Qrup : tar1901 Fənn : Tibb Tyutor



Yüklə 347,5 Kb.
səhifə2/6
tarix30.12.2021
ölçüsü347,5 Kb.
#49279
1   2   3   4   5   6
21Radioaktiv zəhərlənmə (çirklənmə) ocağında sanitariya təmizliyinin aparılması.

1.Radiasiya zədələnmələri Radiasiya şəraiti düşmənin nüvə silahı tətbiq etdikdə və AES-da qəza baş verdikdə yaranır. Adamların zədələnməsi və zəhərlənməsi müxtəlif obyektlərin radioaktiv maddələrlə zədələnməsi ilə nəticələnir. Müxtəlif növ ionlaşdırıcı şüaların təsirindən iki növ effektlər müşahidə olunur.

Somatik – müəyyən şəxsin şüalanması zamanı

1. Erkən – kəskin şüa xəstəliyi, xroniki şüa xəstəliyi, yerli radiasion zədələr (yanıqlar və s.)

2. Gecikmiş – özünü bir neçə aylar və illərdən sonra biruzə verir, şişlər, müxtəlif orqanların xəstəlikləri, toxumaların (ələfsus dərinin) patologiyaları.

Genetik – rüşeym hüceyrələrinin şüalanması nəticəsində, gələcək nəsillərdə özünü biruzə verir (xromosom xəstəlikləri). Radiasiyanın təsirinin xüsusiyyətlərindən asılı olaraq, udulmuş dozanın vaxt üzrə və insan orqanizmində yayılmasına görə zədələnmə növləri inkişaf edir. Fövqəladə hallar üçün (radiasion qəzalar) kəskin radiasion zədələnmələr xarakterikdir: kəskin şüa xəstəliyi, kəskin yerli zədələnmələr, o cümlədən şüa yanıqları. Xroniki zədələnmələr, radioaktiv maddələrlə çirklənmiş ərazilərdə, ionlaşdırıcı şüa mənbələrində işləyən zaman təhlükəsizlik qaydalarına riayət etməyəndə yaranır.

Daha çox şüalanma dozasında bağırsaq, damar - toksemik və serebral formalar inkişaf edir. Kəsin şüa xəstəliyinin sümük - beyin formasının gedişatında dörd mərhələ ayırd edilir : ilkin reaksiyalar dövrü, latent dövr , çiçəklənmə dövrü və bərpa dövrü.

İlkin reaksiyalar dövrü - döş qəfəsi və qarın şüalanması zamanı dispepsik sindrom, başın şüalanması nəticəsində - baş ağrıları və huşun pozulması baş verir. Ümumi intoksikasiya nəticəsində ümumi zəiflik, həyəcanlıq, üşütmə, qusma qeydə alınır. Bundan əlavə dəri və gözlə görünən selikli qişaların hiperemiyası (ələfsus şüalanmaya məruz qalan nahiyələr), nəbzin tezləşməsi, A/T qalxması və sonra kəskin enməsi, hətta kollapsa qədər, nevroloji simptomlar (koordinasiyanın pozulması, meningial əlamətlər) meydana çıxır. Bədənin hərarəti qalxır (37ºC - 39ºC), qanda leykositoz, eritrositlərin, trombositlərin çoxalması, limfositlərin azalması qeydə alınır. Latent (gizli) dövr nisbətən xoş gedişi ilə xarakterizə olunur. Başılanğıc dövrünün bir çox əlamətləri keçir, ümumi zəiflik, iştahanın düşməsi, dispeptik pozğunluqlar, yuxunun pozulması qala bilər. Periferik qanda leykositlərin, trombositlərin və retikulositlərin səviyyəsinin proqressiv düşməsi xarakterikdir. Latent (gizli) dövr aqranulositoz başlayana qədərki müddəti əhatə edir.

Çiçəklənmə dövrü- zərərçəkənin ümumi vəziyyəti kəskin pisləşir: baş ağrıları, ümumi zəiflik, yuxusuzluq, anoreksiya, titrətmə müşahidə olunur. Gizli dövrün sonundan saçların tökülməsi başlayır. Selikli qişaların, dərinin, daxili orqanların şüalanması nəticəsində ağır infeksion ağırlaşmalar (stomatit, enterokolit, pnevmoniya) müşahidə olunur. Trombositlərin azalması və damar keçiriciliyin artması ilə əlaqədar hipohemokoaqulyasiya inkişaf edir. Dəridə hemorragiyalar, mədə - bağırsaq qanaxmaları meydana çıxır. Toksemiya və eritrositlərin səviyyəsinin azalması hipoksiya və anemiyaya səbəb olur.

Hemopoezin normallaşmasından bərpa dövrü başlanır. Aqranulositozdan çıxma 1-3 gün ərzində baş verir. Sümük iliyinin funksiyasının bərpası ilə bədən hərarəti normallaşır, xəstənin əhvalı yaxşılaşır, qanaxmaların itməsi baş verir. Reabilitasiya dövrü şüalanmanın dərəcəsindən və xəstəliyin gedişatından asılıdır. Bəzən uzun illər asteno-vegetativ və başqa nevroloji sindromlar, katarakta, leykozlar, pis xassəli törəmələr biruzə verir.


Yüklə 347,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin