Qrup: 131f fənn



Yüklə 384,54 Kb.
səhifə4/7
tarix29.11.2022
ölçüsü384,54 Kb.
#71239
1   2   3   4   5   6   7
Sərbəst İş Nigar -Cəmiyyətin maddi həyatı və onu təşkil edən struktur elementləri

İctimai şüurun formaları: Mentalitet (lat. ağıl, düşüncə, təfəkkür tərzi) deməkdir. O, ilk dəfə 1856-cı ildə Amerika alimi R.Emerson tərəfindən işlədilmiş, Fransa alimi Marsel Prust onu tərtib etdiyi lüğətə daxil etmiş, XX əsrdə L.Febr və başqaları onun haqqında müxtəlif fikirlər söyləmişlər.
İctimai şüura nisbətdə mentalitet fərdi və kollektiv şüurun, emosiyaların, əhvalruhiyyələrin mövcud sosial gerçəkliyə münasibətinin inkişaf dərəcəsini göstərir. Mentaliteti cəmiyyətin mənəvi psixoloji siması adlandırmaq olar.
İctimai şüur formaları eyni vaxtda meydana gəlməmiş, ictimai varlığın mürəkkəbləşməsi və insanın idrak qabiliyyətlərinin inkişafı və təkmilləşməsi nəticəsində bərqərar olmuşdur. İctimai şüurun tarixən ilk forması əxlaqdır.
Sosial funksiyalarına görə ictimai şüur formalarını 2 qrupa ayırmaq olar:
1) Sosial gerçəkliyin mənəvi-praktik mənimsənilməsinin baş verdiyi formalara (əxlaq, siyasi və hüquqi şüur);
2) Bütün ətraf aləmin mənəvi mənimsənilməsi formalarına (incəsənət, fəlsəfə, din, elm).
İctimai şüurun aşağıdakı formaları mövcuddur: siyasi şüur, hüquqi şüur, əxlaq, elm, incəsənət, din, fəlsəfə.
Siyasi şüur. İctimai şüurun formalarından biri olan siyasi şüur cəmiyyətin siniflərə bölündüyü və dövlətin yarandığı dövrdə formalaşmağa başlamışdır. Siniflərin, sosial təbəqələrin istehsala, hakimiyyətə, ictimai təşkilat və təsisatlara, digər siniflərə olan münasibətləri müəyyən siyasi ideya, baxış, təsəvvür və hisslər doğurur. Bu ideya və baxışların məcmusu siyasi şüuru əmələ gətirir. Siyasi şüur siniflərin, sosial qrupların dövlət hakimiyyətinə olan münasibətləri əsasında yaranan sosial-iqtisadi, ictimai-siyasi mövqe və mənafelərini əks etdirən ideya və təsəvvürlərin, hiss və əhval-ruhiyyələrin məcmusudur. Siyasət təkcə siniflər arasındakı münasibətlər sahəsi olmayıb, həm də millətlər və etnik qruplar arasındakı münasibətləri özündə birləşdirir. Siyasətdə ən vacib məsələ dövlət hakimiyyəti məsələsidir. Siyasi şüurun spesifikası bundadır ki, dövlət hakimiyyətinə olan münasibət öz əksini siyasi şüurda daha qabarıq şəkildə tapır.


Yüklə 384,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin