Sənaye xammalı və yarınfabrikatlar qrupuna bunlar daxildir
yanacaq malları-xam neft, dizel yanacağı, mazut, benzin, propan qazı;
sənaye metalı-mis, alüminium, sink, qalay, nikel, qurğuşun;
qiymətli metallar-qızıl, gümüş, platin, palladium.
Yuxarıda sadalanan malların hamısı maddi-material formada olub material əmtəə adlanır (və ya fiziki əmtəə). Bunlarla bərabər müasir birja ticarətində 70-ci illərdən başlayaraq “duyulmayan əmtəə” və ya qeyri-əmtəə dəyərli yeni bir qrup da yaranıb. Onu iki yarımqrupa bölmək olar:
Maliyyə vasitələrinin fyuçerslərilə ticarətə uzun müddətli xəzinə öhdəlikləri və xəzinə biletləri, bələdiyyənin aksiya və istiqrazlarının fyuçersləri, xarici valyutanın sonradan satın almaq məqsədilə milli valyutaya dəyişdirilməsinin fyuçersləri (svop fyuçersləri) aiddir.
Maliyyə vasitələrilə birja ticarətinin sürətli artımı ona gətirdi ki, 90-cı illərdə dünya əmtəə birjalarında yüksək qiymətləndirilən müqavilələrin üçdə ikisi duyulmayan əmtəəyə görə bağlanmış müqavilələr, yəni əmtəə fyuçersləri daxil olmaqla maliyyə tipli müqavilələr oldu. Belə dəyişikliklər nəticəsində “ beynəlxalq əmtəə birjası” anlayışının mahiyyəti dəyişdi. YUNEKTAD ekspertlərinin 1993-cü ildə etdikləri rəsmi məruzə əsasında müəyyən olunubki,” müasir əmtəə birjası elə bir maliyyə bazarıdır ki, onun iştirakçılarının müxtəlif qrupları (xedjerlər və möhtəriklər) qiymət risqindən qaçmaq və onu bazarın digər iştirakçılarına ötürmək, yaxud da əksinə qazanc əldə etmək üçün bu risqi öz üzərinə götürmək məqsədilə xammalın və ya “qeyri-əmtəə dəyərinin” qiymətinə bağlanan müqavilələrlə alver edirlər.
Beləliklə, beynəlxalq əmtəə birjaları ənənənvi olaraq dünya əmtəə bazarının bir növü kimi müəyyənləşirlər, belə ki, birja malları üzrə sövdələşmələr birja qiymətləri əsasında həyata keçirilir. Əmtəə birjalarının maliyyə bazarları kateqoriyasına aid edilməsi əmtəə fyuçersləri və başqa maliyyə vasitələri ilə ticarətdə onların əhəmiyyətini nümayiş etdirir.
|