Qrup: 131f fənn



Yüklə 384,54 Kb.
səhifə5/7
tarix29.11.2022
ölçüsü384,54 Kb.
#71239
1   2   3   4   5   6   7
Sərbəst İş Nigar -Cəmiyyətin maddi həyatı və onu təşkil edən struktur elementləri

Hüquqi şüur. Hüquqi şüur bütünlükdə cəmiyyətin maraq və tələbatı ilə təyin olunan hüquqi baxışlar, nəzəriyyə və hisslər, hüquqi hadisələr haqqındakı biliklər və onların qiymətləndirilməsinin məcmusudur.
Siniflər, millətlər və dövlətlər arasındakı münasibətləri əks etdirən siyasi şüurdan fərqli olaraq, hüquqi şüur həyatın ictimai münasibətlərin iştirakçılarının hüquq və vəzifələri nöqteyi-nəzərindən əks etdirir. Hüquqi şüurun xarakterik cəhəti onun hüquqla qırılmaz əlaqəsidir. Bu əlaqə onların meydana gəlməsi, fəaliyyət göstərməsi və inkişafı ilə bağlı olan ümumi səbəblərlə şərtlənmişdir. Hüquq və hüquqi şüur cəmiyyətin siniflərə bölünməsi, dövlətin əmələ gəlməsi və inkişafı nəticəsində yaranmış ictimai münasibətləri tənzimləmə zərurətindən meydana gəlmişdir. Hüquq normativ sistemlərdən biri olub, cəmiyyətdə insanların hərəkət və davranışlarını, birliklərin və dövlət təşkilatlarının vəzifələrini, münasibətlərini tənzimləyir. Bu normalar müvafiq hüquqi qanunlarda ifadə olunur. Bununla, hüquq ictimai orqanizmin işləməsi üçün lazım olan optimal şəraitin yaradılmasına kömək edir.
Əxlaq. Əxlaq və ya mənəviyyat öz tarixi etibarilə ictimai şüurun qədim forması olub, insan cəmiyyətinin formalaşdığı dövrdə meydana gəlmişdir. Cəmiyyətin ilkin inkişaf mərhələsindəki iqtisadi münasibətlərdə öz ifadəsini əxlaqi şüurda tapmışdır. Əxlaq hələ ibtidai icma quruluşunda insanların praktiki tələbatından - münasibətlərin tənzimlənməsi, birgə əmək fəaliyyətinin təşkili ehtiyacından meydana gəlmiş və inkişaf etmişdir. Bütün bunlar adi davranış normalarının, qaydalarının adət kimi təsbit olunmuş şəkildə işlənilməsini tələb edirdi. Axı cəmiyyət həmişə öz üzvləri qarşısında müəyyən tələblər qoyur. Bu tələblər ilk növbədə məhz əxlaq normalarında ifadə olunur. Cəmiyyət inkişaf etdikcə istehsalda, istehsal münasibətlərində baş verən dəyişikliklərin təsiri altında bu normalar dəyişilir, yeniləşir və inkişaf edir.
Əxlaq dedikdə, adətən, cəmiyyətdəki davranış normaları, qaydaları və prinsiplərinin məcmusu başa düşülür. Bəzən mənəviyyata və əxlaqa eyni anlayışlar kimi baxırlar. Lakin mənəviyyat daha geniş, əhatəli bir anlayışdır.
Etika əxlaq nəzəriyyəsi, əxlaq haqqında fəlsəfi təlimdir. O, quldarlıq cəmiyyətində əqli əməyin fiziki əməkdən ayrılması, ilk fəlsəfi nəzəriyyələrin yaranması dövründə meydana gəlmişdir. Bu mənada filosofların insan münasibətləri sahəsinə müraciət etmələri, əxlaqın meydana gəlməsi səbəbləri və mənbələri, həyatın mənası, səadət, xeyir və şər anlayışları, insan hərəkətlərinin əxlaqi qiymətləndirilməsi və başqa problemlərə toxunmaları xüsusi rol oynamışdır. Etik konsepsiyalar fəlsəfi sistemlərin tərkib hissəsi olmaqla, adətən, fəlsəfədə iki cərəyanın - materializm və idealizmin mübarizəsini əks etdirmişdir. Materializmin nümayəndələri əxlaqı insanın tələbatı və marağı ilə bağlayıb onun bəşəri əsasını tapmağa can atmışlar. İdealist konsepsiyaların nümayəndələri isə əxlaqa oprior, bu dünya ilə əlaqəsi olmayan, anadangəlmə və dəyişməz bir hadisə kimi baxırlar.
Əxlaqın norma, prinsip və kateqoriyalarına konkret-tarixi mövqedən yanaşmaq lazımdır. Xeyir və şər, ədalət, namus, şərəf və s. haqqında əbədi və dəyişilməz təsəvvürlər yoxdur və ola da bilməz.
Elm. İctimai şüurun formalarından biri olan elm təbiətdə, cəmiyyətdə və insan təfəkküründə baş verən proses və hadisələr haqqında sınaqdan keçirilmiş, dəqiqləşdirilmiş biliklər sistemidir. İnsan və bütövlükdə cəmiyyətin yaşaması üçün onlar ətraf aləm haqqında müəyyən biliklərə malik olmalıdırlar. Bunsuz istehsal prosesini həyata keçirmək mümkün deyil. Odur ki, cəmiyyət elmsiz, biliksiz, yaşaya bilməz. İctimai fikrin digər formaları kimi elmi də hər hansı bir millət, bir xalq və yaxud da bir insan nəsli yaratmamışdır. O, tarix boyu bütün bəşəriyyət tərəfindən, bütün xalqların alimləri tərəfindən yaradılmış və inkişaf etdirilmişdir.
Cəmiyyət həyatında onun rolundan danışdıqda onun yerinə yetirdiyi üç qrup sosial funksiyanı xüsusi qeyd etmək lazımdır: birincisi, mədəni-dünyagörüşü funksiyası, ikincisi, elmin bilavasitə məhsuldar qüvvə olması və üçüncüsü, ictimai inkişafda meydana gələn müxtəlif problemlərin həllində ondan geniş istifadə olunmasıdır.

Yüklə 384,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin