Qrup: 589a fənn: Mülki Müdafiə



Yüklə 15,63 Kb.
tarix02.01.2022
ölçüsü15,63 Kb.
#40259
Sərbəs İş


Universitet:Azərbaycan Texniki Universiteti

Müəllim:Qaraxanov Məzahir

Tələbə Emin Xıdırlı:

Qrup:589A

Fənn:Mülki Müdafiə

Mövzu:Amonyak,xlor, Karbon 2-oksid



Fövqəladə hadisə – insan təlafatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakətlər nəticəsind müəyyən ərazidə yaranmış vəziyyətdir.

Sənayenin müxtəlif sahələrində kimyəvi maddələr və materiallar istehsalının həcmi gündən-günə artır. Belə bir şəraitdə bizi istehsalatda və məişətdə 100-dən çoxlu güclü təsirli zəhərli maddə (GTZM) əhatə edir. Respublikamızın təsərrüfatının xeyli obyektlərində güclü təsirli maddələrdən ya bilavasitə istehsalat məqsədləri üçün, ya istehsalatla əlaqədar olan müxtəlif proseslərin təmin edilməsi üçün istifadə edilir. Güclü təsirli zəhərli maddələrin saxlandıqları tutarlardan və qablardan kənara axması - həm dinc dövrdə qəzalar nəticəsində, həm də müharibə vaxtı nüvə partlayışının zərbə dalğasından, adi basqın vasitələrinin birbaşa təsirindən və ya təxribatlar yolu ilə GTZM avadanlığının dağıdılması nəticəsində baş verə bilər. Beləliklə, düşmənin nüvə və ya adi silahla havadan zərbələri nəticəsində yaranan qəzalar zamanı kimyəvi obyektlərdə GTZM-in ətrafa yayılması (axması) mümkündür. Belə hallarda ikincili zədələnmə ocaqları yaranır. Kimyəvi təhlükəli obyektlərdə aşağıdakı obyektlər aid edilir: - kimya, neft emalı, neft kimyası sənayesinin və onlarla əlaqədar olan digər sənaye sahələrinin müəssisələri; - suyu təmizləmək (dezinfeksiya etmək) üçün xlordan istifadə edilən su kəməri və su təmizləmə qurğuları; - soyuducu agent (maddə) kimi ammonyakdan istifadə olunan soyuducu qurğulara malik müəssisələr və ilk növbədə yeyinti, meyvə-tərəvəz, ət-yağ sənayesi, balıq sənayesi sahələrinin, ərzaq ehtiyatlarını saxlayan idarələrin soyuducu qurğuları və bazaları; - GTZM daşınan nəqliyyat vasitələrinin dayanması üçün xüsusi yolları olan dəmiryol stansiyaları; - taxıl və taxıl məmulatı anbarlarının dezinfeksiya və deretizasiya edilməsi (həşərat və gəmiricilərlə mübarizə) üçün zəhərli maddələr ehtiyatı saxlanılan xüsusi anbar və bazalar; - kənd təsərrüfatında işlədilən kimyəvi təsirli maddələr ehtiyatı saxlanılan anbarlar və bazalar. Xalq təsərrüfatında ən çox işlədilən bəzi güclü təsirli-qəza təhlükəli kimyəvi maddələri nəzərdən keçirək. Ammonyak boğucu, kəskin naşatır iyli, rəngsiz qazdır, olunma həddi 0,037 mq/l-dir, dadı çox acıdır, havadan yüngüldür. Ammonyak yuxarı tənəffüs yollarına və gözlərə qıcıqlandırıcı təsir göstərir. Onun yüksək konsentrasiyaları gözlərdə ağrıya və güclü yaşaxmaya, təngənəfəsliyə, kəskin öskürməyə, başgicəllənməsinə, mədə ağrılarına, qusmaya səbəb olur. Susuz, saf maye ammonyak dəridə ağır yanıqlar törədir, çünki o, nəinki qələvi kimi, həm də yüksək buxarlandırma hərarətinə malik dondurucu maddə kimi təsir göstərir. Ammonyakı zərərsizləşdirmək üçün 1/20 nisbətində sudan istifadə edilir. Xlor kəskin boğucu iyli, göyümtül-sarı qazdır. Havadan 2,5 dəfə ağırdır. Su təchizatı və kanalizasiya sistemlərinin təmizləyici qurğularında, içməli və tullantı suların təmizlənməsi və zərərsizləşdirilməsi üçün çoxlu xlor işlədilir. Xlor yuxarı tənəffüs yollarına kəskin qıcıqlandırıcı təsir göstərir, yüksək konsentrasiyalarda təsir zamanı dərhal ağciyər ödemi (şiş) inkişaf edir. Xloru neytrallaşdırmaq üçün 1/120 nisbətində sudan istifadə olunur. Xlorpikrin kənd təsərrüfatı zərərvericiləri ilə mübarizə və dezinfeksiya məqsədləri üçün, taxıl, un və digər ərzaq anbarlarının təmizlənməsi, habelə əleyhqazların sazlığının yoxlanılması üçün işlədilir. Saf xlorpikrin kəskin iyli, rəngsiz, yağlı mayedir. Xlorpikrin buxarkları gözlərin selikli qişalarını, ağciyərləri güclü surətdə, yuxarı nəfəs yollarını azacıq qıcıqlandırır. Ümumi zəhərlıyici təsirə də (xüsusən, kapillyar damarlara) malikdir. Sianid turşusu rəngsiz, şəffaf mayedir. Acı badam iyinə bənzər bihuşedici iyi var. Sianid turşusunun buxarları ilə nəfəs alarkən, o, dəri səthindən sorulmaqla və qida yolları ilə birbaşa daxilə keçərək zəhərlənmələrə səbəb olur. Fosgen çürük ot iyi verən rəngsiz qazdır. Fosgen torpağı, texnikanı, avadanlığı zəhərləyə bilmir. Fosgen buxarları ilə nəfəs alarkən ağciyərlərin spesifik zəhərlənməsi baş verir. Bundan başqa o, gözlərə və selikli qişalara zəif qıcıqlandırıcı təsir göstərir, dəriyə təsir etmir. Kimyəvi silah tətbiq olunan və GTZM dağılan ərazilərdə kimyəvi zəhərlənmə ocağı yaranır.

Kimyəvi zəhərlənmə ocağı o əraziyə deyilir ki, orada ZM və ya GTZM –in təsiri nəticəsində əhalinin, heyvanların və bitkilərin zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ocağının ölçüləri zəhərləyici maddələrin işlədilməsi miqyasında, onların növündən, tətbiq edilmə üsulundan, meteroloji şəraitdən və yerin relyefindən asılı olur. Kimyəvi zəhərlənmə ocağı iki zonaya-ZM ilə bilavasitə zəhırlının əsas zonaya və ZM –in buxar və ya aerozolları yayılan ikinci zonaya ayrılır. GTZM-dən mühafizə olunmaq üçün sənaye əlehqazlarından və xüsusi respiratorlardan istifadə olunur.
Yüklə 15,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin