rekreasiya ehtiyatlari, onlardan istifadənin
müasir vəziyyəti və perspektivləri
17

müalicəvi  əhəmiyyətə  malik  neft  çıxır.  Neft  yatağının  olduğu  sahə  üç
tərəfdən alçaq təpələrlə əhatə olunmuşdur. Kəşfiyyat qazması ilə yatağın
geoloji quruluşu və kəsilişin ümumi qalınlığının təqribən 3500 m, yataq -
da kı neftin xüsusi çəkisinin isə 0,945-0,948 olduğu müəyyənləşmişdir.
Hələ  qədimdən  müalicəvi  xassələrə  malik  olan  Naftalan  nefti  sümük-
oynaq,  sinir-əzələ,  dəri,  uroloji,  ginekoloji  və  digər  xəstəliklərin
müalicəsində istifadə olunur. Lakin, Naftalan neftinin şöhrətini bərpa etmək
və onu dünya səviyyəsinə çıxarmaq bu gündə öz aktuallığını saxlayır. 
Turizmin ikinci tipii olan tanışlıq turizmi isə əsasən bütün təbii əraziləri
əhatə  etməklə  unikal  təbii  landşaftları,  bitki  və  heyvanat  aləminin
müxtəlifliyini, təbii və mədəniyyət obyektlərinin qorunduğu əraziləri əhatə
edir. Bu baxımdan Gəncə-Qazax regionunun zəngin rekreasiya sərvətləri
bütün  Azərbaycanda  olduğu  kimi  hələ  tam  istifadə  olunmur.  Fiziki
coğrafiya,  tarix,  arxeologiya,  balneologiya,  iqlimşünaslıq  sahəsindəki
tədqiqatlar, həmçinin ayrı-ayrı təbii sərvətləri səciyyələndirən materialların
öyrənilməsi bir sıra tipik rekreasiya zonalarının ayrılmasına şərait yaradır.
Bu planda ən böyük imkanlara dağ-meşə zonası malikdir və ölkə meşə fon-
dunun  10%-ə  qədəri,  yəni  78000  hektarı  burada  yerləşir.  Bu  meşələr
mühüm təbiətqoruyucu əhəmiyyətə malikdir. Meşələrdə çoxlu miqdarda
yabanı meyvələr, dərman bitkiləri və xeyli ov heyvanları da vardır.
Regionun meşə fondu ərazi üzrə qeyri-bərabər paylanmışdır. Meşələrin
70%-ə qədəri dağlıq ərazilərdə yayılmışdır. Bu baxımdan meşə ərazilərinin
ən çox mövcud olduğu Tovuz, Daşkəsən, Göygöl və Gədəbəy rayonlarının
turizm  potensialı  baxımından  üstünlükləri  vardır.  Regionun  turizm  və
rekreasiya zonası kimi formalaşması XX əsrin 60-cı illərindən etibarən
başlamışdır.
Gəncə-Qazax regionunda dağ meşələri ilə yanaşı düzən və Kür çayı
boyu yerləşən tuqay meşələrini mühafizə etmək üçün bir neçə qoruq və
yasaqlıqlar yaradılmışdır. Regionda tuqay meşələrini qoruyub saxlamaq
üçün yaradılmış Qarayazı Dövlət Təbiət Qoruğu, Samux rayonu ərazisində
dünyada yeganə quraqlığa və şoranlığa davamlı Eldar şamı meşələrini
mühafizə məqsədilə yaradılmış Eldar şamı Dövlət Təbiət Qoruğu, qoruğun
şimal-şərqindəki  dağda  yerləşən  “Koroğlu  qalası”  qülləsi,  onun
yaxınlığındakı  müalicəvi  əhəmiyyətli  bulaq,  Qızılca,  Şəmkir  və  s.
yasaqlıqlar, təbii abidə sayılan Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə
massivləri öz unikallıqları ilə fərqlənirlər ki, bunlar da regionun turizm-
rekreasiya potensialının yüksək olduğunu göstərən təbii amillərdəndir. 
Regionda  ekoloji  turizmin  inkişafında  Göy-göl  Milli  Parkının
əhəmiyyəti  böyükdür.  Hələ  1925-ci  ildə Azərbaycanda  ilk  qoruq  kimi
yaradılan Göy-göl qoruğu Kiçik Qafqazın orta dağlıq, meşəlik, subalp
Gəncə-Qazax regionunun turizm-rekreasiya ehtiyatlari, onlardan istifadənin
müasir vəziyyəti və perspektivləri
18

qurşağındakı dağ çəmənliklərini və unikal ekosistem kimi formalaşmış
Göy-göl,  Maralgöl  və  digər  kiçik  göllərin  mühafizəsi  məqsədi  ilə
yaradılmışdır. Göy-göl qoruğu 2008-ci ildən Milli Park statuslu xüsusi
mühafizə  olunan  əraziyə  çevrilməklə  onun  rekreasiya  potensialından
istifadə imkanları da artmışdır. Burada əsas məqsəd içməli su mənbəyi kimi
Göygölün suyunun saxlanması və təmizliyinin təmin edilməsi, ərazinin
tipik landşaftının, fauna və florasının qorunub saxlanması, mühafizəsi və
öyrənilməsidir. Milli Parkın ərazisindən təbiəti mühafizə, elmi-tədqiqat,
ətraf mühitin monitorinqi, sağlamlaşdırma, ekoloji maarifləndirmə, turizm
və istirahət məqsədləri üçün istifadə olunmalıdır. Milli Parkdan qeyd edilən
məqsədlərlə istifadə üçün lazımi infrastrukturun yaradılması məqsə də uy -
ğun  hesab  edilir.  Milli  Parkın  ərazisində  elmi  turizmin  təşkilinin  də
əhəmiyyəti böyükdür. Burada məqsəd gənc tədqiqatçılara Respublikamızın
zəngin  təbiəti,  təbii  landşaftları,  onların  müasir  vəziyyəti  və  qorunub
artırılması  haqqında  elmi  işləri  yerinə  yetirməyə  imkan  yaratmaqdır.
Fikrimizcə Göygöl Milli Parkı nəzdində qoruq və ya yasaqlığın yaradılması
ərazinin mövcud ekosistemini qoruyub saxlamaq üçün böyük əhəmiyyət
kəsb edər. Milli Parkın girişində məişət xidməti mərkəzi, çadır qurmaq
üçün sahələr, maşın dayanacağı, mehmanxanalar, motellər və s. yaradılmalı
və onlardan istifadə tənzimlənməlidir. 
Regionda iqlim amillərindən, mineral su sərvətlərindən başqa burada
müxtəlif  növ  istirahətin,  idman-səhiyyə  formalarından  dağ  turizmi,
alpinizm, su turizminin (Ağstafaçay, Şəmkirçay su anbarı, Kür çayı və s.)
təşkili və inkişafı üçün bütün imkanlar vardır. Turizm regionunda çoxlu
miqdarda təbiət, tarixi və mədəniyyət abidələri də mövcuddur. Bununla
əlaqədar  olaraq  mühafizə  olunan  təbii  obyektlərin  istifadəsinin  əsaslı
təşkilinin əhəmiyyəti də böyükdür. 
Gəncə-Qazax regionu tarix, mədəniyyət və təbii abidələr ilə zəngindir.
Regionda Alban məbədləri, alman məskənləri, tunc, dəmir və erkən orta
əsrlər dövrünə aid arxeoloji, tarixi və mədəniyyət abidələri bu günə qədər
saxlanılmışdır. Belə abidələr Gəncə şəhəri, Göygöl, Gədəbəy, Qazax və
digər rayonlarda daha çox rast gəlinir. Hələ XIX əsrin ortalarında Simens
qardaşlarının  Gədəbəydə  mis  hasilatı  ilə  bağlı  işləri,  Göygöl  rayon
mərkəzində alman tikintiləri, Gəncə şəhərində “İmamzadə” kompleksi,
Nizami məqbərəsi, Şah Abbas məscidi, Karvansara, Qazax rayonunda VI-
VII əsrlərə aid Didivan qalası, regionda alban məbədləri, Avey dağındakı
mağaralar, və digər bu kimi abidələr regionun turizm potensialını daha da
artırır. İnzibati rayonlarda yaradılmış tarix-diyarşünaslıq muzeyləri tarixi-
mədəni turizmin inkişafı üçün geniş istifadə oluna bilər. Regionda turizmin
dayanıqlı  inkişafı,  turist  mərkəzlərinin  düzgün  yerləşdirilməsi,  təbii
Gəncə-Qazax regionunun turizm-rekreasiya ehtiyatlari, onlardan istifadənin
müasir vəziyyəti və perspektivləri
19

resurslardan səmərəli istifadə edilməsi və ətraf təbii mühitə edilən optimal
mümkün təzyiq yükünün müəyyənləşdirilməsi məqsədilə inzibati rayon-
larda rekreasiya tədqqatlarının dövrü olaraq aparılması məqsədəuyğun
hesab edilir. 
Gəncə-Qazax regionunda turizm-rekreasiya potensialından istifadəni
şərtləndirən əsas amillərdən biri də inkişaf etmiş nəqliyyat şəbəkəsinin
mövcudluğudur. Regionun  “Qədim İpək Yolu”nun üzərində yerləşməsi
xarici turistlərin hava, dəmir yolu və avtomobil nəqliyyat vasitələri ilə tu -
rizm regionuna səfər etmələrini asanlaşdırır. Bu baxımdan Gəncə şəhərinin
Respublikamızın ən mühüm nəqliyyat qovşağı kimi regionda mövcudluğu,
TRASEKA layihəsi əsasında Avropadan Asiyaya gedən yolların buradan
keçməsi  turizm  axınının  intensivliyinə  müsbət  təsir  edən  amil  kimi
qiymətləndirilməlidir. 
2014-cü ilin statistik göstəricilərinə görə hazırda regionda fəaliyyət
göstərən  mehmanxana  və  mehmanxana  tipli  müəssisələrdə  turistlərin
birdəfəlik  tutumu  2773  yer  təşkil  edir  ki,  bunun  da  927  yeri  Gəncə
şəhərinin, 709 yeri isə Naftalan şəhərinin payına düşür. Digər inzibati ray-
onlarda isə bu göstərici 32-272 yer arasında dəyişir. Təəssüf ki, turizm-
rekreasiya  regionunun  statistik  göstəriciləri  əsasən  Gəncə  şəhəri  üzrə
verilmişdir.  Məsələn,  şəhərdə  fəaliyyət  göstərən  müəssisələrin  turizm
fəaliyyətindən əldə etdikləri gəlir 62,6 min manat, ümumi xərcləri isə 57,7
min manat təşkil edir. Gəncə şəhərindən göndərilmiş turistlərin sayı 132
nəfər, həyata keçirilmiş tur-günlərin sayı 931 adam-gün olmuşdur ki, bu
da 300000 əhalisi olan bir şəhər üçün olduqca kiçik göstəricidir. 
Gəncə-Qazax regionunda mehmanxana və mehmanxana tipli müəs si -
sə lərdə turist dərəcəli nömrələrin sayı 773 vahid təşkil edir. Mehmanx-
analarda gecələmələrin sayı 104141 vahid, onlardan ölkə vətəndaşları üzrə
gecələmələrin sayı 71.859 vahid, xarici ölkə vətəndaşları isə 32.282 vahid
olmuşdur  ki,  bunun  da  29,5  min  vahidi  Naftalan  şəhərinin  payına
düşmüşdür. Turizm-rekreasiya regionunda mehmanxana və mehmanxana
tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 46607 nəfər olmuşdur.
Bunun  28,2  min  nəfəri  Naftalan  şəhərinin,  8,7  min  nəfəri  isə  Gəncə
şəhərinin  hesabına  düşmüşdür  ki,  bunların  42,7  min  nəfərini  ölkə
vətəndaşları, 4 min nəfərini isə xarici ölkə vətəndaşları təşkil etmişdir.
Turistlərə xidmət üzrə iaşə dövriyyəsinin 2014-cü ildə həcmi 55341 min
manat və ya 5,78%, hər bir nəfərə görə iaşə dövriyyəsi 43,2 manat, iaşə
fəaliyyəti  göstərən  sahibkarlıq  subyektlərinin  sayı  1294  vahid,  iaşə
obyektlərində oturacaq yerlərin sayı 30491 vahid təşkil etmişdir. Təəssüflə
qeyd etməliyik ki, regionda ayrı-ayrı inzibati rayonlar üzrə vətəndaşların
səfərlərinin məqsədinə görə sayı, iaşə dövriyyəsi, reklam xidməti işləri,
Gəncə-Qazax regionunun turizm-rekreasiya ehtiyatlari, onlardan istifadənin
müasir vəziyyəti və perspektivləri
20

reklam gəlirləri, turizm müəssisələri və s. üzrə statistik məlumatlar çox
azdır. Məlumdur ki, regionda yerləşən və turizm potensialı böyük olan inz-
ibati rayonlardan  Qazax, Tovuz, Gədəbəy, Ağstafa və Daşkəsənin işğalçı
Ermənistan  Respublikası,  digər  rayonların  isə  Dağlıq  Qarabağın  işğal
altında  olan  ətraf  rayonları  ilə  həmsərhəd  olması,  hərbi  və  ekoloji
təcavüzün bu gün də həmin ərazilərdə davam etməsi turizm-rekreasiya
potensialından tam istifadəyə imkan verməyən əsas səbəblərdəndir. 
Regionda turizm-rekreasiya ehtiyatlarından istifadə edərkən ilk növ -
bə də  yerli  əhalinin  tələbləri  və  maraqları,  adət-ənənələri,  həyat  tərzi,
məişəti və s. nəzərə alınmalıdır. Turizmin əmək tutumlu sahə olmasını,
yerli əhalinin işlə təminatı ücün əhəmiyyətini nəzərə alaraq regionda turizm
və rekreasiya ehtiyatlarından istifadə istiqamətli kicik və orta sahibkarlıgı
inkışaf etdirmək səmərəli nəticə verə bilər. Eyni zamanda kənd yaşıl tur-
izminin də inkişaf  etdirilməsi yerli əhalinin məşgulluğunu təmin etməklə
onların əsas gəlir mənbəyi rolunu oynaya bilər. Kənd yaşıl turizmin əsası
kəndlərdə, qışlaqlarda yerli əhalinin evlərində turistlər üçün lazımı yaşayiş
yerlərı yaratmaq və  onların istirahəti üçün əlverışli şərait təşkil etməkdir.
Kəndlərdə istirahət edən turistlər təbiət qoynunda kənd həyat tərzi keçirir,
yerli xalq sənətkarlıgı, əl əməyi nümunələri ilə, milli mahnı və rəqslərlə,
yerli adət-ənənə ilə, kənd təsərrüfatı işləri ilə və milli bayramlarla tanış
olaraq onlarda iştirak etmək və sənətkarlıq nümunələrindən alıb özləri ilə
aparmaq  imkanı  əldə  edirlər  ki,  bu  yerli  əhalinin  iqtisadi  vəziyyətinə,
yaşayışlarına müsbət təsir göstərir.
Regionda turizm-rekreasiya əhəmiyyətli ərazilərə Murovdağ, Kəpəz,
Qoşqar,  Bozdağ  və  digər  silsilələrin  yamacları,  dagətəyi  sahələr,  çay
məcrəları,  şəlalələr,  su  anbarları,  meşə  sahələri  aid  edilir  ki,  həmin
ərazilərdə idman turizmi, alpinizm, qısa və uzun müddətli aktiv və passiv
istirahət ocaqları, həmçinin turistlərin gecələmələri üçün mehmanxana,
kempinqlər,  motellər,  çadır  şəhərcikləri  və  digər  turizm  infrastrukturu
yaradılaraq inkişaf  etdirilməlidir. Yerli balneloji sərvətlər əsasında  müalicə
müəssisələri,sanatoriya-kurort təsərrüfatlarının genişləndirilməsi, dünya
standartlarına uygun yenilərinin yaradılması regiona turistlərlərin cəlbini
daha  da  artıracaqdır.Eyni  zamanda  regionun  tarixi  –  mədəni  və  təbii
abidələri, görməli yerləri üzrə turist marşurutlarnın tərtibi, düşərgələrin
yaradılması və inkişaf etdirilməsi də məqsədəuyğundur. Turistlərin atla,
piyada və nəqliyyat vasitələri ilə xüsusi ayrılmiş marşurutlar üzrə ekskur-
siya  və  turları  təşkil  olunmalıdır.Bütün  bunlar  möhkəm  hüquqi  baza,
səmərəli planlaşdırılma,turizim menecmenti və marketinqə malik olmadan
mümkün olmaz. Nəticədə regionda turizmin dayanıqlı inkişafını təmin
etmək çətinləşər, təbii ətraf və sosial mühitə, biomüxtəlifliyə əhəmiyyətli
Gəncə-Qazax regionunun turizm-rekreasiya ehtiyatlari, onlardan istifadənin
müasir vəziyyəti və perspektivləri
21

dərəcədə ziyan dəyə bilər.
Gəncə-Qazax regionunda turizmin optimal inkişafı ücün ən əhəmiy -
yət li  ünsürlərdən  biri  də  ətraf  mühitin  ekoloji  vəziyyətinin  normal
saxlanılmasıdır. Bunun üçün isə regionda sanitar-gigiyenik vəziyyətin daim
nəzarət altında saxlanılması tələb olunur. Nəzərə almaq lazımdır ki, regio-
nun  ekoloji  durumuna  mənfi  təsir  göstərən  amillər  içərisində  Gəncə
şəhərinin sənaye və nəqliyyat tullantıları, Daşkəsən və Gədəbəyin dağ-
mədən  sənaye  tullantıları,  tikinti  materialları  istehsalı  müəssisələrinin
tullantıları və digər antropogen fəaliyyətin təsiri üstünlük təşkil edir.
