AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
Uçot-iqtisad fakültəsi
Qrup 400
Cümşüdlü Vüqar
R E F E R A T
Müəssisənin təşkilati-hüquqi formaları
Sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan qurumlar müəssisə adlanır.Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər; xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər (korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar), habelə onların filialları və ya daimi nümayəndəlikləri; hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri də müəssisə hesab olunur.
Müəssisə – ictimai tələbatın ödənilməsi və mənfəət alması məqsədi ilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.
Sadalananlardan belə bir fikrə gəlmək olar ki, bazar iqtisadiyyatının ilkin həlqəsi sayılan, müəyyən mülkiyyətə və kollektiv əməyə əsaslanan, ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədi ilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-tezniki, təşkilati və iqtisadi vəhdətə malik olan, hüquqi şəxs statusuna malik olan istehsal-təsərrüfat vahidi müəssisə adlanır.
Müəssisə təşkilati-hüquqi forması göstərilməklə xüsusi ada malik olur.Müəssisənin aşağıdakı təşkilati-hüquqi formaları var.
Müəssisənin təşkilati-hüquqi formalarından olan fərdi (ailə) müəssisə vətəndaşın mülkiyyətində və ya onun ailə üzvlərinin, əgər onlar arasında sazişdə başqa hal nəzərdə tutulmayıbsa, ümumi pay mülkiyyətində olan müəssisədir. Belə ki, fərdi (ailə) müəssisə vətəndaşın (ailə üzvlərinin) başqa mülkiyyətçilərə məxsus olan müəssisələri satın alması yolu ilə də yaradıla bilər. Fərdi müəssisənin mülkiyyətçisi müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə görə öz əmlakı (ailə üzvlərinin əmlakı) ilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Fərdi müəssisələr,əsasən, sahibkarın özü tərəfindən, bəzi hallarda isə sahibkarlar tərəfindən təyin olunmuş menecerlər tərəfindən idarə olunur.
Fərdi müəssisənin müsbət cəhəti ondadır ki, burada təşkilatçılıq sadədir, fəaliyyət azadlığı mövcuddur və sahibkara xalis mənfəətin tamamilə ilə çatması ilə xarakterizə olunur. Fərdi müəssisələrin çatışmayan cəhəti isə ondadır ki, müəssisə sahibi bütün öhdəliklərə görə öz əmlakı ilə cavabdeh olmaqla, yüksək riskli səviyyədə olur.
Dostları ilə paylaş: |