Fikrimizcə  gələcəkdə  regionda  turizm-rekreasiya  ehtiyatlarından
səmərəli istifadə etmək üçün aşağıdakı ekoloji, inzibati-hüquqi və iqtisadi
tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur:
-  bazar  münasibətləri  şəraitində  turizm-rekreasiya  resurslarından
istifadənin və bu prosesdə ətraf mühitin mühafizəsinin qanunvericilikdə
nəzərdə tutulan norma və prinsiplərinə ciddi əməl olunsun, onlardan kom-
pleks və səmərəli istifadə stimullaşdırılsın;
- regionda turizm-rekreasiya potensialından istifadədə bazar me xa -
nizm ləri tətbiq olunsun və ətraf ekosistemi çirkləndirməyə, ona vurulan
ziyanlara görə nəzərdə tutulan cərimələr sərtləşdirilsin;
-  ekoloji  gərgin  vəziyyətində  olan  ərazilərdə  ekoloji  durumu
sağlamlaşdırmaq üçün təşkilati və ekoloji-iqtisadi tədbirlər həyata keçir-
ilsin;
- Gəncə şəhərində və digər rayonlarda ətraf mühitin mühafizəsi təd bir -
lə rinin etibarlı maliyyələşdirmə mənbələri yaradılsın;
- ekoloji sığorta sisteminin tətbiqi təmin olunsun  və ətraf mühitin çirk -
lən dirilməsinə görə müəssisələrin, hüquqi və fiziki şəxslərin, vətəndaşların
iqtisadi və ekoloji-hüquqi məsuliyyətləri artırılsın;
- regionun əsas turizm-rekreasiya resurs bazası əsasında turist-rek rea -
siya klasteri formalaşdırılsın;
-  regionda  turistlərin  hüquq  və  maraqlarının  qorunması,  dövlətin
maliyyə dəstəyi, vergi, gömrük və qiymət tənzimlənməsi üçün qanunveri-
cilik  bazasının  mütəmadi  olaraq  yenilənməsi  və  dünya  standartlarına
uyğunlaşdırılması həyata keçirilsin;
- turizm-rekreasiya regionunda əhalinin ekoloji maarifləndirilməsi və
ekoloji tərbiyə işləri mütəmadi həyata keçirilsin və region turizmə xidmət
göstərən kadrlarla təmin olunsun;
- turistlərin mehmanxana, mehmanxana tipli müəssisələr, ictimai iaşə,
nəqliyyat, informasiya təminatı, tərcüməçi və ekskursavodlar, mədəni-kütləvi
müəssisə və obyektlər, suvenir satan ticarət obyektləri ilə təminatı lbəil
artırılsın və bu sahəyə xarici investorların cəlb olunması təmin olunsun;
Gəncə-Qazax regionunun turizm-rekreasiya ehtiyatlari, onlardan istifadənin
müasir vəziyyəti və perspektivləri
22

- regiona səfər edən yerli və xarici turistlərin təhlükəsizliyini təmin
etmək üçün beynəlxalq təcrübədən istifadə edilsin;
-turizm-rekreasiya regionun “Qədim İpək Yolu” üzərində yerləşməsini
nəzərə  alaraq  burada  tranzit  turizmi  və  yol  kənarı  xidmət  sahələrinin
inkişafını təmin edən infrastruktur tədbirləri həyata keçirilsin;
-  gələcəkdə  regionun  turizm-rekreasiya  potensialından  səmərəli
istifadənin  effektivliyini  yüksəltmək  və  rəqabət  qabiliyyətli  turist-
rekreasiya kompleksini formalaşdırmaq üçün Gəncə və Naftalan şəhərləri,
Göygöl Milli Parkı və onun ətraf sahələrini əhatə edən ərazilərdə xüsusi
turist-rekreasiya iqtisadi zonasının yaradılması təmin olunsun. 

: 2015 -> images -> media -> pages
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> Klinik protokol Az ərbaycan Respublikas
2015 -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
2015 -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
2015 -> Stomatologiya 1 Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?
2015 -> Приложение №3 Информированное согласие пациента на пародонтологическое лечение
2015 -> Myuller h p parodontologiya pdf
2015 -> Buklet Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli
pages -> Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasının "15" "aprel" 2015-ci il


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə